Uğurları hələ qarşıdadır

Hər il “Gələcək nəsillərlə üz-üzə” Ümumrespublika inşa müsabiqəsi keçirilir. Minilliyin layihəsi olan bu müsabiqənin cari dərs ilində V Ümumrespublika müsabiqəsinə yekun vurulub. Məktəbimizin iki nəfər şagirdi – X a sinif şagirdi Ülvi Məmmədli və XI a sinif şagirdi Orxan Əlili bu müsabiqənin qalibi olublar. Onları oxuculara təqdim edirik. Uğurları hələ qarşıdadır

Hər il “Gələcək nəsillərlə üz-üzə” Ümumrespublika inşa müsabiqəsi keçirilir. Minilliyin layihəsi olan bu müsabiqənin cari dərs ilində V Ümumrespublika müsabiqəsinə yekun vurulub. Məktəbimizin iki nəfər şagirdi – X a sinif şagirdi Ülvi Məmmədli və XI a sinif şagirdi Orxan Əlili bu müsabiqənin qalibi olublar. Onları oxuculara təqdim edirik.
Uğurları hələ qarşıdadır
Ülvi Məmmədli layihənin “Demokratiyanın yayılması” çağırışı üzrə ikinci mükafatçısı olmuşdur. O, 2004-cü ildən məktəbimizdə təhsil alır. Təhsil aldığı müddətdə məktəblilər arasında keçirilən Azərbaycan dili və ədəbiyyatı fənni üzrə olimpiadaların iştirakçısı olub. Məktəb və rayon üzrə həmişə fərqlənib. Müəllim və şagird kollektivinin sevimlisidir. İctimai işlərdə fəaldır. Sinif divar qəzetinin məzmunlu və vaxtı-vaxtında çıxarılmasında Ülvinin əməyi çoxdur.
Söhbət zamanı Ülvi bildirdi ki, dövlətimiz təhsilə, gəncliyə xüsusi diqqət və qayğı göstərir. Belə olan şəraitdə niyə də fərqlənmiyəsən. Müəllimlərimə həmişə minnətdaram. Məktəbin tədris işləri üzrə direktor müavini Əşrəf Hüseynova, sinif rəhbərim Zülfiyyə Mirzəyevaya, müəllimlərim Gülnarə Mitəlovaya, Musavəddin Kərimova, Aybəniz Əsədovaya, Əsgər Manafova və Hacıməmməd Məmmədova təşəkkürümü bildirirəm. Bu münasibətin əsasında müəllimin hər bir şagirdi ilə öz dilində, xüsusiyyətinə uyğun xoş münasibət qurmağı bacarması dayanır. Çünki, öyrənmənin əsasında müəllimə bəslənən sevgi, hörmət gəlir.

Uğurları hələ qarşıdadırOrxan Əlili XI a sinifində oxuyur. O, layihə çərçivəsində “Qadınların statusu” mövzusunda yazdığı inşa müsabiqəsinin üçüncü mükafatçısı olmuşdur. 2003-cü ildə N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olduğu gün Orxanın yadından çıxmır. O, məktəbdə oxuduğu illərdə müəllimlərinin biliklərindən lazımınca faydalanıb. Həmin vaxtdan məktəbdə keçirilən bilik yarışlarında həmişə yaxından iştirak edib və uğurlar qazanıb. Bu il Orxan məktəbi bitirir. Arzusu idmançı olmaqdır. O, rayon, Respublika yarışlarında mütəmadi iştirak edib. Həmişə də yüksək yerlər tutub. Orxan Əlili bildirir ki, məktəbimizdə uğur qazanmaq üçün hər cür şərait yaradılıb. Məktəbin direktoru Respublikamızın Qabaqcıl Təhsil işçisi Qalib Bəşirov başda olmaqla bütün müəllimlər bizə lazımi bilikləri verir. Axı insanın gələcəyi, xoşbəxtliyi yalnız bilikdədir. Bizə olan bu diqqəti elmin sirlərinə dərindən yiyələnməklə doğrultmağa çalışacağam.
Həqiqətən də doğru deyiblər ki, uşaq sərhəd tanımayaraq öyrənən sistemdir. O, öyrəndikcə inkişaf edib fərqliləşərək həyata uyğunluq qazanır. Bunu isə uşağa ilk öyrədən ibtidai sinif müəllimidir. Həmsöhbətimiz üçün də təhsilin, elmin qapıları ilk müəllimindən Rəhilə Heydərovadan başlayır. Sonra bunu Azərbaycan dili və ədəbiyyatı müəllimim Jalə Alıyeva inkişaf etdirib. Orxan bir qədər obrazlı danışır və qeyd edir ki, ilk müəllim ümid tumurcuqlarını gülə, çiçəyə çevirdi. Jalə xanım isə bu çiçəklərdən meyvə dərdi.
Biz də təbriklərə qoşularaq Ülvi və Orxanı təbrik edirik. İnanırıq ki, onların uğurları hələ qabaqdadır.
Ülviyyə Zeynalova,
N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz