Qaliblər sırasındadır

Ölkəmizdə istedadlı gənclərə qayğı yüksək səviyyədə qurulub. Belə gənclərin üzə çıxarılması üçün müxtəlif müsabiqələr təşkil edilir. Azərbaycan Təhsil Nazirliyi bu il uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsi təşkil etmişdir. Tofiq İsmayılov adına Respublika Uşaq Yaradıcılıq Mərkəzinin rəsm qalereyasında keçirilmiş həmin müsabiqədə 556 əl işi nümayiş etdirilmişdir.

Belə tədbirlərdə İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri də fəal iştirak edirlər. Bu yaxınlarda mərkəzin dərnək üzvü Ümid Əliyev uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsində “Dekorativ tətbiqi sənət” nominasiyası üzrə qaliblər sırasında olmuşdur. Şəhər 6 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Ümid II yerə çıxmışdır. O, yaradıcılıq nailiyyərlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Diplomuna layiq görülmüşdür.Ümidi bu qələbə münasibətilə təbrik edir və ona yeni uğurlar arzulayırıq.
Günel Həsənova,
mərkəzin dərnək rəhbəri

Şərh Yaz