Səylər artırılmalıdır

Səylər artırılmalıdır
Oktyabr ayının 28-də İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Şura iclası olub. Şurada “İkili tabelikdə olan idarə, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması” barədə RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərovun məruzəsi dinlənilib.Səylər artırılmalıdır

Oktyabr ayının 28-də İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Şura iclası olub. Şurada “İkili tabelikdə olan idarə, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması” barədə RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərovun məruzəsi dinlənilib.
Səylər artırılmalıdır Səylər artırılmalıdır
Natiq cari ilin 9 ayında rayonun ayrı-ayrı müəssisə, idarə və təşkilatlarında gündəlikdəki məsələ ilə bağlı vəziyyəti Şura üzvlərinin diqqətinə çatdırıb. Bir sıra müəssisə, idarə və təşkilatların bu sahədə yol verdiyi nöqsanları diqqətə çatdıran N.Səfərov onların aradan qaldırılmasına diqqət ayrılmasının vacibliyini vurğulayıb.
Şura iclasına sədrlik edən RİH başçısı Mirdaməd Sadıqov sözü gedən məsələdə problemi olan müəssisə, idarə və təşkilat rəhbərlərinə iradlarını bildirib, işin istənilən səviyyədə aparılması üçün tövsiyələrini verib.
Başçı qeyd edib ki, vətəndaşların hüquqlarının qorunmasında, onların problemlərinin operativ həll edilməsində idarə, müəssisə və təşkilatlarda qəbulların təşkil edilməsi böyük əhəmiyyət kəsb edir. Qəbullarda vətəndaşlar dinlənilməli, qaldırılan məsələnin, şikayətin həlli üçün tədbirlər görülməli, həlli onların səlahiyyətində olmadıqda, hara müraciət etməli olduqları bildirilməlidir.
Rayonda bütün idarə, müəssisə və təşkilatlar bundan sonra da vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılmasına xüsusi diqqət yetirməli, bu sahədə işin keyfiyyətinin artırılmasına nail olmalıdırlar. Lüzumsuz yazışmaların azaldılması üçün idarə və təşkilatlar vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahəsində işin əsaslı surətdə yaxşılaşdırılmasında səylərini artırmalıdırlar.
Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz