“İsti adamlar”


Həmyerlimiz Mövlud Teymurun yeni çapdan çıxmış şeirlər kitabı belə adlanır. Bakı “Sabah” nəşriyyatı tərəfindən çap edilmiş bu kitaba şairin son illərdə qələmə aldığı şeirləri toplanmışdır. Kitabın redaktoru isə həmyerlimiz, alim, şair Hikmət Mahmuddur.“İsti adamlar”

Həmyerlimiz Mövlud Teymurun yeni çapdan çıxmış şeirlər kitabı belə adlanır. Bakı “Sabah” nəşriyyatı tərəfindən çap edilmiş bu kitaba şairin son illərdə qələmə aldığı şeirləri toplanmışdır. Kitabın redaktoru isə həmyerlimiz, alim, şair Hikmət Mahmuddur.

Mövlud Məmmədhəsən oğlu Teymurov (Mövlud Teymur) rayonumuzun Buynuz kəndində anadan olmuşdur. İxtisasca dil-ədəbiyyat müəllimidir. Bir neçə ədəbi mükafat laureatı və prezident təqaüdçüsü olan Mövlud Teymur bir neçə kitabın müəllifidir. Onun “İsti adamlar” kitabı da başdan-başa isti şeirlərlə doludur. Bu şeirlər ürəklə, tale ilə, insanla bağlıdır. Ona görə də Mövlud Teymur bu kitabın adını “İsti adamlar” qoymuşdur.
İnanırıq ki, Mövlud Teymurun bu kitabı da əvvəlki kitabları kimi, oxucu diqqətini cəlb edəcək, şeir həvəskarlarının könlünü oxşayacaqdır. Şairə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz