Sayt təqdimatı

Sayt təqdimatı
İsmayıllı Tarix Diyarşünaslıq Muzeyi 1981-ci ildə uyğunlaşdırılmış binada, 2009-ci ildən isə yeni binada fəaliyyətə başlayıb. Hazırda muzeydə 2600-dən çox eksponat var. Bunların da əsas hissəsini arxeoloji, təsadüfi qazıntılar, maddi-mədəniyyət nümunələri, qədim əmək alətləri, silahlar, məişət əşyaları, xalq yaradıcılığı nümunələri, numizmatika materialları təşkil edir. Muzeyin işini təbliğ etmək məqsədi ilə ismayillimuzeyi.jimdo.com adlı yeni sayt açılıb.Sayt təqdimatı

İsmayıllı Tarix Diyarşünaslıq Muzeyi 1981-ci ildə uyğunlaşdırılmış binada, 2009-ci ildən isə yeni binada fəaliyyətə başlayıb. Hazırda muzeydə 2600-dən çox eksponat var. Bunların da əsas hissəsini arxeoloji, təsadüfi qazıntılar, maddi-mədəniyyət nümunələri, qədim əmək alətləri, silahlar, məişət əşyaları, xalq yaradıcılığı nümunələri, numizmatika materialları təşkil edir. Muzeyin işini təbliğ etmək məqsədi ilə ismayillimuzeyi.jimdo.com adlı yeni sayt açılıb.
Sayt təqdimatı Sayt təqdimatı
Noyabr ayının 9-da saytın təqdimat mərasimi olub. Mərasimdə Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Şöbəsi ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev saytın açılmasının önəmini vurğulayıb. Bildirib ki, sayt İsmayıllı tarixinin təbliğində, turizm sektorunun inkişafında və xarici turistlərin rayona cəlb edilməsinə töhfələrini verəcək.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov İsmayıllıda iki muzeyin fəaliyyət göstərdiyini deyib. Muzeydə olan eksponatlar haqqında məlumat verib. Qeyd edib ki, muzey haqqında dünyaya bildirmək işində saytın əvəzsiz rolu olacaq.
İsmayıllı Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Mayıl Fərəcov sayt haqqında ətraflı məlumat verib. Bildirib ki, yüksək peşəkarlıqla hazırlanmış saytda İsmayıllı, muzey, muzeydə olan eksponatlar, qalalar, tarixi şəxsiyyətlərimiz, video görüntülər, fotoqalereya, qonaq kitabı kimi bölmələr fəaliyyət göstərəcək.
Tədbirdə iştirak edən tarix müəllimləri – Ramiz Baloğlanov, Mehdi Məmmədov, Xalid Mürşüdov və Vidadi Soltanov ermənilərin tariximizi dəyişdirmək, yanlış təbliğ etmək istəklərindən danışıblar. Tariximizin düzgün təbliği baxımından saytın işini alqışlayıblar.
Çinarə Bəhərçinli

Şərh Yaz