Dostluq mübadiləsi haqqında saziş

Dostluq mübadiləsi haqqında saziş

İto, 22 noyabr (AzərTAc). Noyabrın 22-də Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanmışdır.
Bu münasibətlə İto şəhər meriyasında təntənəli mərasim keçirilmişdir. Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun başçılığı ilə nümayəndə heyəti, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, İto şəhərinin meri Hiromi Tsukuda və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Dostluq mübadiləsi haqqında saziş

İto, 22 noyabr (AzərTAc). Noyabrın 22-də Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanmışdır.
Bu münasibətlə İto şəhər meriyasında təntənəli mərasim keçirilmişdir. Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun başçılığı ilə nümayəndə heyəti, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, İto şəhərinin meri Hiromi Tsukuda və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Dostluq mübadiləsi haqqında saziş
İmzalanma mərasimində çıxış edən İto şəhərinin meri Hiromi Tsukuda Azərbaycanın sürətli inkişafı haqqında danışmışdır. Bildirmişdir ki, ötən ilin payızında o, Azərbaycana səfər etmiş, bu qədim və zəngin mədəniyyətə malik ölkənin gözəlliyi, insanlarının qonaqpərvərliyi və mehribanlığı onu heyran etmişdir. Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin olduğu və hasilatdan əldə edilən mənfəətin insanların rifahı naminə bacarıqla istifadə edildiyini vurğulayan mer, İsmayıllı ilə bağlanacaq sazişin hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirmişdir. Sazişin Azərbaycan və Yaponiya şəhərləri arasında əməkdaşlıq barədə imzalanan ilk sənəd olduğunu qeyd edən H.Tsukuda, onun təhsil, səhiyyə, mədəniyyət, turizm və idman, yerli özünüidarəetmə sahələrində, eləcə də təbii resursların səmərəli istifadəsində əməkdaşlığa imkanlar yaradacağını demişdir. Sazişin Azərbaycan və Yaponiya xalqlarının bir-birilərini yaxından tanımaları üçün əlverişli şərait yaratması baxımından əhəmiyyəti vurğulanmışdır.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sazişin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacağına əmin olduğunu bildirmişdir. Xüsusən Yaponiyanın təhsil, kənd təsərrüfatı və turizm sahələrində təcrübəsinin Azərbaycan tərəfi üçün maraqlı olduğunu vurğulayan İcra başçısı, sazişin bu istiqamətlərdə qarşılıqlı əlaqələrin inkişafına mühüm təsir göstərəcəyini qeyd etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər iqtisadi sahədə görünməmiş inkişafa nail olduğu, Qafqazın ən zəngin dövlətinə çevrildiyi vurğulanmışdır. Qeyd edilmişdir ki, Azərbaycan Ermənistan tərəfindən müharibəyə cəlb edilməsinə və ərazi işğalına məruz qalmasına baxmayaraq, bütün dünyada sülhün bərqərar olmasına can atır. Hazırda Azərbaycan ilə Yaponiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan M. Sadıqov son illər ölkəmizdə həyata keçirilən quruculuq işləri barədə də məlumat vermişdir. Qeyd etmişdir ki, bu gün imzalanan saziş hər iki tərəf üçün mühüm tarixi əhəmiyyətə malikdir və dünyanın zəngin mədəniyyətə malik iki qədim xalqı arasında dostluq əlaqələrinin gələcək inkişafında böyük rol oynayacaqdır.
Mərasimdə İto və İsmayıllı şəhərlərinin qardaşlaşmasının Azərbaycan ilə Yaponiya arasında əlaqələrin daha da yaxınlaşmasına töhfə verəcəyinə əminlik bildirilmişdir.
Sonra İsmayıllı və İto şəhərləri arasında qaşlıqlı dostluq və əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sazişi İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və İto şəhərinin meri Hiromi Tsukuda imzalamışlar.
Dostluq mübadiləsi haqqında saziş
Sazişin imzalanma mərasimindən sonra mətbuat konfransı təşkil edilmiş, M.Sadıqov və H.Tsukuda jurnalistlərin suallarını cavablandıraraq, sazişin əhəmiyyətini qeyd etmişlər. Vurğulanmışdır ki, iki şəhər arasında gələcəkdə təşkil ediləcək mədəni proqramlar, müxtəlif iqtisadi layihələr, təcrübə mübadiləsi xalqlarımız üçün çox faydalı olacaqdır.
İto şəhər parlamentinə gələn Azərbaycan nümayəndə heyətinə parlamentin fəaliyyət istiqamətləri haqqında məlumat verilmiş, xatirə şəkli çəkdirilmişdir.
Həmin gün Azərbaycan nümayəndə heyəti ilə İto şəhər Turizm Assosiasiyasında görüş keçirilmişdir. Assosiasiyanın prezidenti Masahiko Şibata İto şəhərinin turizm imkanları haqqında məlumat vermiş, bu sahədə əməkdaşlığın qurulması ilə bağlı fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, iki şəhər arasında imzalanmış saziş həmin sahədə fəaliyyət göstərən şirkətlərin qarşılıqlı fəaliyyəti üçün geniş imkanlar açır, bu şəhərlərin sakinlərinin qarşılıqlı səfərlərinin təşkilinə və biri-biri ilə dostluq əlaqələrinin qurulmasına mühüm töhfə olacaqdır.
İto şəhər “Skydome” ticarət mərkəzi ilə tanışlıq zamanı şəhər sakinləri əllərində Azərbaycanın dövlət bayrağını tutaraq, qonaqları salamlamışlar.
Sonra Azərbaycan nümayəndə heyəti İto şəhər Cənub orta məktəbinə gəlmişdir. Bu məktəbin şagirdləri artıq bir neçə ildir ki, İsmayıllı şəhərinin 1 nömrəli məktəbinin şagirdləri ilə məktublaşaraq sıx dostluq əlaqəsi qurmuşlar. Qonaqlar Azərbaycan məktəblilərinin məktublarından və fotolarından ibarət stendlə tanış olmuşlar. Məktəbin direktoru Ookava Yukio bildirmişdir ki, hazırda burada 680 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 45 nəfər müəllim məşğuldur. Qonaqlar Azərbaycan məktəbliləri ilə məktublaşan şagirdlərdən bir qrupu ilə görüşərək onların məktublarını, Yaponiya haqqında məktəbdə keçirilmiş xüsusi dərsin şəkillərini təqdim etmişlər. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov məktəb şagirdləri arasında qarşılıqlı səfərlərin təşkili, azərbaycanlıların İto məktəblilərinin evində və yapon məktəblilərinin İsmayıllı rayonuna gələrək Azərbaycan ailələrində yaşamasının qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərəcəyini bildirmiş, onları ölkəmizə dəvət etmişdir. Görüşdə şagirdlərin Azərbaycanla bağlı sualları ətraflı cavablandırılmışdır. Qeyd edilmişdir ki, Yaponiyanın İto və Azərbaycanın İsmayıllı şəhərləri arasında dostluq və əməkdaşlıq sazişi qədim və zəngin mədəniyyətə malik iki xalqın bir-biri ilə daha sıx əməkdaşlığına, dostluğuna xidmət edəcəkdir.
AzərTac

Şərh Yaz