Öndərə ümumxalq sevgisi


İsmaıllı RİH-nin, rayonun idarə, vətəşkilat rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş, “Azərbaycançılıq məfkurəsinə əbədi sadiq olan dahi şəxsiyyət” mövzusunda seminar keçirilib.
Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Öndərə ümumxalq sevgisi


İsmaıllı RİH-nin, rayonun idarə, vətəşkilat rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş, “Azərbaycançılıq məfkurəsinə əbədi sadiq olan dahi şəxsiyyət” mövzusunda seminar keçirilib.
Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Öndərə ümumxalq sevgisi Öndərə ümumxalq sevgisi
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov vurğulayıb ki, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on il keçir. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Natiq Ulu öndərin Fəxri xiyabandakı məzarının ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrildiyini deyib.
M.Sadıqov qeyd edib ki, Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Rəsul Balayev, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov, RİH başçısının İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi Olqa Jabina, 5 nömrəli tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Fərəcov və RTŞ-nın aparıcı məsləhətçisi Ramiz Baloğlanov çıxış ediblər. Natiqlər Ümummilli liderin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışıb, Ulu öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin bu gün dünyanın və regionun inkişaf etmiş dövləti olduğunu bildiriblər
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində balaca rəssamların əl işlərindən ibarət sərgiyə baxıb, eyni zamanda, burada səsləndirilən simfoniyaları dinləyiblər.
***
Ölkəmizin hər yerində olduğu kimi, Heydər Əliyevin anım günü dekabr ayının 12-də rayonumuzda da qeyd olunub. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrin kollektivləri, minlərlə İsmayıllı sakini xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə tər çiçəklər düzüblər.
Öndərə ümumxalq sevgisi Öndərə ümumxalq sevgisi
Anım mərasimində xalqın inamını özünə qaytaran, sabitlik və əmin-amanlıq yaradan Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildiyi, ölkəmiz xaosdan xilas olunduğu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanıldığı bir daha xatırlanıb.
Ziyarətçilərin bir qrupu Heydər Əliyev Mərkəzini olublar. Burada onlar Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən filmə baxıblar.
Sonda M.Sadıqov bildirilib ki, azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi möhtəşəm ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər hər birimiz üçün, gələcək nəsillər üçün əsl örnəkdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz