Gəlin birlikdə gülək

Gəlin birlikdə gülək

Hörmətli redaksiya, rayonumuzda bir çoxları Aslan Aslanovu məzəli söhbətləri, hazircavablığı ilə tanıyır. Uzun illərdir ki, onunla dostluq edirik. Onun məzəli, lakonik, vaxtında atdığı atmacalar sözün əsl mənasında dillər əzbəridir. Ayrı-ayrı adamlarla şahidi olduğum görüşləri zamanı Aslanın bu məzəli söhbətlərini evə çatan kimi, xüsusi dəftərə qeyd edirəm. Nəticədə, xeyli yeni lətifə toplanıb. Aslanın “Ömrün məzəli anları” kitabına düşməyən bir neçə yeni lətifəsini oxuculara təqdim edirəm.Gəlin birlikdə gülək

Gəlin birlikdə gülək
Hörmətli redaksiya, rayonumuzda bir çoxları Aslan Aslanovu məzəli söhbətləri, hazircavablığı ilə tanıyır. Uzun illərdir ki, onunla dostluq edirik. Onun məzəli, lakonik, vaxtında atdığı atmacalar sözün əsl mənasında dillər əzbəridir. Ayrı-ayrı adamlarla şahidi olduğum görüşləri zamanı Aslanın bu məzəli söhbətlərini evə çatan kimi, xüsusi dəftərə qeyd edirəm. Nəticədə, xeyli yeni lətifə toplanıb. Aslanın “Ömrün məzəli anları” kitabına düşməyən bir neçə yeni lətifəsini oxuculara təqdim edirəm.

Oturub gəlsin
Aslanın yaşlı bir qohumu qışda Bakıda yaşayan oğlunun yanında qalırdı. Bir gün Aslan qohumunun rayona gələn oğlu ilə rastlaşır.
– Ayə, kişi nə təhərdi?
– Xəstədir.
– Ona çatdır, “RAF”-a beş manatını verib qayıtsın evinə, uzatsa, “Skoru” ilə 180 manat verməli olacaqsınız.

Naşükür olma

Aslanın atası Böyük Vətən müharibəsinin veteranı olduğuna görə, dünyasını dəyişəndən sonra onun anasına xeyli əlavə təqaüd verilirdi. Bir gün söhbət əsnasında anası Aslana şikayətlə deyir:
– Dədən də sağlığında mənə bir gün vermədi.
– Hələ gün verməyib ki, öləndən sonra da, o dünyadan sənə hər ay filan qədər pul göndərir. Naşükür olma, ay ana!

Könlü xoş olsun
Aslan sinif yoldaşı ilə parkda gəzəndə onlara dərs demiş yaşlı müəllimi ilə rastlaşırlar. Sinif yoldaşı müəllimə gileylə:
– Ay müəllim, mən bu Aslanı başa sala bilmirəm ki, atamın adını çəkəndə ya əmi, ya da dayı desin.
Müəllim:
– Aslan, eyibdir, kişinin könlü xoş olsun deyə əmidən, dayıdan adına əlavə elə da.
– Müəllim, heç eşitmisiniz ki, Leninə dayı, Stalinə əmi desinlər? Mən bu kişini adı ilə deyib, onlar səviyyəsinə qaldırıram ki, könlü xoş olsun. Bu isə başa düşmür.

Dayan, qalığını qaytarım
Aslan ürək əməliyyatı keçirəndən sonra köhnə iş yoldaşı Hikmət onu yoluxmaq üçün evlərinə gedir.
– Aslan, bağışla, Bakıda xəstəxanaya yanına gəlmək istəyirdim, alınmadı, – deyib balışının altına bir əllilik qoyur.
Aslan böyük minnətdarlıqla:
– İsmayıllıda yanıma gələnlər mənə 20 manatdan artıq pul verməyiblər, dayan, qalığını qaytarım.

Söyüş yerini özün yaz

Aslan rayon İctimai İaşə Müəssisəsinin müdiri işləyəndə işçilərindən birinin idarəyə xeyli məbləğdə borcu olur. Aslan ondan izahat yazdıraraq pulu nə vaxt verəcəyinə dair öhdəlik tələb edir. İşçi çaşqınlıqla deyir:
– İzahatı necə yazırlar, bilmirəm, deyin yazım.
Aslan diktə edir, işçi yazır: “Mən söz verirəm ki, öhdəmdə olan pulu ayın sonunadək idarənin kassasına ödəyəcəyəm. Əgər ödəməsəm…
Aslan gülümsəyərək davam edir:
– Qalan söyüş yerini özün yazarsan.

Atasının adını de
Bir gün Arzu kefli halda Aslanın maşınını saxladıb, pəncərədən ona pul uzadaraq:
– Bu gecə atam yuxuma girib. Ona bir “Yasin” oxuyarsan.
Aslan ona ilişmək üçün pulu alıb gedir. Səhərisi günü Aslanla yenidən rastlaşan Arzu deyir:
– Mən yenə bu gecə atamı yuxuda görmüşəm, bəs “Yasin” oxumadın?
Arzunun mərhum atasının bir əlində dörd barmağını dəzgah üzmüşdü. Bunu yadına salan Aslan:
– Arzu, dünən kefli idin, sənə ilişmək üçün atovun atasının adını soruşmadım. Mən oxumuşam Əlibala üçün, o dünyada nə çox Əlibala. Hamısı da “Yasin” acı. Sənin dədən də əlini qaldırıb “Yasini” tutmağa, barmaqları olmadığına görə də onu tuta bilməyib. İndi atovun atasının adını de, məxsusi olaraq oxuyum. “Yasin” sahibinə adı, atasının adı ilə çatsın.
Toplayanı:
Hikmət Hümbətov

Şərh Yaz