İsmayıllıda möhtəşəm yarış baş tutub

İsmayıllıda möhtəşəm yarış baş tutub
Noyabr ayının 18-də İsmayıllı rayonunda gimnastların təntənəli qarşılanma mərasimi keçirilib. Həmin gün axşam “Röya” şadlıq sarayında ziyafət verilib.İsmayıllıda möhtəşəm yarış baş tutub

Noyabr ayının 18-də İsmayıllı rayonunda gimnastların təntənəli qarşılanma mərasimi keçirilib. Həmin gün axşam “Röya” şadlıq sarayında ziyafət verilib.
İsmayıllıda möhtəşəm yarış baş tutubİsmayıllıda möhtəşəm yarış baş tutub
İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 20-ci ölkə çempionatı bu gün baş tutub.Yarışda 16 idmançı (həm böyüklər, həm də 1998-2000-ci təvəllüdlü yeniyetmələr) iştirak edib. Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparıblar.
İsmayıllıda möhtəşəm yarış baş tutubİsmayıllıda möhtəşəm yarış baş tutub
Açılış mərasimində çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, İsmayıllıda bu cür möhtəşəm tədbirin keçirilməsinə hər kəs sevinir. Prezident İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb. Heydər Əliyev Fondunun və Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə idmana qayğısı da bu sahənin inkişafına böyük töhfələr verdiyini deyib.
İsmayıllıda möhtəşəm yarış baş tutubİsmayıllıda möhtəşəm yarış baş tutub
Respublika Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, bədii gimnastika son illərdə ölkəmizdə sürətlə inkişaf edərək, böyük uğurlar qazanıb. İ.İsmayılov diqqətə çatdırıb ki, indi nəinki paytaxtda, bölgələrdə də istedadlı idmançılar yetişir. Dövlət himni səsləndirildikdən sonra, mübarizə başlayıb. Son 5 ilin dəyişməz çempionu Aliyə Qarayeva London olimpiadasından sonra karyerasını bitirdiyi üçün, rəqabət Marina Durunda ilə Lalə Yusifova arasında gedib.
İsmayıllıda möhtəşəm yarış baş tutubİsmayıllıda möhtəşəm yarış baş tutubİsmayıllıda möhtəşəm yarış baş tutub
Qaliblərə İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən notebooklar, hər bir iştirakçıya isə Basqalda toxunulan kəlağayılar həddiyə olunub. Qeyd edək ki, idmançılar İsmayıllı olimpiya İdman Kompleksində onlar üçün yaradılan gözəl şəraitdən razılıqlarını bildiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz