İki bayramın sevinci

İki bayramın sevinci
Oktyabr ayının 15-də müsəlman dünyasının ən gözəl mərasimlərindən biri olan Qurban bayramı İsmayıllı rayonunda təntənə ilə qeyd olundu.
Rayonda səhər saatlarından etibarən sevindirici canlanma vardı. Səhər tezdən İsmayıllı şəhər Cümə məscidində namaz qılındı. Dövlətimizin bütövlüyü, sülh və əmin-amanlıq üçün dualar edildi.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iri və xırdabuynuzlu heyvanlar müəyyən olunmuş yerdə qurban kəsildi. Kəsilən qurbanlar Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, aztəminatlı ailələrə, yaşlılara və kimsəsizlərə paylandı.

Həmin gün ölkənin hər yerində təntənəli bayramlar təşkil edilmişdi. Belə tədbirlərdən biri də rayonumuzda baş tutdu. Belə ki, İsmayıllı Rayon Olimpiya-İdman Kompleksində Qurban bayramına, həm də 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr edilmiş möhtəşəm tədbir keçirildi.
Tədbirin aparıcısı Çingiz Muradlı mərasimdə iştirak edənləri salamladı, toplaşanları hər iki bayram münasibəti ilə təbrik etdi, çıxış üçün söz İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova verildi.
Mirdaməd müəllim tədbirə toplaşanların simasında, bütün ismayıllıları bayramlar münasibəti ilə təbrik etdi. O bildirdi ki, dövlətimiz günü-gündən daha da qüdrətlənir. Bu, keçirilən möhtəşəm tədbirlərdən, insanların rifah halının yaxşılaşmasından da görünməkdədir.
İcra başçısı bütün sahələrlə yanaşı, gənclərə, idmana böyük diqqət göstərir. Elə bu bayramda da 75 kiloqram çəki dərəcəsində idmanın karate növü üzrə Avropa çempionu olmuş Həbib Cəfərova qiymətli həqiyyə təqdim etdi, bundan sonar da hər bir sahədə daha böyük nailiyyətlərin əldə ediləcəyinə əminliyini bildirdi.
İki bayramın sevinci İki bayramın sevinci
Qəbul imtahanında yüksək bal toplayaraq Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Aydan Ağazadə də qonaqlar arasında idi. Bayramın möhtəşəm təşkil eldildiyini deyən Aydan, əsası Ulu öndərimiz tərəfindən qoyulmuş gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onlara hər zaman qayğı göstərildiyini nəzərə çatdırdı. Sambo üzrə məşqçi-müəllim Hikmət Əhmədov bütün müsəlmanları bayram münasibəti ilə təbrik etdi. Kəsilən qurbanlarınız qəbul, eviniz ruzili, bərəkətli olsun, idmançılarımız daha böyük nailiyyətlərə imza atsın -dedi.
İki bayramın sevinci İki bayramın sevinci
Tədbirdə İlham Əliyevin növbəti Prezident seçkilərində qələbəsinə həsr olunmuş müraciət oxundu.
Bayram tədbirində əllərində ölkəmizin bayraqlarını dalğalandıran gənclərin çoxluğu qürurverici mənzərə yaratmışdı. Həm mahnılar oxunur, həm də idmançılar döşək üzərində məharətlərini göstərirdilər.
Mərasimin gedişi zamanı rayonun Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif idman yarışlarında fərqlənən bir qrup yeniyetmə idmançıya “Qurban bayramı” və “Dövlət Müstəqilliyi Günü” münasibəti ilə diplomlar və qiymətli hədiyyələr təqdim olundu. Tədbirdə göstərdikləri fəallığa görə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Aşıqlar” qrupununun üzvlərinə, pəhləvan Hacı Hikmətə pul mükafatı verildi. İcra başçısı onları şəxsən təbrik etdi.
Tədbir “Niyal” xalq çalğı alətləri, “Aşıqlar” ansambllarının, Lahıc və Hacıhətəmli folklor qruplarının, rayonun digər incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdi. Sonda Mirdaməd müəllim tədbirin rəngarəng keçməsində əməyi olan hər kəslə görüşdü, xatirə şəklləri çəkdirdi.
Ş.Soltanov
Ç.Bəhərçinli

Şərh Yaz