Kənddə yubiley tədbiri

Xalq şairi Məmməd Arazın 80 illik yubileyi Mollaisaqlı kəndində də qeyd olunub.
Tədbiri giriş sözü ilə açan “Mollaisaqlı” folklor qrupunun rəhbəri Qəsirə Şirinova xalq şairinin keçdiyi həyat yolu, ölməz sənətkarın lirik ahəngə malik olan yaradıcılığından danışıb.

Mollaisaqlı kənd kitabxanasının müdiri Kiçikxanım Şirinova Məmməd Araz poeziyasında yer tutan təbiət lirikası haqqında məlumat verib. Bildirib ki, şairin ən dərin fəlsəfi şeirlərində də Azərbaycan xalqını əsrlər boyu incidən, kövrəldən bu ağrının hisslərini duymaq olur. Şairin “Dünya sənin, dünya mənim”, “Əlvida dağlar”, “Şəhriyar gəlmədi”, “Oxuyan Təbriz” və digər şeirləri həmin ruhda qələmə alındığını diqqətə çatdırıb.
Tədbir Mollaisaqlı kənd tam orta məktəbinin XI sinif şagirdlərinin hazırladıqları bədii ifalarla daha da maraqlı olub.
Məktəbin şagirdi Sona Məsimovanın oxuduğu “Arazın işıqları” şeiri tədbir iştirakçılarını kövrəldib.
Aşa Şirinovanın “Göyərdi” şeirini oxuması ilə tədbirə yekun vurulub.
Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.
Elsəvər Məsim

Şərh Yaz