Qorxu və gülüş

Qorxu və gülüş
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən Halloween (Uşaqlar qorxunc paltarlar geyinərək qapı-qapı dolaşır, müqəddəsləri yad edir, meyvə, şirniyyat və digər hədiyyələr toplayırlar) bayramı keçirilib.Qorxu və gülüş
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən Halloween (Uşaqlar qorxunc paltarlar geyinərək qapı-qapı dolaşır, müqəddəsləri yad edir, meyvə, şirniyyat və digər hədiyyələr toplayırlar) bayramı keçirilib.
Qorxu və gülüş
Tədbirin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyaclı uşaqların cəmiyyətə inteqrasiyasının təşkili və Mərkəzdən bəhrələnən uşaqların bu tədbirdə iştirakını gerçəkləşdirmək olub.
Mərkəzin ingilis dili kursunda məşğul olan uşaqlar və gənclər, habelə, güvənc yerimiz olan könüllülərimiz də bu tədbirə qatılıb xüsusi qayğıya ehtiyacı olan uşaqların əylənməsində vasitəçi olublar.
Bütün diqqət xüsusi qaygıya ehtiyaclı uşaqlara yönəldiyindən əminik ki, bu şənlik ömürlük olaraq onların yaddaşına həkk olunacaq.
Şənlik Mərkəzin amerikalı könüllüsü Emi Baldvinin də ürəyincə olub. İştirakçılar sonda xatirə şəkli çəkdiriblər.
Gülnar Mikayılova

Şərh Yaz