Görüş-qəbul

Görüş-qəbul
Uştalqışlaq kəndində 265 nəfər sakin yaşayır. 1143 hektar əraziyə malik olan kənd rayon mərkəzindən 25 kilometr uzaqlıqda yerləşir.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov mütəmadi şəkildə kəndlərə gedir, sakinlərlə görüş keçirir, onların problemləri ilə yaxından tanış olur. Budəfəki görüş-qəbul noyabr ayının 28-də, Uştalqışlaq kəndində keçirilib. Görüşdə kənd sakinləri ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri iştirak ediblər.

Görüş-qəbulda kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. Yaşayış məntəqəsində məskunlaşmış məcburi köçkünlər də üzləşdikləri çətinliklərdən söz açıblar. Çıxış edən kənd sakinləri rayonda həyata keçirilən quruculuq-abadlıq işlərindən razılıqlarını bildiriblər.
Sakinlər əsas problem kimi yüksək gərginlikli elektrik xətlərinin və yolun təmirə ehtiyacı olduğunu qeyd ediblər. Çıxışlarda kənddə yeni məktəb binasının və tibb məntəqəsinin tikilməsinə ehtiyac olduğu vurğulanıb.
RİH başçısı diqqətə çatdırılan problemlərin nəzərə alındığını və həll olunacağını deyib.
Sonda kənd sakinləri onları narahat edən problemlərin həllində göstəriləcək qayğıya görə öncədən rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Ş.Soltanov

Şərh Yaz