2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları

2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevin m ə r u z ə s iXəbər verdiyimiz kimi, oktyabr ayının 19-da İsmayıllı Rayon İcar Hakimiyyətinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. İclasda hesabat dövründə görülmüş işlər barədə məruzəni İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev edib.
2013-cü   ilin   9   ayının  sosial-iqtisadi inkişafının yekunları
Məruzənin tam mətnini oxucularımıza təqdim edirik.

2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevin m ə r u z ə s i

Ölkədə aparılan məqsədyönlü uğurlu islahatların və düşünülmüş siyasətin nəticəsində Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı davamlı və yüksələn xətlə gedir. Oktyabrın 6-da Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində bu dinamik inkişaf, ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr ətraflı təhlil olunmuşdur. 9 ayda bütün makroiqtisadi göstəricilər yüksək səviyyədə olmuşdur, dünyada hələ də davam edən böhran şəraitində ölkəmizin iqtisadiyyatı 5,4 faiz artmışdır. İqtisadi sahədə əsas prioritet məsələ qeyri-neft sektorunun inkişafıdır. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz yüksək templərlə artır. Uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olaraq doqquz ayda bu artım 10,4 faiz olmuşdur ki, bu, dünya miqyasında ən yüksək göstəricidir. Sənaye istehsalında da artım vardır. Kənd təsərrüfatı təxminən 5 faiz artmışdır və burada da gələcək artım üçün gözəl potensial vardır. Son 10 il ərzində olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə üstələyir. Əhalinin pul gəlirləri 7,6 faiz artdığı halda inflyasiya cəmi 2,3 faiz təşkil edir. Beləliklə, insanların rifah halının yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır.
Regional inkişaf proqramı ölkə miqyasında müvəffəqiyyətlə icra olunur. Cənab Prezident İlham Əliyevin regionlara mütəmadi səfərləri hər bir bölgənin, bütövlükdə Azərbaycanın sürətli inkişafına güclü təkan verir. Avqust ayının 14-də cənab Prezidentin rayonumuza səfəri deyilənlərin bariz nümunəsidir. Cənab Prezident rayonda gedən geniş miqyaslı tikinti-quruculuq və iqtisadiyyatın inkişafı ilə əlaqədar görülən işlərlə tanış oldu, bir sıra obyektlərin açılışında iştirak etdi. İsmayıllını inkişaf etdirmək, insanların həyatına zənginlik gətirmək, onların məşğulluğunu artırmaq, tikinti, abadlıq və quruculuq işlərini əsaslı surətdə daha da artırmaq barədə dəyərli tapşırıq və tövsiyələrini verdi.
Rayonun sosial iqtisadi inkişafı və şəhərdə tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 avqust tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılmışdır. Ayrılan vəsaitin xərc istiqamətləri rayonun ziyalıları və ağsaqqalları ilə məsləhətləşmə ilə müəyyənləşdirilmişdir.
Diqqətinizə çatdırmaq istərdim ki, cənab Prezidentin verdiyi tapşırıqlara tam məsuliyyətlə yanaşılır. 9 ayda rayonumuzda görülmüş işlər barədə Sizə bir qədər geniş məlumat vermək istərdim. Rayonun şəhər, qəsəbə və kəndlərində abadlıq, tikinti-quruculuq işləri geniş vüsət alıb. Yaşayış evləri, inzibati binalar, yollar tikilir və əsaslı təmir olunur. Demək olar ki, şəhər ərazisində bütün kommunikasiya xətləri yenilənir, daşıyıcı elektrik xətləri yenisi ilə əvəz olunur, yeraltı qaz xətləri üzə çıxarılır. Küçələrin səki daşları dəyişdirilir, səkilərə yeni üzlük daşlar döşənir.
2013-cü   ilin   9   ayının  sosial-iqtisadi inkişafının yekunları
Lahıc qəsəbəsində və İvanovka kəndində hər birində 15 çarpayılıq kənd sahə xəstəxanası, Tircan və Topçu kəndlərində həkim məntəqəsi, Heydər Əliyev prospektində və Zərdabi küçəsində 240 və 150 yerlik xeyir-şər evləri, Ə.Ələkbərzadə küçəsində yeni avtovağzal binası, Sumağallı kəndində 2 meqavat gücündə su-elektrik stansiyası, İvanovka kəndində sutkalıq gücü 16 ton olan çörək zavodu, hər biri 80 şagird yerlik I Yeniyol və Müdri kənd tam orta məktəbləri, Mücü kənd ümumi orta məktəbi və 40 şagird-yerlik Pirəbilqasım kənd ibtidai məktəbi üçün yeni binaların, Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə İsmayıllı şəhərində 40 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmışdır. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 20-26-cı km. hissəsi əsaslı təmir olunmuşdur. İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, 29,5 km. asfalt örtük vurulmuşdur. Sumağallı-Qalacıq avtomobil yolunda 2,5 km. asfalt örtük vurulmuşdur. Basqal-Sulut avtomobil yolunda qəzalı vəziyyətdə olan körpünün yerində 32 metr uzunluğunda yeni dəmir körpü tikilib istifadəyə verilmişdir. Şəhərin Cavanşir, C.Məmmədov, R.Mahmudov, Babək, A.Aslanov, M.F.Axundov, N. Behdiyev küçələrində asfalt örtük vurulmuşdur. Heydər Əliyev prospekti, N.Gəncəvi, M.Orucov küçələri yenidən qurulmuşdur. M.Orucov küçəsində bütün yaşayış evləri və tikililərin dam örtüyü yenisi ilə əvəz olunmuşdur. Ümumilikdə 60 min kv. metrdən çox sahəyə asfalt örtük vurulmuşdur. Səkilər yenidən qurulur və üzlük daş döşənir. Küçə divarlarına memarlıq baxımından müasir görkəm verilir. Şəhərin Heydər Əliyev prospektində Rayon Polis Şöbəsinin inzibati binasının, qaçqın və məcburi köçkünlər üçün 45 yaşayış evindən ibarət yeni qəsəbənin, Yeni Azərbaycan Partiyasının inzibati binasının, Nizami küçəsində iki 5 mərtəbəli yaşayış binasının, Q.Aslanov küçəsində 140 yerlik uşaq bağçasının, 360 şagird yerlik Qalınçaq tam orta məktəbinin, 80 şagird yerlik Şəbyan orta məktəbinin, Cüdo mərkəzinin, “Zamin Bankın” idarə binasının, Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə İkinci layihə çərçivəsində şəhərin su-kanalizasiya sisteminin tikinti işləri davam etdirilmişdir və tikinti işləri başa çatmaq üzrədir. Rayon Mərkəzi Xəstəxanasının binasında, Rayon İcra Hakimiyyətinin binasında, Rayon Mədəniyyət Mərkəzində, “Uşaq kitabxanası”nda əsaslı təmir işləri davam etdirilir.
Hazırda şəhərdə abadlıq və tikinti-quruculuq işlərinin həcmi daha da genişləndirilir. Zərifə Əliyeva adına park, Qala divarının ətrafı əsaslı surətdə yenidən qurulur. Yaxın vaxtlarda park müasir görkəmi ilə göz oxşayacaq, maraqlı əyləncə mərkəzləri ilə şəhər sakinlərinin sevimli istirahət mərkəzinə çevriləcəkdir.
Ə.Ələkbərzadə küçəsinin yenidən qurulmasına başlanmışdır. Küçədə sakinlərin təhlükəsiz və rahat gedişi üçün səki quraşdırılacaq, yol genişləndiriləcək və asfalt örtük vurulacaqdır. Qala divarının arxasında yerləşən N.Səmədov küçəsinin də yenidən qurulmasına başlanmışdır. Yaxın vaxtlarda İsmayıllı şəhərində açılmış Humanitar və Texnologiya Kolleci üçün yeni binanın, velosiped istehsal edən zavodun, tikinti materialları istehsalı müəssisəsinin tikintisinə başlanacaqdır.
Həyata keçirilən tikinti quruculuq işləri ilə yanaşı bu gün şəhərimizin siması ilə uyuşmayan, həyata keçirilən tikinti-abadlıq içlərinə xələl gətirən məsələlər də vardır. İsmayıllı şəhərində dövlət, bələdiyyə və vətəndaşların mülkiyyətində olan tikintisi başa çatdırılmamış, istifadə olunmayan, özəlləşdirilmiş xeyli istehsal və xidmət obyektləri mövcuddur. Bu obyektlər əvvəllər fəaliyyət göstərmiş təşkilatların inzibati idarə, istehsal və yardımçı binalarından, tikintisi başa çatdırılmamış (“Ziyalılar evi”, idman məktəbi və s.) binalardan və ayrı-ayrı vətəndaşlar tərəfindən özəlləşdirilsə də fəaliyyət göstərməyən bir sıra obyektlərdən (Yağ-pendir zavodu, Tütün qəbulu məntəqəsi, “Niyal” mehmanxanası, hamam binası, Mebel fabriki və digər onlarla obyekt) ibarətdir. Şəhərin mərkəzi hissəsində yerləşən bu binaların bəziləri yarıuçuq vəziyyətə düşmüşdür. Obyektlərdə təmir-tikinti və təmizlik işləri görülmədiyi üçün ərazini kol-kos basmışdır. Eyni zamanda istifadəsiz obyektlərdə antisanitariya vəziyyəti yaranır ki, bu da qorxulu xəstəliklərin mənbəyi ola bilər. Bu sahədə qayda yaratmaq üçün Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 9 nəfərdən ibarət komissiya yaradılmışdır. Komissiyaya tapşırılmışdır ki, mövcud vəziyyət ətraflı təhlil olunsun və vəziyyəti yaxşılaşdırmaq üçün təklif versinlər.
Hesabat dövründə rayon büdcəsinin gəlir hissəsi 13 milyon 890 min manata qarşı 13 milyon 831 min manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 99,6 faiz yerinə yetirilmişdir. Yerli mənbələrdən 3 milyon 394 min manata qarşı 3 milyon 626 min manat vəsait daxil olmuş, proqnoz 107 faiz icra olunmuşdur.
Birinci yarımillikdə büdcənin xərc maddələri üzrə ümumilikdə məxaric proqnozu 13 milyon 890 min manata qarşı 12 milyon 658 min manat və ya 87 faiz icra edilmişdir.
9 ay ərzində 126 milyon 896 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur. Ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 24 milyon 99 min manat artıqdır. Kənd təsərrüfatında 8 faiz, sənayedə 3 faiz, tikintidə 73,5 faiz, nəqliyyatda 5,8 faiz, rabitədə 6,2 faiz, ticarətdə 4,8 faiz artım əldə olunmuşdur.
Sənayenin inkişafı üçün yeni istehsal obyektləri yaradılır. Bu il İsmayıllı Tikiş Fabriki fəaliyyətə başlamışdır. 50 nəfərdən artıq vətəndaş işlə təmin olunmuşdur. Təəssüflə qeyd olunmalıdır ki, müxtəlif obyektiv və subyektiv səbəblərə görə fabrik fəaliyyətində çətinliklərlə üzləşir. Fabrikin normal fəaliyyət göstərməsi üçün bütün imkanlar nəzərdən keçirilməli, konkret tədbirlər görülməlidir. 9 ayda əhaliyə 14 milyon 482 min manat dəyərində və ya əvvəlki illə müqayisədə 576 min manat dəyərində artıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 18 faiz artmış, 74 milyon 294 min manata çatdırılmışdır.
9 ay ərzində elektrik təsərrüfatının yenidən qurulması davam etdirilmişdir. 110 kilovoltluq İsmayıllı hava xəttinin Keşqurd-Tubukənd kəndləri arasında olan hissəsində yararsız vəziyyətdə olan dayaqlar dəyişdirilmişdir. 35 kilovoltluq, 10 kilovoltluq və 0,4 kilovoltluq xətlərdə1466 ədəd yararsız dayaq dəyişdirilmişdir, zədələnmiş 21 ədəd müxtəlif güclü transformator əsaslı və 40 ədəd transformator cari təmir edilmişdir. Rayonda elektrik təsərrüfatı yenidən qurulur, 38,5 km. SİP kabel xətləri çəkilmiş, 1528 ədəd smart-kart tipli sayğac quraşdırılmışdır. 9 ayda istehlakçılara 36 milyon 184 min kilovat/saat elektrik enerjisi verilmişdir. Satılan enerjinin dəyəri 2 milyon 171 min manat təşkil edir. İstehlakçılardan cəmi 1 milyon174 min manat ödəniş daxil olmuşdur. Başqa sözlə satılan enerjinin dəyəri cəmi 80,1 faiz yığılmışdır. İkinci rüblə müqayisədə yığım 8,5 faiz aşağı düşmüşdür. Satılan enerjinin dəyərinin tam yığılması üçün Rayon Elektrik şəbəkəsi fəaliyyətini yaxşılaşdırmalıdır, lakin hələlik bu istiqamətdə irəliləyiş hiss olunmur. Yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələr hələ də qalmaqdadır. Sözsüz ki, bu da əhalinin haqlı narazılığına səbəb olur.
Rayonun yaşayış məntəqələrini dayanıqlı qaydada qaz yanacağı ilə təmin etmək üçün tədbirlər həyata keçirilir. Rayonda qaz yanacağından istifadə edən 11555 abonentin 11465-i əhali abonentidir. Hazırda rayonun 108 yaşayış məntəqəsindən 31-i qaz yanacağı ilə təmin olunur. Hesabat dövründə abonentlərə 15 milyon 486 min kubmetr təbii qaz yanacağı verilmiş, satılmış qazın dəyərinin 108,4 faiz ödənilməsi təmin olunmuşdur. Son 9 ayda rayon ərazisində 2245 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş, 289 abonent üçün yeni məişət qaz sayğacı quraşdırılmışdır. İsmayıllı şəhərində 31 min 609 poqon-metr müxtəlif ölçülü qaz xətləri dəyişdirilərək yerin səthinə çıxarılmışdır. Şəhərdə yeni qaz xəttinin çəkilməsi davam etdirilir. Bu il 1 saylı qazpaylayıcı stansiyadan İsmayıllı-Buynuz daşıyıcı qaz xəttinə qədər diametri 200 mm olan polietilen borularla 7905 poqon-metr daşıyıcı qaz xəttinin tikintisi başa çatdırılmışdır. 5 saylı stansiyadan Tircan istiqamətinə diametri 315 mm. olan polietilen borularla 14 min poqon-metr yeraltı daşıyıcı qaz xətti çəkilmişdir. Bu il Tircan, Zərgəran və Minkə kəndlərinə qaz xətti çəkilmiş və sentyabr ayında açılışı olmuşdur. Ümumilikdə, bu kəndlərdə 42 min poqon-metr müxtəlif diametrli borularla qaz xətti çəkilmişdir. Hazırda Diyallı kəndinə qaz xəttinin çəkilməsinə başlanmışdır. İşin sürəti deməyə əsas verir ki, yaxın günlərdə kəndə qazın verilməsi bərpa olunacaqdır.
Görülmüş işlərlə yanaşı qeyd olunmalıdır ki, rayonda qaz yanacağı ilə təchiz olunmayan yaşayış məntəqələri hələ də çoxdur. Kənd yaşayış məntəqələrinin qazlaşmasını sürətləndirmək məqsədilə əsaslı tədbirlər həyata keçirilməlidir.
İsmayıllı “Sukanal” idarəsi tərəfindən su və kanalizasiya xətlərində cari təmir işləri aparılmış, şəhər daxili xətlərdə baş vermiş qəzalar aradan qaldırılmışdır. “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə” çərçivəsində İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. 9 aylığın məlumatına əsasən “Kolin İnşaat” AŞ şirkəti tərəfindən 131 km kanalizasiya və 170 km uzunluğunda su xətti çəkilmişdir. Kanalizasiya xətlərindən 3833 evə su xəttindən 3588 evə əlaqələr verilmişdir. Su anbarlarında və xətlərdə tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda layihənin icrası tam başa çatdırılacaqdır. Kəndlərdə əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Keyvəndi, Kürdeldarbəyli, Diyallı, Aşıqbayramlı kəndlərində yeni artezian quyuları qazılmış və istifadəyə verilmişdir.
Əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəhərin təmiz saxlanması, yaşıllıqların qorunması, antisanitariyaya qarşı mübarizə aparılması üçün rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən müəyyən işlər görülür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kombinat tərəfindən göstərilən xidmətlərin həcmi 8 min manat artmış, əhaliyə 320,8 min manat dəyərində xidmət göstərilmişdir. İdarəyə məişət tullantıları və zibili daşımaq üçün iki yükünü özü boşaldan avtomaşın və bir iri tutumlu xüsusi təyinatlı zibildaşıyan maşın, 354 ədəd müxtəlif tutumlu konteynerlər alınmışdır. Görülmüş işlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, şəhərdə təmizliyin tələb olunan səviyyəyə çatdırılması üçün hələ də görüləsi işlər çoxdur.
Rayonda xüsusilə narahatlıq yaradan sahələrdən biri ticarətin təşkilidir. Hələ də ərzaq məhsullarının satışına, saxlanmasına lazımınca diqqət verilmir. Mağazaların qarşısına mal yığılması adi hala çevrilmişdir. Bunun qarşısını almalı olan qurumlar isə hələ ki susurlar.
Ticarətin ən sıx yeri olan bazarda isə vəziyyət heç də ürəkaçan deyil. Dəfələrlə deyilsə də bazar və onun ətrafında tələb olunan şərait yaradılmır. Antisanitariya vəziyyəti davam edir. Bu da vətəndaşlar arasında haqlı narazılıq doğurur.
İsmayıllı Poçt filialının 2 şəhər və 25 kənd şöbəsi əhaliyə və təşkilatlara geniş çeşidli poçt və maliyyə xidməti göstərir. 2013-cü ilin 9 ayında poçt xidmətlərinin kəmiyyət və keyfiyyət göstəricilərinin keçən ilin müvafiq dövrü ilə müqayisədə yüksək olmuş, nəzərdə tutulmuş 112,8 min manata qarşı 124,5 min manat gəlir əldə edilmişdir.
İsmayıllı Telekommunikasiya Qovşağı 9 ayda 529,8 min manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 29, 6 min manat artıq gəlir əldə etmiş, 151 mənzilə yeni telefon çəkmişdir. Hazırda şəhər ərazisində 598, kəndlərdə isə 1326 abunəçiyə telefon xətti çəkmək imkanları qalmaqdadır. Elektron ATS-lərin birləşdirici xətlərinin yeni fibro-optik kabellərlə əvəz olunması davam etdirilmişdir. Quşencə, Qalınçaq, Ruşan, Göytəpə, Talıstan, Diyallı, Təzəkənd, Cülyan, Qoşakənd, Tircan, Keyvəndi və Basqal elektron ATS-lərə birləşdirici xətlər yeni fibro-optik kabellərlə əvəz olunmuşdur. Lahıc qəsəbəsi istiqamətində yeni fibro-optik kabelin çəkilməsinə başlanmışdır. Şəhər ərazisində geniş miqyaslı tikinti-quruculuq işlərinin görülməsi ilə əlaqədar şəhərin ümumi mənzərəsinə xələl gətirən yerüstü kabellərin bir hissəsi yeraltı xətlərlə əvəz olunmuşdur. Qovşaq rabitə sisteminin müasir tələblər səviyyəsinə çatdırılması üçün tədbirləri davam etdirməlidir.
Rayonda əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyəti getdikcə yaxşılaşır. Mart ayında Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərdaxili marşrutlarda sərnişin daşımaq üçün “İsmayıllı-Avtonəqliyyat” ATSC-yə 5 “İSUZU” markalı avtobus verilmişdir. Şəhər daxili marşrutlarda müasir dayanacaqlar quraşdırılmışdır. Şəhərdə yeni avtovağzal binası tikilib istifadəyə verilmişdir. Sərnişin avtobuslarının işində yaranmış müsbət dəyişiklikləri əhali razılıqla qarşılayırlar. Taksi minik avtomobilləri ilə xidmətin səviyyəsini yaxşılaşdırmaq üçün məqsədyönlü iş aparılır. Rayona 5 ədəd təzə “Fiat” markalı taksi minik avtomobilləri gətirilmişdir. Yaxın günlərdə əhalinin istifadəsinə veriləcəkdir. Mənzil istismar sahəsinin xidmətində 4500 nəfərdən çox əhali yaşayan 978 mənzil vardır. Mənzillərin 848-i çoxmərtəbəli kommunal yaşayış evlərində yerləşir. 9 ayda sakinlərə göstərilən mənzil-kommunal xidmətinin səviyyəsi qənaətbəxş olmuşdur. Kommunal binaların dam örtüyünün dəyişdirilməsi və fasadların əsaslı və cari təmir işləri davam etdirilmişdir. M.F.Axundov küçəsindəki 9, 15 və 17 saylı və Cavanşir küçəsində yerləşən 21 ”A” və 21 ”B” saylı yaşayış binalarında dam örtüklərinin müasir üslubda yenisi ilə əvəz olunmuş, bəzi binaların fasadı əsaslı surətdə, müasir memarlıq tələbləri səviyyəsində yenidən qurulmuşdur. Heydər Əliyev prospektində 105 ”A” ünvanda yerləşən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri yaşayan 4 mərtəbəli 16 mənzilli binanın dam örtüyü, binanın fasad hissəsi cari təmir olunmuşdur. Çoxmənzilli binaların əsas problemlərindən biri də, uzun müddət təmir olunmamış daxili su və kanalizasiya xətlərinin nasazlığı və qızdırıcı sistemin olmamasıdır. Hazırda 30 binanın daxili su xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Binaların daxilində kanalizasiya xətlərinin təmirinə və yeni xətlərin quraşdırılmasına başlanmışdır. M.F.Axundov küçəsindəki 27 mənzilli və Ə.Ələkbərzadə küçəsindəki 36 mənzilli yaşayış evlərinin qızdırılması üçün iki qazanxana işlək vəziyyətdədir. Ə.Ələkbərzadə küçəsindəki 48 mənzilli və Heydər Əliyev prospektindəki 111 və 113 saylı çoxmərtəbəli yaşayış evlərinin qızdırılması üçün iki qazanxananın tikilməsi barədə “Azəristiliktəchizat” ASC qarşısında məsələ qaldırılmış və müsbət rəy alınmışdır. İki modul tipli qazanxananın quraşdırılmasına başlanmışdır və yaxın günlərdə istifadəyə veriləçəkdir. Digər çoxmərtəbəli binaların qızdırılması üçün yaxın vaxtlarda müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar tədbirlər davam etdirilmişdir. 9 ayda 775 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur. Hazırda 1297 ailənin 6311 nəfər üzvünə ünvanlı sosial yardım ödənilir. Adambaşına ödənilən orta aylıq məbləğ 24 manat olmuşdur. Ünvanlı sosial yardım almaq üçün təşkilata daxil olan müraciətlərə komissiyada baxılır və müvafiq tədbirlər görülür.
Son məlumata əsasən rayonda 3718 nəfər vətəndaş müxtəlif təyinatlı sosial müavinət alır. 9 ayda sosial müavinətlərin ödənilməsinə 2 milyon manatdan çox vəsait sərf olunmuşdur. Mərkəzin Sosial-məişət xidməti sektoru rayon ərazisində 231 nəfər ahıl və əlil vətəndaşa evlərində xidmət göstərir. Bütün bunlarla yanaşı əhali tərəfindən ünvanlı sosial yardımın təyin olunması ilə əlaqədar daxil olan müraciətlərin sayı çoxdur. Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən maarifləndirmə tədbirlərinin artırılmasına daha çox diqqət yetirilməlidir.
DSMF İsmayıllı Rayon Şöbəsindən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə 13531 nəfər vətəndaş pensiya alır. 9 ayda pensiyalarının ödənilməsinə 17 milyon 192 min manat, digər müavinətlərin ödənilməsinə isə 1 milyon 261 min manat vəsait sərf olunmuşdur. Maliyyələşdirilmə üçün Respublika Fondundan 14 milyon 933 min manat vəsait köçürülmüşdür. Bu da ödənilmiş pensiya və müavinət məbləğinin 80,9 faizini təşkil edir. Ödənişin qalan 19,1 faizi yerli daxilolmalar hesabına reallaşdırılmışdır. Ötən müddət ərzində məcburi dövlət sosial sığorta haqlarının yığılması vəziyyəti qənaətbəxş olmamışdır. Belə ki, proqnoz tapşırıq 2 milyon 997 min manata qarşı 2 milyon 665 min manat və yaxud 88,9 faiz icra olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsində sosial sığorta haqlarının vaxtında yığılması üçün təsirli tədbirlər görməlidir.
Rayon Məşğulluq Mərkəzi tərəfindən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz vətəndaşların işlə təmin olunması sahəsində müəyyən işlər görülmüşdür. Məşğulluq Mərkəzində qeydiyyatda olan təşkilatlar yaranmış vakant iş yerləri barədə Mərkəzə hesabat təqdim edirlər. Hesabat dövründə 978 nəfər vətəndaş iş axtaran kimi Mərkəzə müraciət etmişdir. Onlardan 719 nəfəri işlə təmin edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 416 nəfər çoxdur. 18 nəfərə işsizlik statusu verilmiş və onlara müvafiq müavinət təyin edilmişdir.
17 mart tarixdə keçirilən “Əmək yarmarkası”nda 186 nəfər, 29 avqust tarixdə keçirilən əmək yarmarkasında 154 nəfər qeyri-məşğul vətəndaşa boş iş yerlərinə göndəriş verilmişdir. İş axtaran və işsiz vətəndaşların işlə təmin olunması istiqamətində Rayon Məşğulluq Mərkəzi fəaliyyətini daha da yaxşılaşdırmalıdır. 9 ayda rayonda 1163 yeni iş yeri yaradılmışdır. Bunun da 803-ü daimi iş yerləridir. İş axtaran vətəndaşları işlə təmin etmək üçün idarə və təşkilatlar müntəzəm olaraq boş iş yerləri haqqında məlumatları Məşğulluq Mərkəzinə təqdim etməlidirlər. Hesabat dövründə gənclərin məşğulluğunun təmin edilməsində xüsusi əhəmiyyəti olacaq Karyera Mərkəzinin yaradılması istiqamətində işlərin icrasına başlanmışdır.
2013-cü ilin ötən dövrü ərzində aqrar sahədə rayonumuzda bir sıra uğurlar qazanılmışdır. Rayonun aqrar iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq və üzümçülük təşkil edir. 2012-ci ilin payızında və 2013-cü ilin yazında rayonda 29832 hektar dənli-taxıl bitkilərinin səpini aparılmışdır. Taxıl sahələri aqrotexniki qaydalara uyğun olaraq becərilmiş sahələrdən 80478 tondan artıq taxıl yığılmışdır. Məhsuldarlıq 27,2 sentnerə çatdırılmışdır ki, bu da əvvəlki illə müqayisədə 5,0 sentner çoxdur. Lakin taxılçılıqda intensiv texnologiyaların, daha məhsuldar taxıl sortlarının, mütərəqqi aqrotexniki qaydaların, mineral və üzvi gübrələrin tətbiqi nəticəsində hər hektarın məhsuldarlığını 35-40 sentnerə çatdırmaq mümkündür.
2014-cü ilin məhsulu üçün cari ilin payızında 28638 hektar sahədə payızlıq dənli taxıl bitkilərinin səpini nəzərdə tutulmuş, bu məqsədlə hal-hazıradək 24250 hektar sahədə şum çıxarılmışdır. Rayonumuzun torpaq-iqlim şəraitinə uyğun olaraq payız səpini oktyabr ayında başa çatdırılmalıdır. Lakin Diyallı, Keyvəndi, Quşencə, İsmayıllı şəhər, Kürdmaşı, Sumağallı, Tircan nümayəndəliklərində şum çıxarılması gecikdirilir Hal-hazırda taxıl istehsalçıları tərəfindən 3200 hektar sahədə payız səpini aparılmışdır.
Taxıl istehsalçılarını mineral gübrələrlə təmin etmək məqsədilə rayona “Aqroservis” müəssisəsi vasitəsilə 560 ton azot və “Aqrokimya” MMC-nin vasitəsilə isə 200 ton fosfor gübrəsi gətirilmişdir.
Qeyd edilməlidir ki, kənd təsərrüfatına, eləcə də əkinə yararlı torpaqları icarəyə götürmüş şəxslər bəzi hallarda həmin torpaqları boş saxlayır, yaxud təyinatı üzrə istifadə etmirlər. Həmin şəxslərin nəzərinə çatdırırıq ki, torpaq qanunvericiliyinin tələblərini pozmuş olduqlarından onlarla bağlanmış icarə müqavilələrinə xitam veriləcəkdir. 01 oktyabr 2013-cü il tarixinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 51286 başa, o cümlədən inək və camışlar 23231 başa, qoyun-keçilərin baş sayı 177911 başa, donuzların baş sayı isə 761 başa çatdırılmışdır. İlin müvafiq dövrü ərzində ət istehsalı diri çəkidə 3892 ton, süd istehsalı 25609 ton, yumurta istehsalı 7313 min ədəd, yun istehsalı isə 388 ton təşkil etmişdir. Heyvandarlıq məhsulları istehsalında ötən illə müqayisədə artım müşahidə olunmuşdur.

İlin ötən dövrü ərzində 2631 baş qara malda süni mayalama aparılmış və 1533 baş cins buzov alınmışdır. Daha çox iqtisadi gəlir gətirən üzümçülüyün inkişaf etdirilməsi də diqqət mərkəzində olmuşdur. Üzüm bağlarında bol məhsul yetişdirilmişdir. 3 min tona yaxın üzüm yığılmışdır. Bağlardan 4,5 min ton məhsul istehsalı gözlənilir. Cari ildə də Gəraybəyli kəndində 10 hektar sahədə üzüm bağlarının salınması üçün plantaj şumu çıxarılmışdır. Bu il Talıstan kəndində 5 hektar, Gəraybəyli kəndində isə 12 hektar sahədə yeni meyvə bağları salınmışdır.
İsmayıllı “Quşçuluq” ASC hesabat dövründə quş əti istehsalını diri çəkidə 300 tona, damazlıq yumurta istehsalını isə bir milyon ədədə çatdırmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən xeyli çoxdur. Fəaliyyətə 2013-cü ilin əvvəllərində başlayan İsmayıllı Quşçuluq fabriki hesabat dövründə 200 ton quş əti istehsal etmiş, müəssisənin 2 sexi tam fəaliyyətə başlamış, 2 sexində isə son tamamlama işləri aparılır. Rayonda kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət verilir. Cari ildə Kürdmaşı kəndində “İsmayıllı Şərab-1” ASC-nin şərab zavodu yenidən qurularaq istehsala başlamışdır. Burada yüksək standartlara cavab verəcək şərab, konyak məhsulları ilə bərabər, şirə sexi də müxtəlif çeşiddə məhsul istehsal edəcəkdir. Hal-hazırda müəssisə tərəfindən 500 ton üzüm qəbul edilmişdir. İllik istehsal gücü 5 min ton olan “İsmayıllı Şərab-2” emal müəssisəsində hesabat dövründə 38900 dekalitr və ya 646 min manat dəyərində şərab istehsal edilmişdir. Müəssisədə 10 adda məhsul istehsal edilir. Zavod emal üçün 600 ton üzüm qəbul etmişdir. Keyvəndi kəndində 1500 başlıq iri heyvandarlıq kompleksinin tikintisinə başlanmışdır. Ayın sonunadək tövlələrdən birinin tikintisi tam başa çatdırılacaqdır. Kompleksə Hollandiyadan yüksək məhsuldar cinslərdən ibarət mal-qara gətiriləcəkdir.
Cari ilin ötən dövründə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 40,0 hektar sahədə meşə bərpa işləri aparılmışdır ki, bunun da 26,5 hektarı meşə əkini və 13,5 hektarı isə meşə səpinindən ibarətdir. Müəssisənin əhatə etdiyi meşə sahələrində qanunsuz qırıntıların və digər meşə qanunvericiliyinin pozulması halları minimuma endirilmişdir. Rayon Baytarlıq idarəsi tərəfindən 2013-cü ilin epizootiya əleyhinə müalicə profilaktika tədbirləri həyata keçirilmişdir. Hazırda rayonda epizootik vəziyyət sağlamdır.
2013-cü   ilin   9   ayının  sosial-iqtisadi inkişafının yekunları
Rayonumuzda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, sualtı torpaqlarda kənd təsərrüfatı bitkilərinin suvarılması, mövcud su ehtiyatlarından səmərəli istifadə olunması və bölüşdürülməsi diqqət mərkəzində olmuşdur. 2013-ci ilin hesabat dövrü ərzində daşqın və sel sularına qarşı mübarizə məqsədilə çay məcrasının təmizlənməsi işi 627,0 min kubmetr, kanalların lildən təmizlənməsi isə 156,5 min kubmetr təşkil etmişdir. Dövlət investisiya vəsaiti hesabına Lahıc qəsəbəsini sel sularından mühafizə məqsədilə Girdiman çayında uzunluğu 152 metr olan daş-beton bənd tikilmiş, Talıstan çayında İsmayıllı şəhərinin mühafizəsi məqsədilə uzunluğu 200 metr olan daş-beton bənd təmir edilmişdir. Rayonun ekoloji mühitinin daha da sağlamlaşdırılması məqsədilə yeni yaşıllıq zolaqlarının salınması istiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, şəhər daxilində, Muğanlı-İsmayıllı avtomobil yolunun kənarlarında 10 minə yaxın müxtəlif cinslərdən olan ağaclar əkilmiş və mühafizəsi üçün müvafiq tədbirlər görülmüşdür.
Aqrar sahənin dinamik inkişaf etdirilməsində müasir idarəetmə mexanizmlərindən səmərəli istifadə edilməsinin xüsusi əhəmiyyəti vardır. Ayrı-ayrı mülkiyyətçilərin pay torpaqları əsasında xırda (ailə-kəndli) təsərrüfatların könüllülük əsasında birləşək kooperasiyaların, eləcə də dövlətimizin aqrar siyasətində mühüm rol oynayan iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində tərəfimizdən müəyyən araşdırmalar aparılmışdır. Rayonun iri təsərrüfatlarından olan Nikitin adına kolxozda və Qubaxəlilli kəndində Belarus Respublikasının təcrübəsinə əsaslanaraq aqroparkların yaradılması nəzərdə tutulmuşdur.
BMT-nin İnkişaf Proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli İcra Hakimiyyəti orqanlarının birgə əməkdaşlığı ilə İsmayıllı və Şamaxı rayonlarında “Böyük Qafqaz landşaftında meşə və torpaqların davamlı idarə edilməsi” adlı layihə yaxın vaxtlarda əməli fəaliyyətə başlamışdır. Layihənin əsas məqsədi bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, meşə və otlaqlardan istifadə assosiasiyasının yaradılması, onların bərpası, birgə istifadənin planlaşdırılmasına hazırlığın aparılması, bu sahədə fermerlərə müvafiq dəstəyin verilməsi və meşə otlaqların inventarizasiyasının aparılmasından ibarətdir.
Ölkəmizdə uğurla həyata keçirilən aqrar sahənin inkişafına yönəlmiş “2008-2013-cü illərdə Azərbaycan Respublikasında Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın icrası istiqamətində rayonumuzda da tədbirlər həyata keçirilməkdədir. Belə ki, rayonun Kürdmaşı kəndində “AKA qrup” şirkəti tərəfindən iri taxılçılıq təsərrüfatı yaradılması istiqamətində işlər davam etdirilir. Burada taxılçılıqla bərabər yemçilik, istixana, heyvandarlıq sahələri yaradılması üçün müvafiq tədbirlər görülür. Təsərrüfat öz fəaliyyətini mütərəqqi texnologiyalar əsasında quraraq vahid sahədən daha çox və yüksək keyfiyyətli məhsul istehsal etməyi qarşısına məqsəd qoymuşdur. Cari ilin ötən dövrü ərzində rayon üzrə 57 sahibkara Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1 milyon 147 min manat kredit verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2007-ci il tarixli sərəncamına əsasən 6951 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına becərdikləri 29976 hektar əkin sahəsi üçün 1 milyon 199 min manat yardım hesablanmış və həmin vəsait istehsalçılara ödənilmişdir.
İlin 9 ayı ərzində rayonda ictimai-siyasi mühitin yaxşılaşdırılması ilə əlaqədar ardıcıl və sistemli iş aparılmış, ideya-siyasi işdə, ictimai-siyasi fəaliyyətdə Azərbaycan Respublikasının Konstitusiyası, Respublika Prezidentinin Fərman və Sərəncamları, tövsiyə və tapşırıqları, müvafiq qanunvericilik aktları əsas götürülmüşdür.
Rayonda siyasi fəaliyyət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının göstəriş, tapşırıq və tövsiyələrinə uyğun aparılmış, bütün yaşayış məntəqələrini, əhalinin müxtəlif təbəqələrini əhatə etmişdir. Ölkə Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasət, insan kapitalına verdiyi önəm, apardığı genişmiqyaslı xarici siyasətin nəticələri əhali arasında geniş təbliğ olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasətin təbliği üçün rayonun bütün yaşayış məntəqələrini, idarə, müəssisə və təşkilatlarını əhatə edən səkkiz təbliğat qrupu 2010-cu ildən fəaliyyətdədir.
“Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun pozulması hallarına yol verilməmiş, milli və dini zəmində heç bir konflikt, qarşıdurma və ya ziddiyyət baş verməmişdir.
İlin doqquz ayı ərzində rayonda çoxsaylı ictimai-siyasi tədbirlər həyata keçirilmiş, dövlət və dini bayramlar yüksək səviyyədə qeyd olunmuşdur. İdeoloji işin gücləndirilməsini təmin etmək üçün Heydər Əliyev Mərkəzinin imkanlarından səmərəli şəkildə istifadə edilmişdir.
Ümummilli lider Heydər Əliyevin anım və xatirə günlərinə həsr olunmuş elmi-nəzəri konfranslar, “Heydər Əliyev məktəbi” dərsləri burada keçirilmiş, fərqlənən işçilərə mükafat və təltiflərin təqdimatı Mərkəzdə aparılmışdır.
Rayonda beş qeyri-hökumət təşkilatının fəaliyyəti üçün normal şərait yaradılmış, Uşaq və Ailələrə Dəstək Mərkəzi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verildikdən sonra müstəqil fəaliyyətə başlamışdır. Mərkəz problemli ailələrin, xüsusi qayğıya ehtiyacı olan uşaqların məsələləri ilə məşğul olmuş, Mərkəzdə ”Qadın icma məlumat mərkəzi” fəaliyyət göstərmişdir.
Hesabat dövrü ərzində dövlət qəzetlərinə, obyektiv mövqedən çıxış edən informasiya vasitələrinə abunə yazılışı bir qayda olaraq vaxtında aparılmış, “İsmayıllı xəbərləri” qəzeti rayonun ictimai-siyasi və mədəni həyatını dolğun şəkildə işıqlandırmışdır. Oktyabr ayının 9-da keçirilən Prezident seçkilərində ismayıllılar fəallıq göstərmiş, Azərbaycanı inkişaf etdirib gələcəyə apara bilən layiqli namizədə-cənab İlham Əliyevə yekdilliklə səs vermişlər.
Zəngin maarifçilik ənənələrinə malik olan təhsilimiz aparılan islahatlar, həyata keçirilən yüksək elmi-pedaqoji tədbirlər sayəsində inkişaf etmiş, Respublikada qabaqcıl təhsil nəticələri ilə fərqlənmişdir.
Son illər, həmçinin cari ilin doqquz ayı ərzində məktəb tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, maddi bazanın möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, təhsilin dünya standartlarına uyğunlaşdırılması, məzunların ali məktəblərə qəbulu sahəsində əsaslı nəticələrə nail olunmuş nailiyyətlər əldə edilmişdir.
Rayonun ali məktəblərə tələbə qəbulunda qazandığı nəticələr də yüksəkdir. Belə ki, 325 nəfərdən çox məzun ali məktəblərə qəbul olunmuş, onlardan 21 nəfəri 600-dən yuxarı, 52 nəfəri isə 500-600 arasında bal toplamışdır. Rayon üzrə 4 nəfər orta məktəbi qızıl medalla bitirmişdir. Rayonun 3 məktəbi və 4 müəllimi ilin qalibi olmuş, elektron təhsil müsabiqəsində 2 nəfər müəllimimiz birinci və üçüncü yerlərə layiq bilinmişdir.
2013-cü   ilin   9   ayının  sosial-iqtisadi inkişafının yekunları
2013-2014-cü dərs ili rayon İcra Hakimiyyəti başçısı tərəfindən “Təhsil ili” elan edilmiş, cari dərs ilində bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi, əvvəlki illərdən fərqli daha yüksək təhsil nəticələrinə nail olmaq nəzərdə tutulmuşdur. Sevindirici haldır ki, rayonda yeni dərs ilində Humanitar və Texnologiya Kolleci fəaliyyətə başlamışdır.
İlin 9 ayı ərzində əhalinin sağlamlığının qorunması, yeni səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsi, tibbi texnologiyaların tətbiqi sahəsində müəyyən işlər görülmüş, tədbirlər həyata keçirilmişdir. Səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində xeyli iş görülmüşdür. Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması işləri davam etdirilmiş, yerli büdcə vəsaiti hesabına 9 ayda 58,7 min manat dəyərində müxtəlif təyinatlı mebel, 118,6 min manat dəyərində müxtəlif adlı tibbi avadanlıq və inventar alınmışdır.
Rayon Mərkəzi Poliklinikasında 25,8 min manat dəyərində əsaslı, Qubaxəlilli kənd həkim məntəqəsində isə 12,5 min manat dəyərində cari təmir işləri aparılmışdır. 2013-cü ilin 9 ayı ərzində rayonda şəkərli diabet xəstələrinin sayı 944, vərəmli xəstələrin sayı 438, onkoloji xəstələrin sayı isə 451 nəfər olmuş, onlar təyinatı üzrə müalicəyə cəlb edilmiş, dərman preparatları ilə təmin olunmuşlar.
9 ayda ambulator xəstə qəbulu 128 min 324 nəfər, çarpayı günlərinin sayı 16 min 227 təşkil etmişdir. 6 körpə ölümü, 17 xəstəxanadaxili ölüm qeydə alınm&#305

Şərh Yaz