Mədəniyyət ocaqlarının əsaslı təmiri

Mədəniyyət ocaqlarının əsaslı təmiri
2013-cü ildə İsmayıllı rayonunda təmir-tikinti işləri geniş vüsət almışdır. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi sayəsində istər mərkəzdə, istərsə də rayonun yaxın və ucqar kəndlərində tikilən, yenidən təmir edilən mədəniyyət ocaqları adamın zövqünü oxşayır. Rayonda mədəniyyət müəssisələrinin bərpasına da xüsusi diqqət yetirilir. Belə ki, rayon mərkəzində yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, Uşaq kitabxanasının, İsmayıllı Rayon Dövlət Rəsm Qalareyası binalarının əsaslı şəkildə yenidən qurulması işləri bunlara əyani misal ola bilər.Mədəniyyət ocaqlarının əsaslı təmiri

2013-cü ildə İsmayıllı rayonunda təmir-tikinti işləri geniş vüsət almışdır. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi sayəsində istər mərkəzdə, istərsə də rayonun yaxın və ucqar kəndlərində tikilən, yenidən təmir edilən mədəniyyət ocaqları adamın zövqünü oxşayır. Rayonda mədəniyyət müəssisələrinin bərpasına da xüsusi diqqət yetirilir. Belə ki, rayon mərkəzində yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, Uşaq kitabxanasının, İsmayıllı Rayon Dövlət Rəsm Qalareyası binalarının əsaslı şəkildə yenidən qurulması işləri bunlara əyani misal ola bilər.
Mədəniyyət ocaqlarının əsaslı təmiri
Rayonun ucqar kəndlərindən biri olan Əhən kənd klubunun binası 1956-cı ildə inşa edilmişdir. Bina Əhən bələdiyyəsinin və buranın xeyriyyəçi sakinləri tərəfindən əsaslı təmir edilərək, istifadəyə verilmişdir.
Aşıqbayramlı kənd klubu oktyabrın 7-də əsaslı təmirdən sonra mədəniyyətsevərlərin ixtiyarına verilmişdir. Bina 1964-cü ildə inşa edilmişdir. Uzun müddət təmirsiz qalan bina istifadə üçün yararsız hala düşmüş, rayonun yerli büdcə vəsaiti hesabına təmir olunmuşdur. Bina əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün mərkəzə çevrilmişdir.
Hər iki klub binalarının əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimində RİH başçısı Mirdaməd Sadıqov çıxış edərək yeni təmir olunmuş mədəniyyət ocaqlarının açılışında əməyi olan bir kəsə öz təşəkkürünü bildirmişdir.
Rayonumuzda RİH başçısı tərəfindən mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğıya cavab əlaməti kimi, mədəniyyət işçilərini daha yaradıcı fəaliyyət göstərməyə, Azərbaycanın qeyri-maddi, mədəni irsinin qorunub saxlanması, xalq yaradıcılığının təbliği və inkişaf etdirilməsi istiqamətində daha böyük uğurlar qazanmağa ruhlandırır.
Təhmuraz Bayramov,
İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin direktoru

Şərh Yaz