“Dağ çiçəkləri” yaradıcılıq çələngidir

“Poeziya günü” nəşrlər evində çap olunmuş “Dağ çiçəkləri” ədəbi toplusu İsmayıllı rayonunun ədəbi həyatında ən mühüm hadisələrdən biri oldu. Rayon ictimaiyyəti üçün həm region, həm də respublika miqyasında tanınmış qələm adamlarının əsərlərini bir toplu halında nəşr etdirmək doğrudan da sevindirici, əlamətdar hadisə idi. Ədəbi toplunun ərsəyə gəlməsində kitabın redaktoru, istedadlı şairimiz Maarif Soltanın və tərtibçi, tanınmış şairimiz Şahməmməd Dağlaroğlunun zəhməti təqdirə layiq hesab olunmalıdır. Müxtəlif illərdə yaşayıb-yaratmış qələm əhlinin “Dağ çiçəkləri” dərnəyinin üzvləri olan və olmayan yerli yazarların əsərlərindən ibarət nümunələrin toplanıb zəngin bir sərgi halında nəşr edilməsi doğrudan da rayon ictimaiyyəti tərəfindən əvəzsiz iş kimi qiymətləndirilməlidir. “Dağ çiçəkləri” yaradıcılıq çələngidir

“Poeziya günü” nəşrlər evində çap olunmuş “Dağ çiçəkləri” ədəbi toplusu İsmayıllı rayonunun ədəbi həyatında ən mühüm hadisələrdən biri oldu. Rayon ictimaiyyəti üçün həm region, həm də respublika miqyasında tanınmış qələm adamlarının əsərlərini bir toplu halında nəşr etdirmək doğrudan da sevindirici, əlamətdar hadisə idi. Ədəbi toplunun ərsəyə gəlməsində kitabın redaktoru, istedadlı şairimiz Maarif Soltanın və tərtibçi, tanınmış şairimiz Şahməmməd Dağlaroğlunun zəhməti təqdirə layiq hesab olunmalıdır. Müxtəlif illərdə yaşayıb-yaratmış qələm əhlinin “Dağ çiçəkləri” dərnəyinin üzvləri olan və olmayan yerli yazarların əsərlərindən ibarət nümunələrin toplanıb zəngin bir sərgi halında nəşr edilməsi doğrudan da rayon ictimaiyyəti tərəfindən əvəzsiz iş kimi qiymətləndirilməlidir.
Həmin topluda müxtəlif dövrlərdə yaşamış şair və nasirlərimiz haqqında kiçik məlumat verilməklə, həm də şer və hekayələr dərc olunmuşdur.
Hər birimizə məlumdur ki, İsmayıllı rayonu respublikamızın nisbətən gənc rayonlarındandır. Məhz buna görə də ədəbiyyat adamlarımız keçmiş sovet dövründə yaşamış və yeni nəslin nümayəndələri hesab olunur. Rayonumuzun respublika miqyasında tanınmış ədiblərindən ümumxalq sevgisi qazanmış şair Musa Yaqub, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, digər tanınmış şairlərimizdən Maarif Soltan, Şahməmməd Dağlaroğlu, Oqtay İsmayıllı dünyasını dəyişmiş ədiblərimizdən Əbülhəsən Ələkbərzadə, Çingiz Ələkbərzadə, Əkrəm Cəfər, Davud Aslan, Aydın Səlimzadə, gənc yazarlardan Pünhan İsmayıllı, Daşdəmir Osmanoğlu və başqalarının bu yaradıcılıq çələngində maraqlı ədəbi nümunələri ilə öz yerləri vardır.
Bu ədəbi toplunu yada salmaqda məqsədimiz rayonun gənc yazarlarına bir daha ədəbi dünyalarını sevdirnək, bu sahədə üzərilərinə düşən vəzifələri hiss etdirmək istəyidir.
Bu kiçik məqalədən sonra İsmayıllının yazar simaları haqqında ədəbi mühitimizlə maraqlananlara geniş məlumat vermək, müxtəlif illərdə yaşamış yazarlarımız haqqında kiçik ədəbi məqalələr yazmaq fikrindəyik.
E. Məsim

Şərh Yaz