YAP və təhsil strategiyası

YAP və təhsil strategiyası
YAP-ın yaranmasının 21 illiyi münasibəti ilə İsmayıllı Rayon Təhsil Şöbəsinin iclas zalında noyabr ayının 21-də tədbir keçirilib.
Tədbirdə çıxış edən İsmayıllı RTŞ-nın YAP ilk təşkilatının sədr müavini Hafiz Kərimov partiyanın keçdiyi 21 illik inkişaf yolundan danışıb. O qeyd edib ki, 21 noyabr 1992-ci il ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biri olub. Həmin tarixdə Yeni Azərbaycan Partiyası yaradılıb. H.Kərimov partiyanın ali məqsədinin Azərbaycanının dövlət müstəqilliyinin möhkəmləndirilməsi, müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması olduğunu deyib.

Yeni Azərbaycan Partiyasının üzvü Ramiz Baloğlanov dünənin təcrübəsi, bu günün qətiyyəti, sabahın təntənəsi olan bu partiyanın az bir zamanda xalqı, ölkəni düşdüyü ağır vəziyyətdən qurtardığını deyib. Yaranandan 7 ay sonra hakimiyyətdə təmsil olunmasını, bu gün də etimadı doğrultmasını partiyanın ən böyük uğuru kimi qiymətləndirib. Bu sahədə ulu öndərimiz Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
Tədbirdə çıxış edən Hümbət Əsədov, Şəkurə Quliyeva və Nəriman Qəniyev partiyanın günümüzdə göstərdiyi mükəmməl fəaliyyətindən danışıblar. Partiyanın sədri prezident İlham Əliyevin apardığı uğurlu təhsil strategiyasından da söz açıblar.
Çinarə Bəhərçinli

Şərh Yaz