Yaddas kitabcasi

Humanistlikdən yaranan Konstitusiya

Humanistlikdən yaranan Konstitusiya
Azərbaycan xalqı özünün ən fərəhli, yadda qalan tarixi günlərini yaşayır. Oktyabrın 9-da keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri xalqımızda xoş ovqat yaratmışdır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin bütün rəqiblərini arxada qoyaraq, böyük səs çoxluğu ilə qələbə qazanması xalqını, millətini sevən hər bir insanda, sözün həqiqi mənasında, gələcəyə inam hissini daha da gücləndirmişdir.

Humanistlikdən yaranan Konstitusiya

Azərbaycan xalqı özünün ən fərəhli, yadda qalan tarixi günlərini yaşayır. Oktyabrın 9-da keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri xalqımızda xoş ovqat yaratmışdır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin bütün rəqiblərini arxada qoyaraq, böyük səs çoxluğu ilə qələbə qazanması xalqını, millətini sevən hər bir insanda, sözün həqiqi mənasında, gələcəyə inam hissini daha da gücləndirmişdir.
Humanistlikdən yaranan Konstitusiya
Ölkə vətəndaşlarının böyük əksəriyyəti gənc, müstəqil Azərbaycanın qarantı olan bir namizədə – İlham Əliyevə səs verdi. Azərbaycanın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da, seçkilər yüksək bayram əhval ruhiyyəsi ilə, tam azad, şəffaf və demokratik bir şəraitdə baş tutdu. İsmayıllı seçicilərinin 85,68 faizi cənab İlham Əliyevə səs verdi.
Bildiyiniz kimi, 18 il bundan əvvəl 12 noyabr 1995-ci il tarixdə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası – əsas Qanunu qəbul edilmişdir. Bu tarixi hadisə hər bir azərbaycanlıda, bütün vətəndaşlarımızda qürur və iftixar hissi doğurmuşdur.
Mənə verilən imkandan istifadə edərək Sizi-Əsas dövlət bayramlarımızdan biri olan bu tarixi və əlamətdar gün – Konstitusiya günü münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə can sağlığı, tale xoşbəxtliyi, müstəqil respublikamızın inkişafında fəal vətəndaş mövqeyi arzulayıram.
12 noyabr 1995-ci il xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin gün bəşər tarixində ilk dəfə olaraq müstəqil, suveren Azərbaycan xalqı özünün Konstitusiyasını qəbul etmişdir. Ona görə də bu, təkcə 9 milyonluq müstəqil Azərbaycan xalqının yox, bütün dünya azərbaycanlılarının tarixi nailiyyəti, uğuru hesab edilməli, dövlətçiliyimizin tarixində ən parlaq hadisə kimi qiymətləndirilməlidir.
Xalqımızın bugünkü inkişaf mərhələsinə gəlib çatması, əlbəttə, asan olmamışdır. Onun öz dövlətçiliyini yaratmaq cəhdləri daim böyük problemlər və maneələrlə qarşılaşmışdır.
1991-ci ildə Sovet imperiyasının süqut etməsi nəticəsində, xalqımızın qarşısında yenidən öz müstəqil dövlətini yaratmaq imkanı açıldı. Respublikamız Azərbaycan Demokratik Respublikasının varisi elan edilsə də, qanunlar köhnə olaraq qalırdı. Yeni qanunlar hazırlanması üçün müstəqil dövlətin Konstitusiyası lazım idi. Bu məsuliyyətli və çətin vəzifəni heç kim üzərinə götürməyə cəsarət etmirdi. Çünki bu iş üçün ölkənin inkişaf yolunu aydın görən, dövlət quruculuğu təcrübəsi olan, bəşəri dəyərləri milli dəyərlərimizə sintez etməyi bacaran, müstəqil dünya siyasətindən baş çıxaran iti ağıl və zəka sahibi lazım idi.
Bu ağır, çətin və şərəfli vəzifəni məhz ümummilli liderimiz Heydər Əliyev öz üzərinə götürdü. Ulu öndərimizin rəhbərliyi ilə qısa müddətdə son dərəcə mükəmməl bir sənəd hazırlandı. Ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabr ayının 12-də keçirilmiş referendumda seçicilərin 94,8 faizi yeni Konstitusiyanın lehinə səs verdi. Bununla da, Azərbaycanda hüquqi, demokratik dünyəvi dövlətin qurulması, vətəndaş cəmiyyətinin yaranması üçün bütün təsisatlar bərqərar oldu.
Azərbaycan Respublikasının Konstitusiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya indiyədək iki dəfə – 24 avqust 2002-ci ildə və 18 mart 2009-cu ildə referendum yolu ilə dəyişikliklər edilmişdir.
Konstitusiyanın başlıca ideyası yüksək humanizm və demokratiyadır. Onun başlıca meyarı şəxsiyyət üçün müəyyən edilmiş hüquq və azadlıqlardır. Təkcə onu demək kifayətdir ki, Konstitusiyanın 158 maddəsindən 57-də insan hüquq və azadlıqları təsbit edilmişdir ki, bu da gənc, müstəqil Azərbaycanın demokratik və hüquqi cəmiyyət qurmaq məqamında olduğunu təsdiq edir.
Ulu öndərin xalqımıza və müstəqil dövlətimizə əvəzsiz əmanəti olan Konstitusiyamız ən qabaqcıl dünya təcrübəsinə, qanun yaradıcılığı prinsiplərinə, çoxəsrlik dövlətçilik ənənələrinə əsaslanır, milli və ümumbəşəri dəyərləri üzvü surətdə özündə ehtiva edir.
Əsas Qanunumuzun qəbul edilməsi dövlətçilik tariximizdə yeni bir mərhələ açdı, dövlət quruculuğunda, ictimai-siyasi, iqtisadi və mədəni həyatda dinamik proseslərə güclü təkan verdi. Dünyada ən demokratik Konstitusiyalardan biri olan bu sənəd hakimiyyətlərin bölgüsü, insan hüquq və azadlıqları prinsiplərinə əsaslanmış, demokratik, hüquqi, dünyəvi, dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.
Konstitusiyamız Azərbaycan cəmiyyətində humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit edir. Məmnunluq hissi ilə qeyd edirəm ki, Konstitusiyamızda insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı müddəalar mühüm yer tutur.
Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, bu sənəd Azərbaycanda yaşayan bütün xalqların ümumi istək və arzularını, ümumi mənafelərini əks etdirən humanist xarakter daşıyır.
Konstitusiyada demokratik və humanist prinsiplərə əsaslanaraq göstərilir ki, “Azərbaycan Respublikası, bütün Azərbaycan vətəndaşlarının ümumi və bölünməz vətənidir”.
Yeni Konstitusiya insan hüquqları, milli suverenlik və demokratiya, humanizm prinsipləri üzərində qurulmuşdur. Konstitusiyanın diqqətəlayiq cəhətlərindən biri də xalqın iradəsinin, dövlətin suverenlik hüququnun təsbit edilməsindədir. Müstəqilliyin qarantı xalq və onun iradəsi hesab olunur. Konstitusiyada ümummilli liderimiz vətəndaş cəmiyyəti yaratmaq, hüquqi dövlət qurmaq prinsiplərinə sadiqlik nümayiş etdirmişdir.
Azərbaycan dövlətinin ali məqsədi insan və vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsidir. Konstitusiyamızda vətəndaşların hüquq və azadlıqlarının müəyyənləşdirilməsində Azərbaycan xalqının ənənələrinə, milli xüsusiyyətlərinə çox mükəmməl əməl olunmuş, insan hüquqlarının toxunulmazlığı, təhlükəsizliyin təminatı, hüquq və azadlıqlarının müdafiəsi ön plana çəkilmişdir. Bütün bunlar Əsas Qanunun humanist xarakterini bir daha təsdiq edir.
Bu müddəalar ümummilli liderimiz Heydər Əliyevin böyük humanizminin, bəşəri düşüncəsinin, siyasi uzaqgörənliyinin reallığıdır. Konstitusiya hazırlanarkən o, necə böyük məsuliyyət hiss etdiyini belə ifadə etmişdi:
“Konstitusiyanın layihəsini hazırlayan komissiyanın sədri kimi, şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu sənədin altından imza atır və tam cavabdeh olduğumu bəyan edirəm. Əminəm ki, xalqımız bu konstitusiyanın müddəalarından istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir”.
Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir.
Konstitusiyamızın müddəalarının həyatımızda, dövlət quruculuğunda, demokratik və humanist dəyərlərin bərqərar olunmasında ümummilli liderimizin rəhbərliyi və gərgin zəhməti danılmazdır. Ulu öndərimiz Heydər Əliyevin prezidentliyi dövründə 32 əfv fərmanı verilmiş, 5 amnistiya aktı qəbul olunmuş və bu humanist aktlar 50 min nəfərdən çox insana şamil edilmişdir.
Konstitusiyanın qəbul olunmasından ötən illər ərzində o, öz həyat gücünü, humanizmini, dinamik bir sənəd olduğunu sübut etmişdir. Əsas Qanunumuzun əhatə etdiyi bütün sahələrdə, xüsusən hüquqi dövlət quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqi, insan haqlarının qorunması sahəsində əldə olunmuş böyük nailiyyətlər göz qabağındadır.
Ümummilli liderimizin humanist ideyalarını uğurla davam etdirən respublika Prezidenti cənab İlham Əliyev Konstitusiyamızdan irəli gələn vəzifələri vətəndaş cəmiyyətinin bərqərar olması, demokratik prinsip və dəyərlərin, insan hüquq və azadlıqlarının daha dolğun və real məzmun kəsb etməsi üçün var qüvvəsi ilə çalışır. İnsan haqları ciddi şəkildə müdafiə olunur, Konstitusiyamızda təsbit olunmuş humanist ideyalar böyük ruh yüksəkliyi ilə inkişaf etdirilir və real həyatda öz əksini tapır.
Vətəndaşlarımızın mülkiyyət, nikah və ailə, istirahət, sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, təhsil, mədəniyyət, mənzil, milli mənsubiyyət, ana dilindən istifadə, şərəf ləyaqətin müdafiəsi, fikir, söz, vicdan, sərbəst toplaşmaq, birləşmək, yaradıcılıq, sahibkarlıq azadlıqları Konstitusiyamızın humanist xarakterini bir daha nümayiş etdirir.
“Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” deyən ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyanın hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdür.
Konstitusiyada nəzərdə tutulmuş demokratik müddəaların həyata keçirilməsi üçün bütün sahələrdə köklü dəyişikliklər edilmiş, mükəmməl qanunvericilik bazası yaradılmış, minlərlə mütərəqqi qanunlar qəbul edilmişdir. İnsan hüquqlarının daha etibarlı qorunması məqsədilə üçpilləli məhkəmə hakimiyyəti, Ombudsman təsisatı və daha böyük səlahiyyətlərə malik olan Konstitusiya Məhkəməsi yaradılmışdır.
Fikir və söz azadlıqlarının təmin edilməsinə, vətəndaş cəmiyyətinin inkişafına yönəldilmiş mühüm tədbirlər nəticəsində ölkədə kütləvi informasiya vasitələrinin, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının fəaliyyəti daha da inkişaf etmişdir. 10 il tarixi inkişaf baxımından elə böyük vaxt olmasa da Prezident cənab İlham Əliyevin gördüyü və həyata keçirdiyi işlər çox uzun bir zaman təsiri bağışlayır. Bu dövr ərzində ölkəmizdə bir çox layihələr həyata keçirilmiş, insanların sosial həyatı xeyli yaxşılaşdırılmış, əmək haqları artırılmış, xalqımızın həyat səviyyəsi xeyli yüksəlmişdir. Bütün bunlar Konstitusiyamızdan irəli gələn humanist prinsiplər Heydər Əliyev dühasına və İlham Əliyev zəkasına əsaslanır.
İnsan haqlarının maksimal müdafiəsini nəzərdə tutan addımlar özündə həm də humanist dəyərləri, mütərəqqi prinsipləri ehtiva edir. Buna nümunə kimi, cənab İlham Əliyevin dövr ərzində çoxsaylı əfv fərmanı imzalamasını və minlərlə məhkumun azad edilməsini göstərmək yerinə düşər. Əfv edilənlər arasında hətta ağır dövləti cinayətlərdə iştirak etmiş məhkumların, xüsusilə qadınların, yetkinlik yaşına çatmayanların, hərbi hissələrdə fərarilik edənlərin olması respublikamızda gerçək demokratik siyasi sistemin mövcudluğunu bir daha təsdiq edir.
Bu addım Konstitusiyamızın demokratik prinsiplərinə, öz xalqına arxalanan cənab İlham Əliyevin idarəçilik fəlsəfəsində humanizm və insanpərvərlik ideyalarının parlaq bir xətt təşkil etdiyini göstərir.
“1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları qoyuldu və bu gün də ölkəmizin əsas ideoloji şüarı Azərbaycançılıq məfkurəsidir. Məhz Heydər Əliyev tərəfindən qoyulan bu əsaslar bu gün Azərbaycan xalqına yol göstərir” –deyən dövlətimizin başçısı İlham Əliyev öz gündəlik fəaliyyətində daim bu Konstitusiyaya istinad edərək dövlətçiliyimizi, iqtisadiyyatımızı və cəmiyyətimizi daha yüksək inkişafa aparır. Bunu hazırda ölkəmizdə həyata keçirilən geniş miqyaslı dövlət proqramlarının reallaşması, iqtisadi, sosial və mədəni siyasətin nəticələri təsdiq edir.
Sevimli prezidentimiz İlham Əliyevin “Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaş durur” -deməsi qürur hissi doğurur.
V.Hüseynov,
RİH-nin hüquq şöbəsinin müdiri

Şərh Yaz