Pilot layihənin uğuru

Pilot layihənin uğuru
28 noyabr 2013-cü ildə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Mədəniyyət və Turizm şöbəsinin metodiki şura iclası keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Büdcə proqramları sektorunun müdiri Sima Həsənova, Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov iştirak edib.

İsmayıllı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri A.Abbasov İsmayıllı rayonunda fəaliyyət göstərən Mədəniyyət evləri, klublar, kitabxanalar və s. haqqında geniş məlumat verib.
A.Abbasov İsmayıllı rayonunda tətbiq olunan pilot layihənin uğur və nəticələrindən danışıb.
Bu gün İsmayıllıda Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, Uşaq kitabxanasının, Rəsm Qalereyasının əsaslı şəkildə təmir olunduğunu və bütün bunların Mədəniyyət sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.
Tədbirdə çıxış edən Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli əsas məqsədin metodiki xarakter daşıdığını deyib.
P.İsgəndərli İsmayıllı rayonunun nazirliyin regionlardakı şöbələri arasında qabaqcıl yerdə olduğunu və sənətkarlıq paytaxtı olduğu müddətdə böyük uğurlar əldə etdiyini söyləyib.
P.İsgəndərli Heydər Əliyev Mərkəzindən danışaraq bu mərkəzin fəaliyyətini xüsusi olaraq qeyd edib.
Nöqsanlardan danışarkən P.İsgəndərli bu nöqsanların ümumi xarakter daşıdığını və əldə edilmiş uğurların bu nöqsanları geridə qoyduğunu bildirib.
Tərlan Mursalov

Şərh Yaz