Müsabiqə qalibi

Müsabiqə  qalibi
Özünü, dünyasını dərk etməyə çalışan, ancaq hələ dərindən anlamayan insan Allahın ona bəxş etdiyi ömür adlı şirin, dadlı, eyni zamanda əzablarla dolu bir neməti-həyatının lap son anlarında dərk edir. Ancaq mənim yaxından tanıdığım Minazər Ramiz qızı Mahmudova həyatın mənasını hələ gənclik illərindən dərk edib desək, səhv etmərik.Müsabiqə qalibi

Yeniliyə can atan müəllim

Özünü, dünyasını dərk etməyə çalışan, ancaq hələ dərindən anlamayan insan Allahın ona bəxş etdiyi ömür adlı şirin, dadlı, eyni zamanda əzablarla dolu bir neməti-həyatının lap son anlarında dərk edir. Ancaq mənim yaxından tanıdığım Minazər Ramiz qızı Mahmudova həyatın mənasını hələ gənclik illərindən dərk edib desək, səhv etmərik.
Müsabiqə  qalibi
Minazər Ramiz qızı Mahmudova sözün əsil mənasında adı iri hərflərlə yazıla biləcək bir ziyalı ailəsində dünyaya göz açıb. Bu ziyalı sözü heç vaxt nəyinsə xətrinə deyilməyib. Düşünülüb sonra söylənilib. Həmişə haqq tərəfdarı olub. Ramiz qızı Minazər də şəxsən atasına – Ramiz müəllimə bu cəhətdən çox oxşayıb. Bu günlərdə şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbində Minazər müəllimin yüksək mükafatının sevinci kollektivin də cari dərs ilində məsuliyyətini artırıb. Çünki təhsil ocağında kifayət qədər yüksək, peşəkar müəllimlər çalışır. Məktəb 2009-cu ildə “İlin ən yaxşı məktəbi”, məktəbin gənclərin hərbi çağırışaqədərki fənn müəllimi Əsgər Manafovun “Ən yaxşı müəllim” adını qazanması, riyaziyyat müəllimi Müsavəddin Kərimovun Əməkdar müəllim, Hacıməmməd Məmmədovun “Tərəqqi” medalına layiq görülməsi yaradıcı fəaliyyət üçün stimul rolunu oynayacağına möhkəm inam var.
Məhz bu inamla məktəbin dil-ədəbiyyat müəllimi Minazər Mahmudova “Ən yaxşı müəllim” müsabiqəsində iştirak etməyi qərara aldı. Artıq o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə `”Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir.
Qısa tanışlıq:
Minazər Ramiz qızı Mahmudova 1975-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur. İlk təhsilini İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbində almışdır. Azərbaycan Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdir. 1994-cü ildən N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində ixtisası üzrə müəllim işləyir. Məktəbdə “Dayaq məntəqə” rəhbəridir. Dəfələrlə müxtəlif müsabiqələrin qalibi olmuşdur. 2011-2012-ci dərs ilində “Öyrədənlərin öyrədilməsi ”kursunda iştirak edib sertifikat və öyrədən statusu alıb. Müxtəlif İKT kurslarını bitirib, bir sıra layihələrdə iştirak edib, diplomlarla təltif olunub.
İlin ən yaxşı müəllimi bizimlə söhbətə təhsilə, təhsil işçilərinə həmişə böyük diqqət və qayğı göstərən, onların çətin, şərəfli əməyini yüksək dəyərləndirən, müsabiqələrin keçirilməsi barədə verdiyi sərəncamlarla ölkə təhsilinin inkişafına təkan verən, müəllimlərə öz bilik və bacarıqlarını nümayiş etdirməyə imkan açdığına görə Azərbaycan Respublikanın Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirməklə başladı. Müsabiqənin onda necə təəssürat yaratması barədəki sualımızı isə Minazər Mahmudova: “Müsabiqənin obyektiv keçirilməsindən onda iştirak edən bütün həmkarlarım kimi mən də çox razı qaldım. Müsabiqədə əsil müəllimlər qalib adını qazanıb, deyə, – cavablandırdı. Bir anlığa xəyala daldı. Gözü yol çəkə-çəkə: Məktəb illərində “Böyüyəndə kim olacaqsan” mövzusunda inşa yazarkən “Müəllim olacağımı yazmışdım”, – dedi və əlavə etdi: “Uşaqlara olan hədsiz istəyim məni müəllim olmağı sövq edirdi.
Budur, artıq 20 ildir ki, o, arzusuna qovuşub. Çox sevdiyi uşaqlara dilimizi və ədəbiyyatımızı öyrədir və sevdirir. O, dərslərində yeni təlim üsullarından, fəal dərsin interaktiv təlim metodlarından istifadə edir. Onun fikrincə, bu metodlar şagirdlərin təlimə marağını artırır, onların idrakını, təfəkkürünü inkişaf etdirir, onlara sərbəst rəy söyləmək bacarığı aşılayır.
Dərsi, adətən, motivasiya ilə başlayan Minazər müəllim çalışır ki, mövzuya uyğun olaraq motivasiya daha orijinal və cəlbedici olsun.
Ədəbiyyat dərslərində daha çox şəkilli, musiqili videomateriallardan istifadə edir. Bu zaman əsas məqsədi şagirdlərin diqqətini mövzu ətrafına cəlb etmək, keçiriləcək mövzuya uyğun bilik və bacarıqlarını fəallaşdırmaq, onları düşündürməkdir. Minazər müəllimin iş prinsipi ilə maraqlanarkən bir şeyə də əmin olursan ki, dərslərin daha maraqlı alınması, şagirdlərin orta təhsilin müəyyənləşdirdiyi bilikləri daha dərindən mənimsəmələri, dünyagörüşlərini artırmaları üçün yeni informasiya texnologiyalarının imkanlarından yararlanmaq onun üçün demək olar ki, adi iş normasına çevrilib.
Şagirdləri Dilarə Rəsulova 658, Fərid Ağayev 645, Lalə Rəsulova 636, Rahim Bünyatzadə 630, Sitarə Abdulova 609, Xumar Cəbrayılova 603 balla son illərdə ali məktəblərə daxil olmuşlar.
Müəllimin şagirdə verdiyi bilik onun bir şəxsiyyət kimi formalaşması, həyatın enişli-yoxuşlu yollarına tab gətirməsi üçün mənəvi stimuldur. Bunu yetirmələrindən əsirgəməyən Minazər müəllim yenilikçi olduğu qədər də, şagirdlərinin qəlbini pedaqoji dünyagörüşü, ustalığı ilə isitməyə nail olan müəllimdir. Həm də xoşbəxt o müəllimdir ki, onun şagirdi öz müəlliminə oxşamağı arzulasın. Şagirdlərinin oxşamağa çalışdığı Minazər müəllim kimi…
Bir həmkarı kimi Minazər müəllimi təbrik edir, ona möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayırıq. İnanırıq ki, Minazər müəllimə daha çox uğurlara imza atacaq.
Hacıməmməd Məmmədov

Şərh Yaz