Yaddas kitabcasi

Dövlətçiliyimizdə parlaq hadisə

Dövlətçiliyimizdə parlaq hadisə
Noyabr ayının 12-də İsmayıllıda Azərbaycan Respublikasının ilk Konstitusiyasının – əsas qanununun qəbul edilməsinin 18 illiyi münasibəti ilə Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Dövlətçiliyimizdə parlaq hadisə

Noyabr ayının 12-də İsmayıllıda Azərbaycan Respublikasının ilk Konstitusiyasının – əsas qanununun qəbul edilməsinin 18 illiyi münasibəti ilə Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Dövlətçiliyimizdə parlaq hadisə Dövlətçiliyimizdə parlaq hadisə
Tədbirdə çıxış edən İsmayıllı rayon Məhkəməsinin hakimi Azad Əliyev əlamətdar gün münasibəti ilə hamını ürəkdən təbrik edib. 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyada əksini tapan maddələr – insan hüquq və azadlıqları haqqında ətraflı məlumat verib. Natiq Konstitusiyanı təkcə 9 milyonluq müstəqil Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının tarixi nailiyyəti, uğuru olduğunu qeyd edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Valeh Hüseynov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə bu mükəmməl sənədin hazırlandığını deyib. O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Eyni zamanda Konstitusiyada referendum yolu ilə iki dəfə dəyişikliklər edildiyi haqqında da geniş məlumat verib.
Tədbirdə çıxış edən tarix müəllimləri Təranə Məmmədova və Sahil Əzimov Konstitusiyanın qəbul olunmasını dövlətçiliyimizin tarixində ən parlaq hadisə kimi qiymətləndiriblər.
Qeyd edək ki, Konstitusiya günündə keçirilən tədbir həm də Mərkəzin nəzdində təşkil olunmuş Heydər Əliyev Məktəbinin bu il üçün son məşğələsi olub.
Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin fəaliyyət dövrünü, qanun toplularını özündə cəmləyən kitablar sərgilənib. Burada həm də rayon tədbirlərində iştirak edən incəsənət fəallarının ifasında canlı musiqi parçaları səslənib.
Ş.Soltanov

Şərh Yaz