Yaddas kitabcasi

Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Heydər Əliyev və Azərbaycan mədəniyyəti
Müasir və müstəqil Azərbaycanın qurucusu, milli mədəniyyətimizin hamisi, incəsənətimizin inkişafında və təbliğində mühüm tarixi xidmətləri olan böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanın özü qədər əbədi olan şəxsiyyətdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar. Ulu öndərin incəsənətə, mədəniyyətə, teatra, ədəbiyyata göstərdiyi xidmətlər unudulmazdır. O, sənətdə, ədəbiyyatda həmişə tərəqqi və irəliləyiş yolunu seçməyi vacib sayırdı.
Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Müasir və müstəqil Azərbaycanın qurucusu, milli mədəniyyətimizin hamisi, incəsənətimizin inkişafında və təbliğində mühüm tarixi xidmətləri olan böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanın özü qədər əbədi olan şəxsiyyətdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar. Ulu öndərin incəsənətə, mədəniyyətə, teatra, ədəbiyyata göstərdiyi xidmətlər unudulmazdır. O, sənətdə, ədəbiyyatda həmişə tərəqqi və irəliləyiş yolunu seçməyi vacib sayırdı.
Heydər Əliyev və Azərbaycan mədəniyyəti
Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyevin siyasi irsi o qədər zəngin, mənalı və dəyərlidir ki, hələ bir neçə on illər bundan sonra da nəsillər bu varislik xəzinəsindən istifadə edəcəklər. Onun söylədiyi “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri ilə bir daha bildirdi ki, hansı sahədə çalışmasından asılı olmayaraq Azərbaycanın adına, vədinə sadiq əsgəri kimi xalqının xoşbəxtliyi, müstəqilliyi naminə hər çətinliyə həmişə hazır olmuşdur.
Azərbaycanın milli-mənəvi dünyasını zənginləşdirmiş Heydər Əliyev möhkəm əqidəsi, dərin zəkası ilə tariximizdə parlaq səhifələr yazmışdır. Bu dahi şəxsiyyət daim Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə. incəsənətinə qayğı ilə yanaşmışdır.
Ulu öndərin dedikləri yalnız sözdə qalmamış, əməldə də gerçəkləşmiş, Azərbaycanın mədəni irsini yaşatmaq üçün bir sıra tədbirlər həyata keçirmiş, əhəmiyyətli qərarlar vermişdir.
Musiqinin beşiyi İtaliya hesab edilsə də Azərbaycan musiqisi öncül yerlərdən birini tutur. Heydər Əliyev həmişə bu zənginliyi, xalqın malik olduğu xəzinəni beynəlxalq səviyyədə göstərmək, dünya musiqisi sıralarında layiqli yerini tutması üçün musiqinin hər bir sahəsinin (istər muğam, istərsə də klassik musiqinin və s.) eyni səviyyədə inkişaf etdirilməsinə səy göstərmişdir. O, Azərbaycan musiqisinin inkişafında əhəmiyyətli rolu olan sənətkarların yaradıcılığına çox böyük qiymət vermiş, bununla onların əməyini yüksək dəyərləndirmişdir. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı və başqaları kimi Azərbaycan musiqiçilərinin adlarının əbədiləşdirilməsi və onların daim xalqın yaddaşında qalması üçün böyük qayğı göstərmişdir. Ulu öndərin səhnələşdirilmiş əsərlərin premyerasının tamaşasına getməyi və yaxud da teatrın truppasını qəbul etməsi, onlara yaradıcılıq uğurları arzulaması neçə-neçə bəstəkarın, rəssamın, respublikada görkəmli muğam ustalarının yaradıcılıq gecələrinin, yubileylərinin keçirilməsi yaradıcılığa bir təkan olmuş, yeni nəslin yaradıcılıq yollarının daha geniş açılmasına imkan yaratmışdır.
Neçə-neçə uşaq ansamblları, rəqs kollektivlərinin yaradılmasına dövlət tərəfindən təkan verməsi, müsabiqələrin yüksək səviyyədə təşkili məhz Heydər Əliyevin böyük səyi nəticəsində baş tutmuşdur. Eyni zamanda, digərlərinə də istedadların önə çıxarılmasında himayə etməyi, onlara xüsusi qayğı və kömək göstərməyi tövsiyə etmişdir. Belə kollektivlər, istedadlar xarici ölkələrdə Azərbaycanı uğurla, təmsil edərək dövlətimizin adını, bayrağını ucaldırlar.
Heydər Əliyev xalqımızın şair və mütəfəkkirlərinin, sənət adamlarının əməyinə dəyərli qiymət vermişdir. Küçələrə onların adlarının verilməsi, yaşadığı binaların üzərinə xatirə lövhələri vurulmaqla onların adlarının əbədiləşdirilməsi məhz Heydər Əliyevin qayğısı nəticəsində baş tutmuşdur. Bundan başqa, yubileylərin Azərbaycandan kənarda keçirilməsi də həmişə Heydər Əliyevin qarşısında duran əsas vəzifələrdən biri olmuşdur.
Ulu öndər 1982-ci ilin iyulunda muzey işçilərinin resublika müşavirəsində demişdir: “Muzey mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin, xüsusilə də, cavan nəslin ideya-siyasi və mənəvi tərbiyəsinin mərkəzlərinə çevrilir”.
Heydər Əliyevin görkəmli yazıçıları, tarixçiləri, şair və mütəfəkkirləri ilə dünyada xüsusi yeri olan Azərbaycanın bu sahəsində çəkdiyi böyük zəhmətlərdən danışmamaq olmaz.
Heydər Əliyevin tövsiyyəsi bu idi ki, hər bir azərbaycanlı xalqın mədəniyyəti və incəsənəti ilə bağlı önəmli olan hər şeyi bilməli, qiymətləndirməlidir.
Ruhu bizim üçün əziz olan Ulu öndərin mədəniyyət sahəsində göstərdiyi qayğılardan ruhlanaraq gündəlik fəaliyyətimzdə daha böyük uğurlar qazanmalıyıq.
Təhmuraz Bayramov,
Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin direktoru

Şərh Yaz