Uğurlu nəticə

Uğurlu nəticə
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəb şagirdlərinin uğurlarının sayı ildən-ilə artır. Bu günlərdə məktəbə yeni bir şad xəbər gəldi. Məktəbin 9-cu sinif şagirdi Nərmin Manafova Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Birləşmiş Millətlər Assosiasiyaların Dünya Federasiyasının Minilliyin Layihəsinin Azərbaycan Bölməsi (Azərbaycan Futuroloqlar Cəmiyyəti) birlikdə keçirdiyi “Gələcək nəsillərlə üz-üzə” mövzusunda V ümumrespublika inşa müsabiqəsinin qalibi olmuşdur. O, “Hər kəs üçün mümkün olan davamlı inkişaf“ mövzusunda yazdığı inşaya görə birinci yerə layiq görülmüşdür. Bu uğura görə ona Diplomu və qiymətli hədiyyəni – kompyuteri respublikanın təhsil naziri Mikayıl Cabbarov şəxsən təqdim etmişdir. Uğurlu nəticə

İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəb şagirdlərinin uğurlarının sayı ildən-ilə artır. Bu günlərdə məktəbə yeni bir şad xəbər gəldi. Məktəbin 9-cu sinif şagirdi Nərmin Manafova Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Birləşmiş Millətlər Assosiasiyaların Dünya Federasiyasının Minilliyin Layihəsinin Azərbaycan Bölməsi (Azərbaycan Futuroloqlar Cəmiyyəti) birlikdə keçirdiyi “Gələcək nəsillərlə üz-üzə” mövzusunda V ümumrespublika inşa müsabiqəsinin qalibi olmuşdur. O, “Hər kəs üçün mümkün olan davamlı inkişaf“ mövzusunda yazdığı inşaya görə birinci yerə layiq görülmüşdür. Bu uğura görə ona Diplomu və qiymətli hədiyyəni – kompyuteri respublikanın təhsil naziri Mikayıl Cabbarov şəxsən təqdim etmişdir.
Uğurlu nəticə
Nərmin Manafovanın Azərbaycan dili və ədəbiyyatı müəllimi Xatirə Orucovadır. O, şagirdinin uğurlu nəticə qazanacağına, inşa müsabiqəsində birinci yer tutacağına inanır, zəhmətinin bəhrə verəcəyini bilirdi. Bu uğurun sevinci Xatirə müəllimi daha yüksək nailiyyətlər qazanmağa sövq edir. Onun şagirdləri dəfələrlə Respublikada keçirilən inşa müsabiqələrinin qalibi olmuşlar. Onlar hazırda yeni müsabiqəyə hazırlaşır. Müəllim həmkarımızı uğurlu nəticəyə görə təbrik edir, ona və yetirmələrinə yeni-yeni nailiyyətlər arzulayırıq.
Eminə Orucova,
A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz