RİH yanında Şura iclası

RİH yanında Şura iclası
Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 14 dekabr 2013-cü il tarixdə iclası keçirilib. İclasın gündəliyinə – “Rayon ərazisində Dövlət və mülki tikintilərin sənədləşdirilməsinin vəziyyəti”, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli sərəncamı ilə əlaqədar tədbirlərin həyata keçirilməsi və “Rayon İcra Hakimiyyətinin kütləvi informasiya vasitələri, siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətinin təhlili və bu sahədə işi yaxşılaşdırmaq” barəsində məsələlər çıxarılıb.

Gündəlikdəki birinci məsələ ətrafında RİH-in Memarlıq və Tikinti Şöbəsinin məsul işçisi Vüsal Abdullayev, sonrakı məsələlərdə RİH- başçısının müavinləri Həsən Həsənov və Sevil Əhmədova məruzə ediblər.
Edilən məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb.
Müzakirədə Şuraya dəvət almış, məsələlərlə əlaqəli təşkilatların nümayəndələri də iştirak ediblər.
Şura məsələlərin geniş təhlilindən sonra müvafiq qərarlar qəbul edib və aidiyyəti idarə, təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz