Bağçada payız

Bağçada payız
Payız – sentyabr ayının 22-dən başlayaraq 3 ay davam edən, yayla qış arasında keçid mövsümüdür.
22-23 sentyabr gecə ilə gündüzün bərabərliyi payız fəslinə təsadüf edir.
Payız qış fəslinin xəbərçisidir. Bu fəsildə havalar yavaş-yavaş soyuyaraq qışa hazırlıq üçün insanları xəbərdar edir. Ağaclar yamyaşıl gözəlliklərini itirərək yarpaqlarını tökməyə, bitkilər saralmağa, heyvanlar qışa hazırlaşmağa başlayarlar.

İsmayıllı şəhər 1 nömrəli körpələr evi uşaq bağçasının tərbiyəçisi Zümrüd Məhərrəmovanın hazırladığı “Ətraf aləmlə tanışlıq məşğələsi”ndə payız fəsli təsvir olunmuşdur. Məktəbə hazırlıq qrupunun uşaqları ilə birlikdə hazırlanan bu məşğələdə payız fəslinin bütün gözəllikləri öz əksini tapmışdır. Müəllimin hazırladığı elektron dərsdə uşaqlar qızıl payızın bütün gözəlliklərini əyani olaraq izlədilər.
Zümrüd müəllimə məşğələnin keçirilməsində əsas məqsəd kimi payızın gəlməsi, onun xarakterik əlamətləri və onun qanunauyğunluqları haqqında uşaqların biliklərini möhkəmləndirməkdən, doğma vətəni sevməkdən, təbiətə məhəbbət hissini aşılamaqdan, təbiətdə gedən dəyişikliyi görməkdən, onun sirlərini uşaqlara çatdırmaqdan ibarət olduğunu bildirdi.
Rəngarəng yarpaqlardan ibarət libasla gətirdiyi sovqatlar payız fəslinin nə qədər bərəkətli olduğunu göstərdi.
Müəllimin mövzuya uyğun adlandırdığı “Meyvələr”, ”Tərəvəzlər”, ”Yağış”, ”Yarpaq” qruplarındakı uşaqlar payız fəsli haqqında geniş məlumat verdilər. Gündüzlər qısalır, gecələr uzanır, sərin, yağışlı və küləkli günlərin sayı artır, ətrafdakı otlar, yaşıllıqlar quruyur və s. Uşaqlar payıza aid mahnılar ifa etdilər, şerlər söylədilər.
Sonda uşaqlar “Yarpaqlar” mahnısının müşayiəti ilə əllərindəki qızılı yarpaqlarla rəqs edərək məşğələni bitirdilər.
Məşğələnin gedişini izləyən Rayon Təhsil Şöbəsinin metodisti, bu sətirlərim müəllifi Güllübəyim Cərullayeva çıxışında uşaqların dünya görüşünün artmasında, onların nizam-intizam qaydalarına əməl etməsində və yeni biliklərə yiyələnməsində tərbiyəçilərin əvəzsiz rolunu qeyd etdi. Bütün bunların bir arada cəmləndiyi üçün əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdi.
Güllübəyim Cərullayeva

Şərh Yaz