Yaddas kitabcasi

İsmayıllı RİH başçısı Mirdaməd Sadıqova açıq məktub


Hörmətli Mirdaməd müəllim!
Təxminən 25 ildir ki, Diyallı kəndi unudulmuş vəziyyətdə qalmışdı. Rayon mərkəzinə nə qədər yaxın olsa gözdən, könüldən uzaq düşmüş, səsi eşidilməz olmuşdu. Kənd getdikcə artan problemlər içində boğulurdu. Yaxın perspektivdə onun hansısa bir dərdinə əlac ediləcəyinə heç bir inam yox idi.
İsmayıllı RİH başçısı Mirdaməd Sadıqova açıq məktub

Hörmətli Mirdaməd müəllim!
Təxminən 25 ildir ki, Diyallı kəndi unudulmuş vəziyyətdə qalmışdı. Rayon mərkəzinə nə qədər yaxın olsa gözdən, könüldən uzaq düşmüş, səsi eşidilməz olmuşdu. Kənd getdikcə artan problemlər içində boğulurdu. Yaxın perspektivdə onun hansısa bir dərdinə əlac ediləcəyinə heç bir inam yox idi.

Bu həmin kənddir ki, adı yüzillərdən bəri ölkəmizin tarixi ilə sıx bağlanmışdır. Zaman-zaman nəinki qonşu kəndlərdən, hətta digər rayonlardan elm, təhsil yanğılı uşaq və gənclər məhz “Əfəndilər kəndi” ünvanı ilə tanınan Diyallıya üz tutmuş, buradan maarif məşəli ilə qayıtmışlar. Çoxlarını rəvan həyat yoluna çıxarmış bu kəndin özü son onillərdə ən bərbad yolun ümidinə qalmışdır. Hər dəfə getdiyimiz yerdə “Yol – mədəniyyət deməkdir”, “Mədəniyyət yoldan başlanır” şüarlarını oxuyub kəndə qayıdanda pərtlikdən özümüzə gələ bilmirdik. Kəndə gəlib-gedən qonaqları nə qədər xəcalətli qarşılayıb yola salmaq olardı?! Bu və digər problemlər (qazsızlıq, işsizlik və s.) giley-güzara dönüb illər ərzində küskünlüyə, narazılığa, sosial ədalətə inamın sarsılmasına səbəb oldu.
Sizin gəlişiniz hər şeyi tamam dəyişdirdi. Rayon rəhbəri kimi, fəaliyyətə başlamanızdan cəmi bir neçə ay keçsə də, ürək dolusu danışmağa layiq xeyli iş görmüsünüz. Rayonumuzun siması hər gün dəyişməkdədir. Hara baxırsan tikinti, abadlıq işləri gedir. Sanki onillərlə qar, buz altında qalmış torpağa bahar gəlib. Yerin xəlq etmək, adamların qurub-yaratmaq gücünü tamamilə üzə çıxarıb.
Siz cəmi bir həftə ərzində Diyallı kəndinə arzusunda olduğumuzdan da gözəl, keyfiyyətli yol çəkdirdiniz. Mübaliğəsiz deyə bilərik ki, heç şəhərimizin özündə də belə əla yolu olan küçə yoxdur. Siz artezian quyusu qazdırmaqla nə qədər evi su işığına qərq etdiniz, neçə adamın problemlərinə son verdiniz.
Sizin göstərişinizlə indi Diyallıda qazlaşdırma işi başlanıb. İşin sürəti göstərir ki, elə bu qış evimiz mavi yanacaqla (sizin isti qəlbinizlə desək daha düz olar) isinəcək.
Hörmətli başçı!
Bildiririk ki, Sizin Diyallı kəndi ilə bağlı çox geniş planlarınız var. Hər şeydən görünür ki, onların hamısını ən qısa zamanda reallaşdıracaqsınız. Diyallının keçmiş şöhrəti bir daha sizinlə qayıdacaq. Kəndimiz üçün gördüyünüz və görəcəyiniz bütün işlərə görə dərin minnətdarlığımızı bildiririk! Sadə camaatın alqışını qazanmaq Allahın razılığını qazanmaqdır.
Bilirik ki, Siz tərifi xoşlamırsınız. Xalq üçün işləməyi, ona xidmət etməyi vəzifə borcu hesab edirsiniz. Amma biz bunu həm də fəzilət sayırıq. Axı əvvəlkilərdən məhz bunu görmürdük.
Hörmətli Mirdaməd müəllim!
Siz vəzifəyə bir sadəlik gətirdiniz. Siz Başçı – Vətəndaş münasibətlərinə İsmayıllı rayonunda yeni bir baxış formalaşdırdınız. Bu baxış bütün vəzifə daşıyan insanlara ibrətli bir mesaj oldu. Bütün tədbirlərimizə yeni ruh, müasir yanaşma formalaşdırdınız. Camaatla rəhbər arasında çoxdan yaranmış soyuqluğu aradan qaldırdınız. Göstərdiniz ki, böyük vəzifə xalqa daha böyük ləyaqətlə xidmət etmək imkanıdır və Başçı rayonun ən yorulmaz zəhmətkeşi deməkdir. Siz camaatla dövlət arasında möhkəm mənəvi bağlılıq yaratdınız. Məhz sayənizdə camaat dövlətin qayğısını, dövlət isə camaatın məhəbbətini və sədaqətini bütün aydınlığı ilə hiss etdi.
Hörmətli başçı!
Şadıq ki, Prezidentin Sizə göstərdiyi yüksək etimadı bu qədər qısa vaxt ərzində yetərincə doğrultdunuz!
Sizinlə işləmək, Sizinlə bir yolu tutub getmək bizim üçün olduqca xoşdur!
Hörmətlə:
Sizə can sağlığı və bütün işlərinizdə uğur arzulayan, Sizi böyük İsmayıllı ailəsinin ağsaqqalı, fədakar oğlu kimi qəbul edən və sevən Diyallı kənd tam orta məktəbinin müəllim kollektivi

Şərh Yaz