Görülmüş işlər və problemlər

Görülmüş işlər və problemlər
19 oktyabr 2013-cü il tarixdə cari ilin 9 ayında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabat yığıncağı keçirilib. Görülmüş işlər və problemlər

19 oktyabr 2013-cü il tarixdə cari ilin 9 ayında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabat yığıncağı keçirilib.
Görülmüş işlər və problemlər
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yığıncaq iştirakçılarını salamlayıb. O qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2013-cü il tarixdə keçirilən iclasında cənab Prezident İlham Əliyev 9 ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə elmi təhlilə, optimal inkişaf yollarına əsaslanan çıxış edib. Hər bir Azərbaycan vətəndaşı bu çıxışdan bir daha yəqin edib ki, ölkəmiz üçün 9 ay çox uğurlu keçib. Qarşıya qoyulmuş bütün vəzifələr icra edilib. İqtisadiyyat öncədən müəyyən olunmuş sürət və keyfiyyətlə inkişaf edir, bu dinamik inkişaf gələcək illərdə də özünü göstərəcəkdir. İqtisadiyyatımız 9 ayda 5,4 faiz artıb. Dünyada hələ də davam edən böhran şəraitində çox yüksək göstəricidir. Bu, eyni zamanda imkan verəcəkdir ki, Respublikamız öz investisiya proqramlarını həyata keçirsin.
Görülmüş işlər və problemlər
İsmayıllının bütün həyatı, keçmişi və gələcəyi xüsusilə ötən 9 ay üçün ən dəyərli və səfərbəredici hadisə odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bölgəmizə səfər edib. Həyata keçirilən layihələrdən, qarşıda duran möhtəşəm vəzifələrdən danışıb, rayonda aparılan tikinti, quruculuq və abadlıq işlərinə, sosial yönümlü tədbirlərə yüksək qiymət verib. İlkin tədbirlərə əsaslanaraq deyib: ”Əminəm ki, bundan sonra İsmayıllıda yalnız inkişaf olacaqdır, böyük nailiyyətlər olacaqdır. İnsanlar rahat yaşayacaqlar və öz işi ilə zəhməti ilə dövlətçiliyimizi möhkəmləndirəcəklər”.
Bugünkü iclasın gündəliyinə çıxarılan məsələyə də məhz bu aspektdən yanaşılıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rövşən Ağayev hesabatı təqdim edib. Hesabatda 9 ay ərazində görülən işlər, perspektivdə olan layihələr haqqında ətraflı məlumat verilib. Mövcud problemlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.
Məruzə ətrafında İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, RİH başçısının Basqal İƏD-i üzrə nümayəndəsi Novruz Əsədov, quşçuluq sahəsi üzrə sahibkar Əfqan Əhmədov, sahibkar Bəylər Abdulov, İvanovka kənd xəstəxanasının baş həkimi Mariya Prokofyeva hesabat dövründə görülən işləri yüksək qiymətləndirib, istiqamətin əsaslı inkişafa yönəldiyini bildiriblər.
Tədbirin sonunda Prezidentə ünvanlanmış müraciət səsləndirilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz