Sosial layihələr həyata keçirilir

İsmayıllı Elektrik şəbəkəsi ilk partiya təşkilatında “Dahi Heydər Əliyev siyasi kursunun cənab İlham Əliyev tərəfindən uğurlu davamı, onun ideyalarının parlaq təntənəsidir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə acan YAP İsmayıllı rayon təşkilatının sədri Ə.Vahabova zəngin mədəniyyətə, tarixə və kecmişə malik olan xalqların dünya miqyasında tanınmış böyük şəxsiyyətləri, həmin xalqları irəliyə aparan seçilmiş insanları, liderləri olduğunu qeyd etdi.

Son 10 il bizi əbədiyyətə qovuşmuş ulu ondərlə cismən ayırsa da, Heydər Əliyev yolu, Heydər Əliyev epoxası davam edir. Ona gorə ki, müstəqil Azərbaycan etibarlı əllərdədir. Bu uğurların layiqli davamçısı ulu öndərin özü qədər inandığı möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.
İnanırıq ki, nə qədər müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev ideyaları əbədiyaşar olaraq bu işıq, bu nur 9 oktyabr 2013-cü il seçkilərində yenidən böyük qələbə qazanan ölkə Prezidenti, partiyamızın sədri güclü lider cənab İlham Əliyevin rəhbərliyi ilə bizi güclü Azərbaycan naminə daha uğurlu sabahlara aparacaqdır.
Tədbirdə çıxış edən Ə.Bədəlov, R.Məmmədli, C.Abbasov və diğərləri son 10 ildə ulu öndərin ideyalarının müvəffəqiyyətlə həyata keçirilməsi Müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, iqtisadiyyatımızın sürətli inkişafı, iri miqyaslı coxşaxəli sosial layihələrin həyata keçirilməsi, xalqın rifahının yüksəldilmə istiqamətində ölkə Prezidentinin atdığı uğurlu addımlardan danışdılar.
İlqar Əhmədli

Şərh Yaz