Qədim sənət qorunur

Qədim sənət qorunur
Xalçaçılıq kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir. Xalça insanları birləşdirir, onlarda kollektivlik, bir-birinə kömək, dostluq hisslərini aşılayır. Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalçaçılıq tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib.Qədim sənət qorunur

Xalçaçılıq kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir. Xalça insanları birləşdirir, onlarda kollektivlik, bir-birinə kömək, dostluq hisslərini aşılayır. Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalçaçılıq tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib.
Qədim sənət qorunur Qədim sənət qorunur
Dekorativ tətbiqi incəsənət növlərindən biri olan xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Xalça bir sıra müsbət xüsusiyyətlərə malikdir. O, bədii təsviri sənətlə, böyük ustalıq tələb edən xalq yaradıcılığının məcmusudur. Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə oluna biləcək qiymətli əşyadır.
İsmayıllıda da xalçaçılığın tarixi qədimdir. Rayonumuzda bu sənəti “Xoşbəxt” xalça müəssisəsi yaşadır.
Fabrik 1993-cü ildən fəaliyyət göstərir. Burada iplər hazırlanır, rənglənməsi həyata keçirilir. Müəssisədə “Köhnə Quba”, “Şirvan”, “Qazax”, “Süjetli” xalçalar toxunur. Hazırda uzunluğu 7, eni isə 4 metr ölçüdə olan xalça üzərində iş gedir. Bu xalça rayonumuzda indiyədək toöunmuş xalçaların ən böyüyü olacaq.
Xalça ustası Şövkət Ağayeva deyir ki, bu sənətə 1988-ci ildən başlayıb. Öz işindən böyük zövq alır. O qeyd edir ki, xalça toxumaq insanın əsəbini sakitləşdirir.
Aybəniz Paşayeva artıq 40 ildir xalçaçılıqla məşğul olur. Xalçaçılıq əsl qadına xas olan bir sənətdir deyir.
Müəssisənin rəhbəri Ruhiyyə Süleymanova bu il müəssisənin həyətində yeni binanın inşa edildiyini deyir. Fabrikimizdə xalça, palaz, kilim toxunur. 50-yə yaxın işçi iki növbədə çalışır. Bizim daha çox işçiyə ehtiyacımız var.
Toxunan xalçalar sexin həyətində yerləşən alqı-satqı məntəqəsində satışa çıxarılır. Burada ipək xalçalara da maraq böyükdür.
Onu da nəzərinizə çatdıraq ki, İsmayıllı xalçaları digər xalçalardan sıxlığı, rəng çalarları ilə seçilir. Xalçalarımızın zəngin rəng tonları var. Burada yaşayan xalçaçının təbiətin gözəlliyini yüksək ustalıqla xalçaya köçürməməsi mümkün deyil. Hər bir xalçaçı təbiətin əsrarəngiz rənglərini öz sənətinə, ilmələrə ötürür. İsmayıllı xalçalarında, əsasən, yaşıl və bu rəngin tonlarına üstünlük verilir. Xalçaçılar bu rənglərlə xalçalara təravət, bahar ətri gətirmək istəyirlər.
Çinarə Bəhərçinli

Şərh Yaz