Növbəti mərhələ yekunlaşdı


Azərbaycanda Gənc Təbiətçilər hərəkatının 90 illiyi və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin 85 illiyi ilə əlaqədar olaraq məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə “Ətraf mühitə töhfəmiz” mövzusunda məktəblilərin Respublika Ekoloji Forumuna hazırlıq ərəfəsində iki nominasiya üzrə keçirilən müsabiqənin rayon mərhələsi 25 noyabr 2013-cü il tarixdə uğurla başa çatmışdır.


Növbəti mərhələ yekunlaşdı


Azərbaycanda Gənc Təbiətçilər hərəkatının 90 illiyi və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin 85 illiyi ilə əlaqədar olaraq məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə “Ətraf mühitə töhfəmiz” mövzusunda məktəblilərin Respublika Ekoloji Forumuna hazırlıq ərəfəsində iki nominasiya üzrə keçirilən müsabiqənin rayon mərhələsi 25 noyabr 2013-cü il tarixdə uğurla başa çatmışdır.

Müsabiqə ümumi orta və tam orta məktəblərin V-XI sinif şagirdləri və rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin dərnək üzvləri arasında keçirilmişdir. Referatlar qlobal və ya lokal ekoloji problemlərdən birinə, yəni biomüxtəlifliyin qorunması, su, torpaq, hava və meşələrin mühafizəsinə, tullantıların təkrar emalına, alternativ enerji mənbələrinin tətbiqinə, yaşıllaşdırma və meşəsalma tədbirlərinə həsr olunmuşdur. Yaradıcılıq işlərində rayon üzrə təbiətçilər hərəkatının tarixi və gənc təbiətçilərin nailiyyətləri, regionun, ölkənin ekoloji problemləri, bu problemlərin həllində məktəblilərin iştirakı barədə məlumatlar, gənc ekoloqların ətraf mühitə töhfəsi, əhali arasında ekoloji maarifləndirmə tədbirləri, təbii sərvətlərin davamlı istifadəsi, “ekoloji patrul”, “gənc meşəçilər”, “təbiətin dostları” dəstələrinin fəaliyyəti əks olunmuşdur.
Münsiflər tərəfindən referat və yaradıcılıq işləri qiymətləndirilərkən əsasən, ekoloji mövzunun aktuallığına, problemin təsviri və həlli yollarına, məktəblilərin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinə, estetik tərtibatı və yaradıcılıq səviyyəsinə, təqdim olunan, foto, rəsm işlərinə, maketlərə və modellərə diqqət yetirilmişdir.
Münsiflər heyəti 35 referat və yaradıcılıq işini nəzərdən keçirmiş, həmin işlərin ən yaxşıları Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə təqdim olunmuşdur. Rayon ET və TM-də müsabiqə yekunlaşdırılarkən ən yaxşı referat və yaradıcılıq işlərindən ibarət sərgi keçirilmişdir.
Şəhər 1 nömrəli tam orta məktəbinin şagirdləri Aysel Əliyeva, Elvin İsmayılov, şəhər 2 nömrəli tam orta məktəbinin şagirdləri Xatirə Dadaşova, Pərvin Əşrəfli, Nuranə Nuri, şəhər 3 nömrəli tam orta məktəbinin şagirdləri Əsmər Babayeva, İlkin Hüseynov, Güllü Gülməmmədli, şəhər 7 nömrəli tam orta məktəbinin şagirdləri Nurlan İsmiyev, Nərmin Mahmudova, Diyallı kənd tam orta məktəbinin şagirdi Aysel Nuriyeva, Tircan kənd tam orta məktəbinin şagirdi Vüqar Məmmədzadə müsabiqənin qalibləri hesab edilmiş və onların müsabiqəyə təqdim etdikləri referat və yaradıcılıq işləri aktuallığı ilə fərqlənmişdir. Məktəblilərə və dərnək üzvlərinə referat və yaradıcılıq işlərinin hazırlamasında layihə rəhbərləri rayon ET və TM-nin dərnək rəhbərləri Yaşar Nuriyev, İlhamə Hüseynova, Fərqanə Bağırlı, Pərvin Kərimova, Fəridə Şirəliyeva, şəhər 7 nömrəli tam orta məktəbinin müəllimi Etibar Abdulov, şəhər 2 nömrəli tam orta məktəbinin müəllimi Eminə Orucova, şəhər 3 nömrəli tam orta məktəbin müəllimləri Əminə Ağayeva və Şəmsinur Rzayeva, Diyallı kənd tam orta məktəbinin müəllimi Mahizər Məmmədova, Tircan kənd tam orta məktəbinin müəllimi Gülyanaq Əliyeva lazımi köməklik göstərmişlər.
Referat və yaradıcılıq işlərinin müəlliflərinə və rəhbərlərinə baxış-müsabiqənin rayon mərhələsinin yekununda hər iki nominasiya üzrə qaliblərə və həvəsləndirici yerlərə layiq görülənlərə İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən diplomlar təqdim edilmişdir.
Xatirə Orucova,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz