Narkomaniyaya və erkən nikaha yox deyək

Narkomaniyaya və erkən nikaha yox deyək
“Narkomaniya və erkən nikah cəmiyyətimizin ən böyük bəlalarındandır”. Bu fikirlər İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə “Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
Konfransda əsas məqsəd narkomaniya və erkən nikahın yaratdığı problemləri ictimaiyyətin diqqətinə çatdırmaq, bu sahədə məsuliyyəti artırmaq və gəncləri problemi yaradan səbəblərin aradan qaldırılmasına səfərbər etmək olub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və tələbələr iştirak edib. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova narkomaniya və erkən nikahın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu bildirib.
İsmayıllı Rayon Məhkəməsinin sədri Azad Əliyev erkən nikahın ailənin möhkəmliyini sarsıtdığını deyib.
RİH-in Hüquq Şöbəsinin müdiri Valeh Hüseynov əsrimizin ən böyük təhlükə mənbəyi olan narkomaniyanın insan sağlamlığına, bəşəriyyətə vurduğu zərərdən danışıb.
Narkomaniyaya və erkən nikaha yox deyək
İsmayıllı Rayon Prokuroru Rahib Seyidov hər iki bəlaya düçar olanların potensial cinayətkarlara çevrildiklərini vurğulayıb. Bildirib ki, narkomaniya və gənclərin erkən nikaha cəlb olunması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.
Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nizami Qocayev son illər ölkə miqyasında narkomaniya və erkən nikaha qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğulayıb, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov erkən nikahın və narkotik aludəçiliyinin tibbi zərərlərindən danışıb.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Rəsul Balayev tədbirin təşkilatçılığına dəstək olduğu üçün İcra Hakimiyyətinə minnətdarlıq edib.
Sonda narkomaniyanın yaratdığı fəsadları əks etdirən film nümayiş olunub.
Çinarə Bəhərçinli

Şərh Yaz