Futbolçu qızlar

Ölkədə 19 yaşlı qızlar arasında futbol üzrə Azərbaycan çempionatı start götürüb. Yarışda paytaxtdan və bölgələrdən olmaqla səkkiz komanda iştirak edir. Yarışlar Bakı şəhəri və İsmayıllı rayonunda keçirilir.

28 noyabr tarixində İsmayıllı Olimpiya İdman Kompleksində 19 yaşlı qızlar arasında futbol üzrə Azərbaycan çempionatının oyunları çərçivəsində Şəkinin “Şəki” komandası ilə Lənkəranın “Lənkəran Humanitar Kollec” komandaları üz-üzə gəlib.
Yarış, start götürdüyü ilk dəqiqələrdən Şəki komandasının üstünlüyü şəraitində keçib.
Gərgin mübarizənin yekununda 4-1 hesabı ilə Şəki komandası qalib gəlib.
Çinarə Bəhərçinli

Şərh Yaz