Yaddas kitabcasi

Cavanşir yurdunda hazırlıq düşərgəsi

Cavanşir  yurdunda hazırlıq düşərgəsi

Həqiqətən Azərbaycan ordusu çox güclüdür. Ordunun gücü 3 əlamətdən iqtisadiyyatdan, silahlanmadan və mənəviyyatdan asılıdır. Hamımızın bildiyi kimi, Azərbaycanın iqtisadiyyatının bütün sahələri yüksək templə irəliləyir və MDB-də birinci yeri tutur. Azərbaycanın iqtisadi inkişaf modeli bütün ölkə dövlətləri yaxından öyrənirlər. Ordunun silahlanmasına çox böyük diqqət verilir və orduya ayrılan vəsait Ermənistanın bütün büdcəsindən 30-40 faiz çoxdur. Mənəviyyat dedikdə, ordusunun şəxsi heyətində mənəvi psixoloji tərbiyəsi, hərbiçilərin ictimai humanitar dünya görüşü, zabit olmaq üçün ciddi səy göstərmək, sosial fəallıq, intellektual qabiliyyətləri ,sağlamlıq vəziyyəti və fiziki inkişafı nəzərdə tutulur.
Cavanşir yurdunda hazırlıq düşərgəsi

“Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var”
Ali baş komandan İlham Əliyev


Həqiqətən Azərbaycan ordusu çox güclüdür. Ordunun gücü 3 əlamətdən iqtisadiyyatdan, silahlanmadan və mənəviyyatdan asılıdır. Hamımızın bildiyi kimi, Azərbaycanın iqtisadiyyatının bütün sahələri yüksək templə irəliləyir və MDB-də birinci yeri tutur. Azərbaycanın iqtisadi inkişaf modeli bütün ölkə dövlətləri yaxından öyrənirlər. Ordunun silahlanmasına çox böyük diqqət verilir və orduya ayrılan vəsait Ermənistanın bütün büdcəsindən 30-40 faiz çoxdur. Mənəviyyat dedikdə, ordusunun şəxsi heyətində mənəvi psixoloji tərbiyəsi, hərbiçilərin ictimai humanitar dünya görüşü, zabit olmaq üçün ciddi səy göstərmək, sosial fəallıq, intellektual qabiliyyətləri ,sağlamlıq vəziyyəti və fiziki inkişafı nəzərdə tutulur.

Cavanşir  yurdunda hazırlıq düşərgəsi
Bu göstəricilər bizim ordumuza xasdır. Mən deyərdim mənəviyyat əlaməti ordunun güclü olmasının vacib əlamətlərindən biridir. Vacib olduğu üçün daim və ardıcıl sürətdə işlərimizi bunun üzərində qurmalıyıq. Məktəblərdə təlim-tədris bazasının zəif olması, silah-sursat, mexaniki nişanalma, atəş tapşırıqlarının yerinə-yetirilməsi üçün tirin olmaması, təlim patronlarının olmaması biz gəncələrin çağırışaqədərki hazırlıq fənn müəllimlərini narahat edir və biz tədris proqramlarını tam şagirdlərə çatdıra bilmirik. Çöl şəraitində yaşam, sağlam həyat tərzi və asudə vaxtını təşkili kimi məsələlər bizləri narahat etməlidir. Əslində bu sahədə işləri biz daha erkən yaşlarda görməliyik. Nəzərə alsaq ki, hərbi liseylərə qəbul VIII-IX sinif şagirdləri nəzərdə tutulur və bu yaş qrupunda olan gənclərə hərbi biliklərlə bağlı heç bir təlim keçirilmir. Son illərdə nəzərə alsaq ki, X-XI siniflərdə oxuyan gənclər biz hərbi müəllimlər dərs keçməmişdən onlar başqa ali məktəblərə seçim etmişlər və valideynlər tərəfində repetitor müəllimlərlə təmin olunublar. Biz GÇH fənn müəllimlərə ancaq orduya yaxşı əsgər hazırlamaq qalır. Bəs zabit kadrlar neçə olsun? Odur ki, təklif edərdim hərbi vətənpərvərlik sahəsində bu boşluğu doldurmaq üçün hərbi hissələrin yanında yay hərbi vətənpərvərlik düşərgələri salınsın. Bu düşərgələrə daha erkən yaşda, yəni VII və VIII siniflərdə oxuyan şagirdlər cəlb olunsun. Düşərgə bir bölük səviyyəsində (100-110 nəfər), qısa müddətli(14 gün) təşkil olunsun. Düşərgəyə gələn gənclər çadırlarda qalmaqla, xüsusi uniforma, yeməklə təmin olunsun. Düşərgədə həyatı dərketmə mərhələsində olan gənclərə vətəndaşlıq, vətənpərvərlik, hərb tariximizi öyrətmək olar. Ordu quruculuğu, taktiki hazırlıq, atəş hazırlığı, topoqrafiya, ilkin tibbi biliklərə yiyələnməsi, zabit olmağı sevdirmək, əsgəri həyatla yaxından tanışlıq və s. vərdişlərə yiyələnməsinə nail olmaq mümkündür. Düşərgə yay mövsümdə 6-7 dəfə (axın) təşkil edilə bilər. Gənclərin düşərgədə olduğu müddət bitdikdən onları uniforma və bacarıqlarına görə fəxri fərman və yaxud sertifikatlarla mükafatlandırılması nəzərdə tutulsun. İnanıram ki, biz yay düşərgəsini təşkil etməklə çox böyük vətənə xidmət etmiş oluruq.
Sonda fikrimi ulu öndər Heydər Əliyevin sözü ilə bitirmək istərdim:
– Gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik.
Əsgər Manafov.
N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin GÇHH fənn müəllimi

Şərh Yaz