Sərəncam

İsmayıllı şəhərində dövlət, bələdiyyə və vətəndaşların mülkiyyətində olan, tikintisi başa çatdırılmamış, istifadə olunmayan, özəlləşdirilmiş istehsal və xidmət obyektlərinin vəziyyəti barədə RİH başçısının sərəncamıİsmayıllı şəhərində dövlət, bələdiyyə və vətəndaşların mülkiyyətində olan, tikintisi başa çatdırılmamış, istifadə olunmayan, özəlləşdirilmiş istehsal və xidmət obyektlərinin vəziyyəti barədə RİH başçısının sərəncamı
[b]№ 176 , 14 oktyabr 2013-cü il[/b]
İsmayıllı şəhərində dövlət, bələdiyyə və vətəndaşların mülkiyyətində olan, tikintisi başa çatdırılmamış, istifadə olunmayan, özəlləşdirilmiş xeyli istehsal və xidmət obyektləri mövcuddur. Bu obyektlərin bir hissəsi əvvəllər fəaliyyət göstərmiş təşkilatların inzibati idarə, istehsal və yardımçı binalarından ibarətdir. Bəzi binaların (“Ziyalılar evi”, İdman məktəbi və s.) tikintisi başa çatdırılmamışdır. Bir sıra obyektlər (Yağ-pendir zavodu, Tütün qəbulu məntəqəsi, “Niyal” mehmanxanası, hamam binası, Mebel fabriki və digər onlarla obyekt) ayrı-ayrı vətəndaşlar tərəfindən özəlləşdirilsə də, fəaliyyət göstərmir. Şəhərin mərkəzi hissəsində yerləşən bu binaların bəziləri yarıuçuq vəziyyətə düşmüşdür. Obyektlərdə təmir-tikinti və təmizlik işləri görülmədiyi üçün ərazisini kol-kos basmışdır. Bu da şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq içlərinə kölgə salır, şəhərin estetik görünüşünə xələl gətirir. Eyni zamanda, istifadəsiz obyektlərdə antisanitariya vəziyyəti yaranır ki, bu da bir sıra ağır xəstəliklərin mənbəyi ola bilər.
Qeyd olunanları nəzərə alaraq
[b]q ə r a r a a l ı r a m : [/b]
1. İsmayıllı şəhərində dövlət, bələdiyyə və vətəndaşların mülkiyyətində olan tikintisi başa çatdırılmamış, özəlləşdirilmiş və uzun müddət istifadəsiz qalaraq şəhərin ümumi mənzərəsinə xələl gətirən obyektlərdəki mövcud vəziyyəti araşdırmaq məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılsın:
Mahmud Süleymanov – RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – komissiyanın sədri;
[b]Komissiya üzvləri:[/b]
[b]1. [/b][b]Valeh Hüseynov[/b] – RİH-nin Hüquq şöbəsinin müdiri;
[b]2.[/b] [b]Kənan Həbibov[/b] – RİH-nin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi;
[b]3.[/b] [b]Məhərrəm Əhmədov[/b] – RİH başçısının İsmayıllı şəhər İƏD-i üzrə nümayəndəsi;
[b]4. [/b][b]Fəqan Məmmədov[/b] – İsmayıllı bələdiyyəsinin sədri;
[b]5.[/b] [b]Rövşən Behbutov [/b] – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İsmayıllı rayon Şöbəsinin müdiri;
[b]6.[/b][b] Rüstəm Səmədov[/b] – İsmayıllı Rayon Məşğulluq Mərkəzinin direktoru;
[b]7. [/b][b]İsmayıl Tarverdiyev[/b] – İsmayıllı Mənzil İstismar Sahəsinin rəisi;
[b]8.[/b] [b]İslam Qarayev [/b] – Əmlak Məsələləri Dövlət Komitəsinin 16 saylı Ərazi Şöbəsinin baş məsləhətçisi;
[b]9. [/b][b]Sadiq İsayev[/b] – Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Qəbələ Ərazi İdarəsi İsmayıllı rayon Şöbəsinin müdiri;
[b]10. [/b[b]]Yunus Sadıqov[/b] – İsmayıllı Rayon Sahibkarlar İttifaqı İctimai Birliyinin idarə heyətinin üzvü, sahibkar.
[b]2.[/b] Komissiyaya tapşırılsın ki, rayon ərazisində dövlət, bələdiyyə və vətəndaşların mülkiyyətində olan tikintisi başa çatdırılmamış, özəlləşdirilmiş və uzun müddət istifadə olunmayan, şəhərin ümumi mənzərəsinə xələl gətirən obyektlərdə inventarizasiya aparılaraq mövcud vəziyyət tam araşdırılsın.
[b]3. [/b]Araşdırmanın nəticələri, vəziyyəti yaxşılaşdırmaq barədə arayış və təkliflər 30 (otuz) gün müddətində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına təqdim edilsin.
[b]4.[/b] Sərəncam “İsmayıllı xəbərləri” qəzetində dərc edilsin.
[b]5. [/b]Sərəncamın icrasına nəzarət RİH başçısının müavini – Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri Mahmud Süleymanova həvalə olunsun.
Mirdaməd Sadıqov,
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı

Şərh Yaz