Şəbyan kəndində səyyar qəbul

Şəbyan kəndində səyyar qəbul

Gözəl təbiəti, münbit torpaqları olan Şəbyan kəndi İsmayıllı rayonunun Keyvəndi kənd ərazi inzibati dairəsinə daxildir. Kənddə 55 təsərrüfat, 49 ev, 224 nəfər sakin var.
Rayonun sosial-iqtisadi inkişafına, əhalinin maddi-rifahının yaxşılaşdırılması, iş yerlərinin təşkili məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun kənd sakinləri ilə görüş-qəbulları davam edir. Noyabr ayının 15-də RİH başçısı Şəbyan kəndində görüş-qəbul keçirib.

RİH başçısı kənddə olan problemlərin ona məlum olduğunu bildirib.
Kənd sakinləri kənddaxili elektrik xətlərində nasazlıq olmasını, içməli suyun çatışmamasını, kənddə mavi yanacağın olmadığını diqqətə çatdırıblar. Fərdi ev tikmək üçün icazə, maddi yardım istəyənlər də olub. Elektrik transformatorunun həyətindən çıxarılmasını, mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsini xahiş edən də olub.
RİH başçısı qarşıdan gələn ildə kənddə iki subartezian quyusunun qazılacağını və yaşayış məntəqəsinin qazla təmin olunacağını bildirib. Müvafiq tövsiyə və tapşırıqlarını da verib.
Görüş başa çatdıqdan sonra RİH başçısı kənddə tikilən yeni məktəb binasında işin gedişi ilə maraqlanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz