“Qəlbimin sözü”


Şəhla Ramazanqızı gənc yazardır. Bu adla nəşr etdirdiyi ilk kitabı ilə oxucularının görüşünə gəlib. Əlbəttə, ilk addımlar kövrək olur. Bu barədə onun özü belə yazır: “İlk addımını atmağa cəhd edən körpənin əlindən tutub yeriməyinə kömək edən insan ona çox böyük xoşbəxtlik bəxş edir. Məhz gözəl insan duyğulu ürək sahibi, Qızıl Aypara Cəmiyyətinin rəhbəri, deputatımız, bəstəkar-şair Novruzəli Aslanov da mənə belə bir xoşbəxtlik bəxş etdi. Bu gözəl ürəyin sahibinə sonsuz minnətdarlığımı bildirirəm”.“Qəlbimin sözü”

Şəhla Ramazanqızı gənc yazardır. Bu adla nəşr etdirdiyi ilk kitabı ilə oxucularının görüşünə gəlib. Əlbəttə, ilk addımlar kövrək olur. Bu barədə onun özü belə yazır: “İlk addımını atmağa cəhd edən körpənin əlindən tutub yeriməyinə kömək edən insan ona çox böyük xoşbəxtlik bəxş edir. Məhz gözəl insan duyğulu ürək sahibi, Qızıl Aypara Cəmiyyətinin rəhbəri, deputatımız, bəstəkar-şair Novruzəli Aslanov da mənə belə bir xoşbəxtlik bəxş etdi. Bu gözəl ürəyin sahibinə sonsuz minnətdarlığımı bildirirəm”.

Səmimi duyğulardan ibarət bu kitabda məhəbbətin fərqli çalarları – Tanrıya, Vətənə, ən əsası da iki insanın bir-birinə olan məhəbbəti və bu yolda olan çətinlikləri şeir şəklində oxucuların ixtiyarına verilir…
Gənc yazar Şəhla xanım 1989-cu il noyabr ayının 11-də İsmayıllı rayonunun Diyallı kəndində musiqiçi ailəsində anadan olmuşdur. Kənd məktəbini (2007-ci ildə) əla qiymətlərlə bitirmişdir. Bakı Slavyan Universitetinin məzunudur.
Kitab “Zirvə “ nəşriyyatının mətbəəsində çap olunmuşdur.
“İsmayıllı xəbərləri”

Şərh Yaz