Həsrətli baxışlar

Bürünüb yaşıla, bələnib gülə,
Bizi tərk elədin sən birdən-birə.
Gülüşü, fərəhi, gəncliyimizi
Özünlə apardın soyuq qəbirə.
Həsrətli baxışlar
Mübarizin ölümünə

Bürünüb yaşıla, bələnib gülə,
Bizi tərk elədin sən birdən-birə.
Gülüşü, fərəhi, gəncliyimizi
Özünlə apardın soyuq qəbirə.

Həsrətin gözünü yollarda qoydun,
Həsrətli baxışlar arxanca baxdı.
Bu gözəl həyatdan beləmi doydun,
Bizi tərk elədin bar-bəhər vaxtı.

Göz yaşı axıtdı eşidən, bilən,
Toy da etməmişdin oğula, qıza.
Payızda gəlmişdin elə, ocağa,
Elə gedişin də düşdü payıza.

Sənsiz açılacaq daha sabahlar,
Yolunu gedəcək oğul-uşağın.
Sənsiz yaşasaq da təsəllimiz var-
Qoynunda yatırsan ana torpağən.

Şərqiyyə Balacanlı

Şərh Yaz