Yaddas kitabcasi

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Prezident İlham Əliyev siyasi qətiyyət nümayiş etdirərək ölkəmiz üçün bir sıra taleyüklü məsələlərin yoluna qoyulmasına nail olub. Uğurlu aparılan daxili və xarici siyasət, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsinə, rifah halının yüksəldilməsinə xidmət edir. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!

Ulu öndər Heydər Əliyev tərəfindən başlanmış irimiqyaslı islahatlar ölkəni tənəzzüldən çıxarıb, əhalinin güzəranının tədricən yaxşılaşdırılması ilə nəticələnib. Prezidentin ardıcıl qəbul etdiyi Dövlət Proqramları ölkənin sosial-iqtisadi inkişafını daha da sürətləndirib. Aparılan abadlıq, tikinti-quruculuq işləri, daxili yolların təmiri və genişləndirilməsi, əhalinin qaz, su, işıq təminatı ilə bağlı problemlər həllini tapdıqca insanların yaşayış tərzi dəyişir, yeni iş yerləri yaranır, əhalinin şəhərə axınının qarşısı alınıb.
Mirdaməd müəllim, Sizin doğma rayonumuza rəhbərlik təyinatınız yığılıb qalmış problemlərin ardıcıl həllinə təkan verib. Qısa vaxt ərzində rayonda görülmüş ürəkaçan işlərinizə görə Sizə təşəkkür edirik, bundan sonrakı fəaliyyətinizə də uğurlar arzulayırıq!
Yaşadığımız Diyallı inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 2000 nəfərdən artıq adam yaşayır. Nümayəndəlik ərazisinin qoruq olması sakinlərin yanacaq üçün oduna olan tələbatının ödəmələrində çətinliklər yaradırdı. Səyiniz nəticəsində bu problemə son qoyulmaqdadır. Kəndin qaz xətti bərpa olunur. Burada yaşayan sakinlər tezliklə məişət rahatlığı tapacaqdır.
Müqəddəs Qurban bayramı ərəfəsində Prezidentimizə, Sizə, bu xeyirxah işlərin görülməsində əməyi olan hər kəsə qazdan istifadə edəcək həmyerlilərim adından minnətdarlıq edirəm.
Rəhman Nuğayev

Şərh Yaz