Örnək olan gənclərimiz

Örnək olan gənclərimiz

Noyabrın 28-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Prezident təqaüdünə layiq görülmüş gənclərin valideynləri, təhsil aldıqları ümumtəhsil məktəblərinin rəhbərləri və müəllimləri ilə İsmayıllı şəhərində görüş keçirmişdir. Görüşdə İsmayıllı rayon İcra hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, orta təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, 600 baldan yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülmüş abituriyentlərin valideynləri iştirak etmişdir.

Tədbirdə çıxış edən TQDK-nın Göyçay Regional bölməsinin müdiri Məhəmməd Məmmədov qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin valideynlərini, müəllimlərini yetirmələrinin təhsildə qazandıqları yüksək nailiyyətlər münasibətilə təbrik etmiş və ali təhsil müəssisələrində oxuduqları müddətdə də onların yüksək nəticələr əldə edəcəklərinə ümidvar olduqlarını qeyd etmişdir.
Örnək olan gənclərimiz
Bu tələbələrin gələcəkdə qəbul imtahanlarında iştirak edəcək abituriyentlər üçün də örnək olduğu vurğulanmışdır.
Tədbirdə çıxış edən İsmayıllı Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov da valideynləri təbrik etmiş və bildirmişdir ki, övladlarınızın bilik yarışında əldə etdiyi bu nəticə çox böyük nailiyyətdir, onların təbliği hazırda məktəbdə oxuyan və gələcəkdə ali təhsil almaq istəyən şagirdlər üçün böyük stimuldur.
Çıxışlarda “Abituriyent” jurnalının hər il xüsusi bir sayının qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərə həsr olunması, burada onların ictimaiyyətə daha yaxından tanıdılması, təcrübələrinin öyrənilməsi və yayılması məqsədilə materialların, müsahibələr və məqalələrin verilməsi, hər bir yüksək ballı abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb haqqında məlumatların təqdim olunması, həmçinin onların arzu, rəy, təklif və şagirdlərə tövsiyələrinin dərc edilməsi böyük tərbiyəvi əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur.
Tədbirdə iştirak edən valideynlər, müəllimlər, təhsil müəssisələrinin nümayəndələri belə görüşlərin təşkili üçün TQDK-nın rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Görüş zamanı valideynlərə və qəbul imtahanlarında şagirdləri yüksək nəticə göstərmiş məktəblərə “Abituriyent” jurnalının qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərdən bəhs edən 11-ci sayı və müxtəlif hədiyyələr təqdim olunmuşdur.
“İsmayıllı xəbərləri”

Şərh Yaz