Xeyli ucuz

Xeyli ucuz
Noyabr ayının 9-da İsmayıllı rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən yarmarkada məhsullar əsasən kəndlərdən gətirilib. Məhsullar bazar qiymətindən 25-30 faiz aşağı təklif edilib. Sakinlər isə belə yarmarkaların hər həftə keçirilməsini istəyiblər, eyni zamanda qiymətlərin aşağı olmasından razılıqlarını bildiriblər. Xeyli ucuz
Noyabr ayının 9-da İsmayıllı rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən yarmarkada məhsullar əsasən kəndlərdən gətirilib. Məhsullar bazar qiymətindən 25-30 faiz aşağı təklif edilib. Sakinlər isə belə yarmarkaların hər həftə keçirilməsini istəyiblər, eyni zamanda qiymətlərin aşağı olmasından razılıqlarını bildiriblər.
Xeyli ucuz
Şəhər sakini Nəzakət Qırxlarova deyir ki, yarmarkada satışa çıxarılan məhsullar bazardakından xeyli ucuzdur.
Bildirək ki, yarmarkada balın bir kiloqramı 15 manat, bir kiloqram mal ətinin qiyməti 6 manat, quş ətinin qiyməti isə 3 manat, buğda və arpanın kiloqramı 20 qəpik, narın kiloqramı 30-50 qəpik arası, pendirin kilosu 3 manat, göy-göyərtinin dəstəsi 18 qəpik olub.
Yarmarkada rayon sakinlərinin fəallığı qiymətlərin ucuz olması ilə əlaqəlidir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz