Yaddas kitabcasi

Məktəbdə konfrans keçirilib

Şəhid E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbində konfrans keçirilib. Konfransda məktəbin müəllimləri, valideynlər və IX-XI siniflərin şagirdləri iştirak ediblər. Konfransda Valideyn-Müəllim Assosiasiyasının (VMA) rəyasət heyəti və təftiş komissiyasının tərkibində bəzi dəyişikliklər edilib. Məktəbdə konfrans keçirilib

Şəhid E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbində konfrans keçirilib. Konfransda məktəbin müəllimləri, valideynlər və IX-XI siniflərin şagirdləri iştirak ediblər. Konfransda Valideyn-Müəllim Assosiasiyasının (VMA) rəyasət heyəti və təftiş komissiyasının tərkibində bəzi dəyişikliklər edilib.
Assosiasiyanın sədri, valideyn Ramiz Səfərov VMA-nın üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirəcəyinə valideynləri və məktəb kollektivini əmin edib. Konfransda rayonumuzdakı bu qeyri-hökumət təşkilatının fəaliyyətindən, bu qurumun məktəb işinin inkişafına köməyindən danışılıb.
Valideynlər də bu assosiasiyanın yaranmasından razı qaldıqlarını bildiriblər. Konfransda məktəbin “Valideyn şurası”nın və “Məktəb şurası”nın tərkibinə baxılıb və tərkibə yeni üzvlər daxil edilib. Təşkilatlara seçilən şagird, müəllim və valideynlər məktəbin inkişafı, təhsil səviyyəsinin daha da qaldırılması yolunda vəzifələrini səylə yerinə yetirəcəkləri barədə danışdılar.
Əsli Süleymanzadə
məktəb uşaq birliyinin rəhbəri

Şərh Yaz