Qəlbimizdə gömüldün

Özü gözəl, dili şirin,
Xanım, xatın, nazlı mələk,
Ağlar qaldıq, əlimizdən
Qəfil aldı səni fələk.
Qəlbimizdə gömüldün

Tükəzban müəllimənin ölümünə

Özü gözəl, dili şirin,
Xanım, xatın, nazlı mələk,
Ağlar qaldıq, əlimizdən
Qəfil aldı səni fələk.

Yox idi sənə bənzəri,
Tək gəlmişdin bu dünyaya.
Ölümündə ölməzlik var,
Xoş işlərin gəlməz saya.

Səni hamı çox sevərdi,
Əl tutardın hər yetənə.
Müəllim tək ana idin,
Analar təndir Vətənə.

Nəcibdin, həm qayğıkeş,
Dost idin, həm də sirdaş.
Yoxluğundan üzüldük,
Gözümüzü aldı yaş.

Qəlbimizdə gömüldün,
Unutmarıq heç zaman.
Ömrünü bizə verdin,
Müəllim, böyük insan.

Öyüdün düz yolumuz,
Qəbrin dolsun nur ilə.
Ruhunu şad edərik,
Qələbə, uğur ilə.
Mahirə

Şərh Yaz