Xəstədir


Respublikanın Əməkdar həkimi
Şahmurad Şirəliyevə

Xəstədir

Gec-tez saralıb ovulur,
Həkim, inci, dürr xəstədir.
Vay, nə yaman acı olur,
Dərman, görünür, xəstədir.

Göyərib göyün yanağı,
Kəfənə tutub qar dağı.
Gecə yansa da, sübh çağı
Ulduzlar sönür, xəstədir.

Kim nə bilir, ölüm nədir?!
Həyat ondan da böyük sirr.
Ay gah dolub bədrlənir,
Gah çöpə dönür, xəstədir.

Ömrü haram edib yaram,
Qalmayıb ağzımda dad-tam.
Zəhərlənib suyu tamam,
Araz xəstə, Kür xəstədir.

Bu gün öldüm, nə olsun ki…
Beş gün qaldım, nə olsun ki…
Lap sağaldım, nə olsun ki…
Sağlar da bir cür xəstədir.

Oqtay İsmayıllı

Şərh Yaz