Yaddas kitabcasi

Sənin hüquq və vəzifələrin

Sənin hüquq və vəzifələrin
7 noyabr tarixində İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında “Sənin hüquq və vəzifələrin” adı altında disput keçirilib.
Disputda məktəblilərlə yanaşı müxtəlif təşkilatların nümayəndələri də iştirak edib.
Sənin hüquq və vəzifələrin

7 noyabr tarixində İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında “Sənin hüquq və vəzifələrin” adı altında disput keçirilib.
Disputda məktəblilərlə yanaşı müxtəlif təşkilatların nümayəndələri də iştirak edib.

Sənin hüquq və vəzifələrin
Tədbirdə çıxış edən İsmayıllı RTŞ-nin metodisti Şəkurə Quliyeva məqsədin uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması olduğunu deyib. Bildirib ki, hər bir uşaq öz hüquqlarını yaxşı bilməli, onların tapdanmasına icazə verməməlidir. Eyni zamanda vəzifələrinə də əməl etməlidir.
Sənin hüquq və vəzifələrin
Tədbirdə iştirak edən rayon prokurorunun köməkçisi İlkin Mustafayev deyib ki, hüquqlar insanın cəmiyyətdə layiqincə yaşamasını təyin edən əsas tələblərdəndir. Ölkəmiz demokratik ölkədir. Cəmiyyətimizin gələcəyi olan uşaqların da öz hüquqi sənədləri, qanunları qəbul olunub.
RTŞ-nin məsləhətçisi Ramiz Baloğlanov uşaq hüquq və vəzifələrinin yaranması tarixi haqqında məlumat verib.
Bildirilib ki, Uşaq Hüquqları Konvensiyasının fəlsəfi ideyası uşaq şəxsiyyətidir. Konvensiyada mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar əksini tapıb.
Müzakirələr də bu istiqamətdə aparılıb. Məktəblilərə hüquq və vəzifələri ilə bağlı suallarla müraciət olunub.
Tədbir maraqlı müzakirələr şəraitində keçib.
İsmayıllı xəbərləri

Şərh Yaz