Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
Biz, Sizin Prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə İsmayıllı rayonunu 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasın iştirakçıları qeyd edirik ki, ulu öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunun davam etdirilməsi sayəsində 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuş, köklü islahatlar nəticəsində ölkəmiz böyük inkişaf yolu keçərək, dünya birliyində öz layiqli yerini tutmuşdur. Siz Azərbaycanı beynəlxalq miqyasda söz sahibi etmiş, qarşıya qoyulmuş sosial-iqtisadi məsələləri uğurla həll etmisiniz.Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Biz, Sizin Prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə İsmayıllı rayonunu 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasın iştirakçıları qeyd edirik ki, ulu öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunun davam etdirilməsi sayəsində 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuş, köklü islahatlar nəticəsində ölkəmiz böyük inkişaf yolu keçərək, dünya birliyində öz layiqli yerini tutmuşdur. Siz Azərbaycanı beynəlxalq miqyasda söz sahibi etmiş, qarşıya qoyulmuş sosial-iqtisadi məsələləri uğurla həll etmisiniz.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
Yürütdüyünüz müstəqil xarici və insanların sosial həyatının zənginləşməsinə yönəlmiş daxili siyasətiniz ölkə vətəndaşlarının bugünkü xoşbəxt həyatını təmin edir, sabahkı səadəti üçün möhkəm zəmin yaradır, Azərbaycan xalqını sivil bir cəmiyyətə qovuşdurur.
Cənab Prezident!
Bütün fəaliyyətinizlə sübut etmisiniz ki, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Milli taleyimizi şəxsi taleyiniz kimi yaşamaq məsuliyyətini şərəflə öz üzərinizə götürmüsünüz. Azərbaycan xalqının şərəf və ləyaqəti, insan kapitalı, vətəndaş dəyəri Sizin ən böyük amalınız, başlıca məqsədinizdir.
Əmək haqlarının, pensiya və təqaüdlərin ilbəil artması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi vətəndaşlara olan diqqət və qayğınızın bariz təcəssümüdür.
Paytaxt və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, qeyri-neft sektorunun tərəqqisi uğurlarınızı şərtləndirən amillərdir.
Sizin rəhbərliyiniz altında Azərbaycan ötən 10 ildə inanılmaz dərəcədə dəyişib, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət edib, ölkə vətəndaşlarının firavan həyat tərzi təmin olunub.
Bu ilin 14 avqustunda rayonumuza etdiyiniz tarixi səfər bütün ismayıllıların yaddaşında əbədi iz buraxmış, bizi daha yaxşı işləməyə, yaşamağa, inkişaf və tərəqqiyə nail olmağa ruhlandırmışdır.
Cənab Prezident, İsmayıllı rayonunun bütün əhalisi, gəncləri, ağsaqqalları, ziyalıları, adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, bu seçimdə bizim də kiçik payımız olduğu üçün özümüzü xoşbəxt sayırıq.
Sizi əmin edirik ki, həmişə olduğu kimi, bundan sonra da ismayıllılar Dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirəcək, Sizinlə bir yerdə olmağı özünə şərəf hesab edəcəkdir.
Şərəfli, çətin və məsuliyyətli işinizdə Sizə bir daha uğurlar, can sağlığı, nailiyyətlər arzulayırıq.
2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas iştirakçıları adından İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı
Mirdaməd Sadıqov

Şərh Yaz