Ən yaxşı məktəb və…

Ən yaxşı məktəb və...
Gorkəmli pedaqoq, İsmayıllı təhsilinin banilərindən biri olan İsrayıl Həsənovun adını daşıyan şəhər 1 nomrəli tam orta məktəb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il ikinci dəfə “Ən yaxşı umumtəhsil məktəbi” musabiqəsinin qalibi olmuşdur. Bununla əlaqədar məktəbdə olduq. Biz məktəbin direktoru, respublikanın Əməkdar muəllimi Şəfaqət Rəsulovla goruşməyi qərara aldıq. Onun kabinetində gənc bir oğlan oturmuşdu.Ən yaxşı məktəb və…

Gorkəmli pedaqoq, İsmayıllı təhsilinin banilərindən biri olan İsrayıl Həsənovun adını daşıyan şəhər 1 nomrəli tam orta məktəb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il ikinci dəfə “Ən yaxşı umumtəhsil məktəbi” musabiqəsinin qalibi olmuşdur. Bununla əlaqədar məktəbdə olduq. Biz məktəbin direktoru, respublikanın Əməkdar muəllimi Şəfaqət Rəsulovla goruşməyi qərara aldıq. Onun kabinetində gənc bir oğlan oturmuşdu.
– Bəlkə mane oldum?
– Yox, yox .
Direktor cavan oğlanı mənə təqdim etdi:
– Elman muəllim İstisu məktəbinin direktorudur, gəlib ki, fikir mubadiləsi edək, məktəbimizdən bəzi şeylər oyrənsin. Onu da qeyd edim ki, Elman muəllim bizim məktəbin məzunudur. O, buranı doğma məkanı sayır, ərklə gəlib.
Gənc direktor calışmaq, oyrənmək, məktəbə nəsə yenilik gətirmək həvəsindədir. Ancaq təcrubəsi catmır, məsləhətə boyuk ehtiyacı var. Təcrubəli həmkarına, kecmiş direktoruna sığınmaq istəyirdi. Səhv də etməmişdi. Şəfaqət muəllim onun nə istədiyini tez başa duşdu. Axı İstisu məktəbinin muəllim kollektivi də əsasən gənc kadrlardan ibarətdir. Onlar da calışmaq, nəsə yenilik yaratmaq, məktəbdə İKT-nin təşkili və onun imkanlarından geniş istifadə etmək arzusundadırlar. Gənc direktor muxtəlif beynəlxalq layihələrə qoşulmaq, internet vasitəsilə xarici olkə məktəbləri ilə əlaqələr yaratmaq, bu işə məktəbliləri də cəlb etmək ucun calışır. Şəfaqət muəllim də bu il “Ən yaxşı muəllim” adını qazanmış Ruhiyyə Mahmudovanı cağırıb İstisu məktəbinə necə, hansı usullarla koməklik gostərmək mumkun olduğu barədə məsləhətləşir. Bunun ucun İstisu məktəbinə internet xətti cəkilməlidir. Şəfaqət muəllim bu məsələni operativ həll etmək məqsədilə bir necə yerlə telefon əlaqəsi saxlayır. Bir necə gunə həmin məsələni həll etmək mumkundur. Qərara alınır ki, məktəbə yerindəcə koməklik gostərilsin. Məktəbin bir necə muəllimi kəndə getməli olacaqdır. Hamilik koməyi olaraq onlara bəzi avadanlıqlar da bağışlandı.
Ən yaxşı məktəb və...
Bu barədə bir qədər geniş sohbət acmağımızın səbəbi var. Məktəbin pedaqoji kollektivi təcrubəli muəllimlərdən ibarətdir, zəngin ənənələrə malikdir. Burada oyrəniləsi cox şey var. Kollektiv dayaq məntəqəsi kimi, rayon məktəblərinə metodik koməklik gostərir. Məktəbin iş təcrubəsini oyrənmək ucun digər rayonlardan gələnlər də az deyil. Məsələn, Şəmkir, Qəbələ, Siyəzən, Goycay, Neftcala, Şirvan, Biləsuvar rayonlarından numayəndələr təcrubə mubadiləsi etmək məqsədilə məktəbdə olmuşlar.
Bu il oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı uzrə Dovlət Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Bu sənəd olkə təhsilinin daha yuksək səviyyədə inkişafına yonəldilmişdir. Sənəddə respublikada təhsilin vəziyyəti, vəzifələri, strateji məqsədlər və istiqamətləri, strategiyanın həyata kecirilməsi, idarəetmə və sair gostərilmişdir. Onu da qeyd edək ki, 1 nomrəli məktəb bu istiqamətdə muəyyən işlər gormuş və gorməkdədir. Yeni sənəd kollektivə daha səmərəli fəaliyyət gostərməyə yardımcı olacaq.
Şəhər məktəbində yeni dərs ilində ən muasir usul tətbiq olunur. Məktəb elektron məktəb layihəsinin qalibi olmuşdur. Bu layihəyə 20 məktəb qoşulmuşdu. Məktəbin ədəbiyyat muəllimi Bahar Muradova “1 şagird, 1 kompyuter” respublika musabiqəsində 8 qalibdən biri olmuşdur. Respublikada elektron məktəblər 43-dur və bunlardan biri də 1 nomrəli məktəbdir. Təhsilin informasiyalaşdırılması Dovlət proqramına uyğun olaraq məktəbin muəllimləri “Elektron təhsil” musabiqəsində fəal iştirak etmişlər. 2012-ci ildə məktəbin 36 nəfər muəllimi və bir necə şagirdi musabiqədə iştirak etmişdir. Məktəbin istər muəllimləri, istərsə də şagirdləri muxtəlif beynəlxalq layihə və musabiqələrdə iştirak etmələri barədə yeri gəldikcə misallar gətirəcəyik.
Məktəbin Azərbaycan və rus bolmələrində 1029 nəfər şagird təhsil alır. Rus bolməsində 129 nəfər şagird var. 130 nəfərdən ibarət pedaqoq şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Onu da xususilə qeyd etmək lazımdır ki, təhsil ocağında adlı-sanlı muəllimlər az deyil. Qazanılan qələbələr onların gərgin əməyinin bəhrəsidir. 2007-2008-ci tədris ilində “Ən yaxşı muəllim” musabiqəsinin qalibləri sırasında olan Şukufə Nəcəfova (ingilis dili), Ulviyyə Tahirova (biologiya), Pərvanə Piriyeva, Ruhiyyə Mahmudova (hər ikisi ingilis dili), həmcinin işinin ustaları kimi tanınan Əməkdar muəllimlər – İzhar Kazımov, Mirvari Musayeva, “Tərəqqi” medallı Aida İsgəndərova, respublikada “Ən yaxşı həmkarlar təşkilatının sədri” adını almış Dilbər Yəhyayeva, İradə Rustəmova, A.Əhmədova və başqalarının zəhmət payı vardır. Muəllimlərin bir qismi beynəlxalq təşkilatların layihələrində, ixtisasartırma kurslarında iştirak etmişlər. Məktəbin muəllimləri AzETA xətti ilə kecirilən seminar, forum və vorkşoplarında iştirak edərək sertifikatlara layiq gorulmuşlər. Şukufə muəllim İREX beynəlxalq təşkilatının Tea proqramında qalib olmuş və ABC-ın uc ştatında təcrubə mubadiləsində olmuşdur. Bu muəllim Gurcustan, Turkiyə, Litva və Mərakeş kimi olkələrdə muxtəlif tədbirdə iştirak etmişdir. Beynəlxalq seminar və digər tədbirlərin iştirakcıları muvafiq sertifikatlar almışlar. Bundan əlavə, Ş.Nəcəfova və P.Piriyeva 2012-ci ildə məktəbdə “Yay duşərgəsi” təşkil edib, fasiləsiz təhsilin əsasını qoymuşlar. Pərvanə muəllim 50-dən artıq şagirdini Rusiya Federasiyasının Beynəlxalq onlayn bilik olimpiadasına qoşmuşdur. Bu yarışda şagirdlər diplom və sertifikatlar almışlar. Təhsil nazirliyinə, rayon və məktəb rəhbərliyinə, muəllimlərə təşəkkur məktubları unvanlanmışdır.
Məktəbin nailiyyətləri tək-tək muəllimlərin deyil, kollektivin birgə səyi nəticəsində qazanılır. Şəhər 1 nomrəli tam orta məktəbin uğurları dediklərimizi subut edir. Məktəbin uğurları urəkacandır. Bu il məktəbin 62 nəfər məzunu muxtəlif ali məktəblərə daxil olmuşdur. Onların arasında 600-dən artıq bal toplayanları misal gətirmək olar. Aygun Cəbiyeva (691 bal), Murad İsmayılov (645), Nərgiz Ağasəfli (623), Rəvan Cəfərli (618) və başqaları var. Məktəb onlarla fəxr edir.
Son illər ali məktəblərə daxil olanların sayı get-gedə artır. Məktəbin maddi-texniki bazası da getdikcə zənginləşir. Məktəbin zəngin kitabxanası, akt zalı, idman zalı, yeməkxanası, muasir standartlara cavab verən suni ortuklu muasir stadionu var. Məktəbdə 4 internet mərkəzi, 80 ədəd komputer, O cumlədən 31 notbuk, 33 ədəd muasir proyektor, 3 ədəd prometan lovhə, 10 ədəd rəngli və ağ-qara printer muəllim və şagirdlərin istifadəsindədir. Butun sinif otaqları və inzibati kabinələr surətli internet şəbəkəsi ilə təchiz edilmişdir.
Ən yaxşı məktəb və...
Məktəb muasir təlim texnologiyalarının tətbiqi uzrə yerli və beynəlxalq layihələrdə, o cumlədən pilot layihələrində, habelə digər inkişafyonumlu innovativ təhsil proqramlarında iştirak etmişdir. Məktəb direktorunun, digər fənn muəllimlərinin xarici olkələrə səfərləri onlara xeyli əlavə məlumatlar əldə etməyə imkan verir. Şəfaqət muəllim Turkiyədə olarkən oradakı həmkarları ilə olan goruşlərdə xeyli yeniliklərlə rastlaşdığını soylədi. Axı atalar” yuz eşitməkdənsə, bir gormək yaxşıdır” – demişlər. Xaricə səfər edən hər bir muəllim nəsə, ozunə bir yenilik tapır, onu işinə tətbiq edir. Bu da uğurun təməlidir. Məktəbin nailiyyətləri də yeniliklərin bacarıqla tətbiqindən qaynaqlanır.
Ən yaxşı muəllim
Məktəbin umumi uğuru ayrı-ayrı muəllimlərin əməyinin nəticəsi kimi qəbul olunur. Bu məktəbdə sayılıb-secilən muəllimlərdən biri də ingilis dili muəllimi Ruhiyyə Mahmudovadır. Məktəbdə 10 ilə yaxın işləməsinə baxmayaraq artıq bacarığı, yeniliyə can atması ilə ozunu tanıda bilmişdir. Nəticə də goz qabağındadır. Ruhiyyə muəllim bu il “Ən yaxşı muəllim” musabiqəsinin qalibi olmuşdur. Maraqlı burasıdır ki, məktəbin uc ingilis dili muəllimi bu ada layiq gorulmuşdur.
Gənc olmasına baxmayaraq, məktəbin təhsil uğurlarında onun da payı var. Coxsaylı olkə və beynəlxalq inkişafyonumlu təhsil layihələrində şagirdləri ilə uğurla iştirak etməsi xususilə əhəmiyyətlidir. Burada internet şəbəkəsinin imkanları onun koməyinə catır. Ruhiyyə muəllim deyir:
– İnternet şəbəkəsində muxtəlif yaşda olan şagirdlər layihələr uzrə məktəbin viki səhifəsində dunya olkələrindən olan məktəblərlə ingilis dilində tez-tez Balckboard Collaborate vasitəsilə videokonfranslar təşkil edirik. Dunya olkələrindən olan təlimcilərin acıq dərslərini dinləmək məqsədilə Skype Session vasitəsilə onlayn sinif otaqlarına qoşulur və distant təhsildən faydalanırıq. Butun bu və ya digər belə tədbirlər uşaqlarda ingilis dilinə olan marağı artırır.
R.Mahmudova AzETA və ABŞ səfirliyinin rayonumuzda təşkil etdiyi 13-16 yaşlı şagirdlər ucun EAMP proqramı – “İngilis dilinə kecid” layihəsinin təlimcisidir. Artıq iki ildir ki, bu proqram davam edir. Bu layihənin iştirakcısı, məktəbin şagirdi Şaiq Xalıqlı 2-5 oktyabr 2013-cu il tarixdə Ukraynanın paytaxtı Kiyev şəhərində kecirilən sammitdə iştirakı nailiyyət sayıla bilər.
Məktəb 2011-ci ildən bəri AzETA və Britaniya Şurasının təşkil etdiyi İngilis Qlobal Məhsulları (EGP) layihəsində iştirak edir. İsmayıllı rayonu uzrə layihənin mərkəzi kimi 1 nomrəli orta məktəb və təlimci kimi Ruhiyyə Mahmudova təsdiq edilmişdir. Bu, məktəbin ondə olması ilə əlaqədardır və butun rayonu əhatə edir.
R.Mahmudova son uc ildə İEARN təşkilatının 25-dən artıq təhsil layihəsində məktəbin 260-dan cox şagird ilə iştirak etmişdir. Bu layihə uzrə 12-17 yaşlı şagirdlərin digər olkələrdən olan həmyaşıdları ilə olkələri, təhsil sistemi, məktəb və gun rejimləri, məktəbdə tədris edilən fənlər və ən əsası məktəbli formaları haqqında fikir mubadiləsi etmişlər.
Ruhiyyə muəllimin “Orqanik bağ”, “Gələcək ucun meşələr”, “350.orq” kimi Avropa ekoloji təhsil layihələrinə qoşulması birinci uşaqlarda ingilis dili bacarıqlarını inkişaf etdirməkdir. Digər tərəfdən, onlarda malik olduqları təbii sərvətləri qorumaq, təbiəti muhafizə etmək və zənginləşdirmək, kimyasız qida, təmiz hava və sağlam həyat əldə etmək kimi keyfiyyətlər formalaşdırmaqdır. Digər ən vacib məsələ isə, təhlukəsi gozlənilən ərzaq catışmazlığı ilə qarşılaşmamaq ucun təkrar istifadə sistemini oyrənməkdir. Bunlar butun dunyanı narahat edən problemlərdəndir. Digər bir problem isə qlobal iqlim dəyişikliyidir. Əsas meyarı iqlim bohranlarını aradan qaldırmaq olan 350.orq layihəsi cərcivəsində dunyada qlobal iqlim dəyişikliyi gunu qeyd edilir. 2012-ci ildə Qlobal İqlim Dəyişikliyi gunu may ayının 5-inə təsaduf etdi. Dunyanın 160 –dan cox olkəsində qeyd edildi. Kanadada kecirilən bu tədbirdə Azərbaycanı R.Mahmudovanın rəhbərliyi altında yalnız şəhər 1 nomrəli məktəbin şagirdləri təmsil etmişlər.
R.Mahmudova Polşanın Krakov şəhərində 12 olkənin iştirak etdiyi eTwinninq Plus Əlaqələndirici seminarında iştirak etmişdir. Orqanik bağ layihəsində iştirak edən Ruhiyyə muəllim şagirdləri Murad Əliyev və Şaiq Xalıqlı ilə birlikdə İNEPO ətraf muhitin muhafizəsi uzrə VII Beynəlxalq layihə olimpiadasında iştirak etmişdir. 43 olkənin qatıldığı bu tədbirdə olkəmizi 1 nomrəli məktəb təmsil etmişdir.
Fənlərarası əlaqəni təmin etmək məqsədilə məktəbin coğrafiya, biologiya və kimya muəllimləri də bu layihəyə cəlb edilmişdir. Umumilikdə goturdukdə, Ruhiyyə muəllimin şagirdləri ilə həyata kecirdiyi muxtəlif beynəlxalq layihələr gənc nəslin vətənpərvər boyuməsinə xidmət edir. Əslində, bu istiqamətli layihələr ayrıca yazının movzusudur.
B.Babayev

Şərh Yaz