Dərs maraqlı qurulmuşdu

Dərs maraqlı qurulmuşdu

Müasir tədris sistemində müxtəlif üsullardan istifadə olunur. İndi dərs deyən müəllimin geniş imkanları var. Bunlar kompyuter, müxtəlif elektron vasitələr və sair texnikalardan ibarətdir. Bu məqsəd üçün nə qədər texnika olsa da, işin ən məsuliyyətlisi əsas sima sayılan müəllimdir. Dərsin keyfiyyəti də müəllimdən, onun bilik səviyyəsindən, bacarığından, çalışqanlığından çox asılıdır.
Dərs maraqlı qurulmuşdu


Müasir tədris sistemində müxtəlif üsullardan istifadə olunur. İndi dərs deyən müəllimin geniş imkanları var. Bunlar kompyuter, müxtəlif elektron vasitələr və sair texnikalardan ibarətdir. Bu məqsəd üçün nə qədər texnika olsa da, işin ən məsuliyyətlisi əsas sima sayılan müəllimdir. Dərsin keyfiyyəti də müəllimdən, onun bilik səviyyəsindən, bacarığından, çalışqanlığından çox asılıdır.

Dərs maraqlı qurulmuşdu
Adətən, məktəblərdə gənc müəllimlərə xüsusi qayğı göstərilir, çətinliyə düşdükdə təcrübəli müəllimlər onların köməyinə çatır. İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində belə qayğı artıq ənənə halını alıb. Burada dərs dinləmələr yüksək səviyyədə keçirilir. Bu günlərdə belə bir dərsin şahidi olduq. Məktəbin biologiya müəllimi Sevda İsmayılova VIII sinifdə bu fənn üzrə fəal dərs təşkil etmişdi. Sinif bu məqsəd üçün hazırlanmış, xeyli əyani və texniki vasitə qoyulmuşdu. Şagirdlər dörd qrupa bölünərək komanda kimi fəaliyyət göstərdi. Mövzu “Balıqlar” olduğu üçün komandalara verilən adlar da maraqlı idi: “Xanı”, “Naxa”, “Kütüm” və “Siyənək”. Komanda üzvləri növbə üzrə mövzunu izah edirdilər. Onlar balıqlar haqqında ətraflı məlumat verdilər. Monitor vasitəsilə ekranda balıqların quruluşu haqqında ətraflı məlumat verilməsi şagirdlərin marağına səbəb oldu. Hər qrupa əvvəlcədən müəyyən tapşırıqlar verilmişdi, onlar sualları cavablandırdılar. Komandalara paylanmış kartlar üzərində işi şagirdlər birgə yerinə yetirdilər. Sonra monitor vasitəsilə ekrana mövzuya dair krossvord gəlir. Uşaqlar krossvordun xanalarını birgə doldururlar.
Uşaqlar komandalara paylanmış kartları da doldururlar. Onlar kartları dəyişərək yoxlayırlar. Monitor vasitəsilə ekranda sualtı aləmin nümayiş etdirilməsi də maraqla qarşılandı. Sonda komandaların bilikləri qiymətləndirildi.
Fənn müəllimi S.İsmayılova dərsi yekunlaşdırdı və qonaqlara işin təşkili ilə əlaqədar məlumat verdi. Onu da qeyd edək ki, bu dərsdə digər məktəblərdən də biologiya müəllimləri və RTŞ-nin bir qrup işçisi də iştirak edirdi. Söz qonaqlara verildi, onlar dərs haqqında öz rəy və təkliflərini bildirdilər. Məktəbin direktor müavini Əşrəf Hüseynov, RTŞ-nin metodik kabinetinin direktoru Hümbət Əsədov çıxış edərək belə dərslərin əhəmiyyətindən danışaraq fikirlərini bildirdilər. Son nəticə belə oldu: Belə dərslər təhsilimizin ümumi inkişafına xidmət edir. Bu, çox yaxşıdır.
Məktəbin direktoru Qalib Bəşirov yekun söz söylədi, qonaqlara, dərsi maraqlı qurduğuna görə fənn müəlliminə təşəkkürünü bildirdi.
B.Babayev

Şərh Yaz