Müştəri həmişə haqlıdır

Müştəri həmişə haqlıdır
6 dekabr ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür. Bu gün ölkə rabitəçiləri tərəfindən hər il qeyd olunur. İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində də əlamətdar gün münasibəti ilə tədbir keçirilib.
Tədbirdən öncə İsmayıllı Rabitə və Telekommunikasiya Qovşağının işçiləri, rayon İcra Hakimiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər qızılgüllər düzərək dərin ehtiramlarını bildiriblər.

Müştəri həmişə haqlıdır

6 dekabr ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür. Bu gün ölkə rabitəçiləri tərəfindən hər il qeyd olunur. İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində də əlamətdar gün münasibəti ilə tədbir keçirilib.
Tədbirdən öncə İsmayıllı Rabitə və Telekommunikasiya Qovşağının işçiləri, rayon İcra Hakimiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər qızılgüllər düzərək dərin ehtiramlarını bildiriblər.

Müştəri həmişə haqlıdır
Tədbiri açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov İsmayıllı Rabitə və Telekommunikasiya Qovşağının son dövrdəki fəaliyyəti haqqında danışıb.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova peşə bayramı münasibəti ilə rabitə işçilərini təbrik edib. Onların çalışdığı fəaliyyət sahəsinin xalq üçün əhəmiyyətli olduğunu bildirib. Əhali ilə ünsiyyətdə, onlara yüksək rabitə xidməti göstərməkdə uğurlar arzulayıb. Ölkəmizdə rabitə sahəsinin məhz ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusi inkişaf mərhələsi keçdiyini bildirib. Qeyd edib ki, bu gün Ulu öndərin siyasi xətti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məsul işçisi Cümşüd Dadaşov ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə hər il dekabr ayının 6-nın rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı kimi qeyd olunduğunu deyib. Rabitəçilərə nazirliyin təbriklərini çatdırıb.
Azərpoçtun İsmayıllı rayon filialının rəisi Söhbət Pənahov fəaliyyətləri haqqında danışıb. Şəhər əhalisi ilə yanaşı, ucqar kəndlərin sakinlərinin poçt xidməti təminatında uğurlar əldə olunduğunu bildirib. Şöbələrdə məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, sürətli poçt xidmətləri, dövrü mətbuatın abunəsi, çatdırılması, həmçinin enerji daşıyıcılarının, digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri xidmətlərinin həyata keçirilməsi üçün şərait yaradıldığını deyib. O bildirib ki, şöbə bundan sonra da “Müştəri həmişə haqlıdır” devizi ilə yüksək xidmət göstərməyə çalışacaq.
İsmayıllı Telekommunikasiya Qovşağının rəisi Elxan Əliyev qədim tarixə malik rabitə sahəsinin müasir dövrdə yüksək inkişaf səviyyəsinə çatmasını qeyd edib. Natiq qeyd edib ki, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” və “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı”nın uğurla icra edilir.
Azərpoçtun İsmayıllı filialının əməliyyatçısı Rasim Məhərrəmov, təqaüddə olan rabitə işçisi Novruz Ağayev də təbriklərə qoşulub. Tədbirdə bir qrup fərqlənən işçi Fəxri fərmanlar və pul mükafatları ilə təltif olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz