Fəaliyyət daha da güclənəcək

Fəaliyyət daha da güclənəcək
Artıq 9 oktyabr 2013-cü il tarixə çevrildi. Seçki hüquqlu vətəndaşlarımızın xatirəsinə həmin gün Prezident seçkiləri günü kimi həkk olundu. Bu tarixi gündə seçicilər seçki məntəqələrinə gələrək, növbəti beş il üçün ölkəmizi uğurlu gələcəyə apara biləcək, güvəndikləri namizədə səs verdilər. Bu seçkilər həm də, Azərbaycan demokratik dəyərlərinin inkişafında, seçki təcrübəsinin formalaşmasında əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilir.Fəaliyyət daha da güclənəcək

Artıq 9 oktyabr 2013-cü il tarixə çevrildi. Seçki hüquqlu vətəndaşlarımızın xatirəsinə həmin gün Prezident seçkiləri günü kimi həkk olundu. Bu tarixi gündə seçicilər seçki məntəqələrinə gələrək, növbəti beş il üçün ölkəmizi uğurlu gələcəyə apara biləcək, güvəndikləri namizədə səs verdilər. Bu seçkilər həm də, Azərbaycan demokratik dəyərlərinin inkişafında, seçki təcrübəsinin formalaşmasında əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilir.
Fəaliyyət daha da güclənəcək
İsmayıllı rayonunda Prezident seçkilərini izləmək üçün şəhərdəki məntəqələrə üz tutduq. Saat 10:00-da 6 saylı şəhər seçki məntəqəsində olduq. Məntəqənin sədri Möhübbət Musayev hələlik 150 nəfərin səs verdiyini qeyd etdi və bildirdi ki, məntəqə üzrə 1438 nəfər seçici səs verməlidir. Vəzifəmiz səsverməni mövcud qanunvericilik bazası əsasında keçirməkdir. Bunun üçün hər cür şərait yaradılmışdır.
Seçici İlham Səmədovun təəssüratlarını öyrəndik. O dedi ki, sərbəst seçim etdim. İnanıram ki, səs verdiyim namizəd qalib gələcək və ölkə əhalisinin xoşbəxt sabahlarına istiqamətlənən bütün işlər faydalı nəticəsini verəcəkdir.
Fəaliyyət daha da güclənəcək
1399 seçicisi olan 2 saylı seçki məntəqəsindəyik. Məntəqədəki canlanma diqqəti çəkir. Məntəqə seçki komissiyasının sədri Vaqif Rəhimov 17 yerli, beynəlxalq təşkilatlardan isə 2 nəfər müşahidəçinin qeydiyyatdan keçdiyini söyləyir. Seçicilərdən 18 nəfəri ilk dəfə səs verəndir.
5 nömrəli tam orta məktəbdə yerləşdirilmiş 5 saylı seçki məntəqəsində saat 10 üçün 1477 seçicidən 214 nəfərinin səs verməsi barəsində məlumat alırıq. Məntəqəyə çatanda buradakı seçici fəallığı diqqətimizi çəkdi. Müşahidəçi Nəbi Şahalıyev deyir ki, seçkinin gedişində heç bir qanun pozuntusu müşahidə olunmayıb. Hər kəs özü, müdaxiləsiz səs verir. Məntəqədə yaradılmış demokratik, şəffaf və aşkar şəraitdən razıyıq.
Fəaliyyət daha da güclənəcək
Seçici Fərman Dəmirov seçkinin tam demokratik şəraitdə keçdiyini bildirir. O qeyd edir ki, seçim etmək həmişə çətin olur. Lakin bu seçkidə layiqlini müəyyən etmək çox asan oldu. Mən tərəqqiyə, əmin-amanlığa, güclü inkişafa – İlham Əliyevə səs verdim. İnanıram ki, seçkidən sonra Prezidentin mövcud fəaliyyəti daha da güclənəcəkdir.
Şəhərin 59 saylı məntəqəsində seçici siyahısında 1443 nəfərin adı vardır. Buraya gəlişimiz nahar fasiləsi vaxtına təsadüf etdi. Bununla belə, seçicilərin axını, komissiya üzvlərinin və müşahidəçilərin fəaliyyəti qənaətbəxş idi. Ekzitpolçuların seçkiləri izləməsi burada da diqqətimizi çəkdi. Saat 12-dək 448 nəfər seçicinin səsvermədə iştirak etdiyi barədə məlumat aldıq. Məntəqənin sədr Vidadi Məmmədov bildirdi ki, seçki çox normal gedir. Məntəqədə bütün prosedur qaydalara əməl olunur. Seçkinin müvəffəqiyyətlə başa çatacağına tam əminik.
1 saylı İsmayıllı seçki məntəqəsinin yerləşdiyi 3 nömrəli şəhər tam orta məktəbində seçkinin gedişi ilə maraqlanırıq. Müşahidəçilərin çoxluğu, veb kamera qurulması bu məntəqənin nüfuzu kimi diqqətə çatır. Burada seçki 33 yerli, ATƏT və Amerika səfirliyi tərəfindən təyin olunmuş müşahidəçilər tərəfindən izlənilir. Saat 14:07-də 1316 seçicidən 364 nəfərin səs verdiyini öyrənirik. Onlardan 62 nəfəri ilk dəfə səs verənlərdir.
Şəhər 3 saylı seçki məntəqəsinin sədri Xalıq Xalıqovdan saat 14:40-da aldığımız məlumata görə 1269 seçicidən 461 nəfəri artıq səs verib. İlk dəfə səs verən 28 seçicimiz var. Seçicilərin ən yaşlısı isə 1915-ci il təvəllüdlüdür. Aparılan geniş təbliğatın nəticəsidir ki, seçicilər problemsiz və rahatlıqla səs verirlər. Seçici axını da qənaətbəxşdir. Məntəqədə qurulmuş veb kamera burada seçkilərin şəffaf və demokratik keçirilməsini tam təsdiqləyir.
Fəaliyyət daha da güclənəcək
Seçici Əsmər Abbasova ən layiqli namizədə səs verməsi ilə qürur duyduğunu etiraf edir. Seçmək xalqın hüququdur. Xalqın düzgün seçim edəcəyinə tam arxayınam.
4 nömrəli məktəbin binasında 121 saylı Laçın Seçki Dairəsinin 53 saylı seçki məntəqəsi yerləşdirilib. Məntəqənin sədri Tatlı Qasımovadan burada İsmayıllı rayonunun 18 yaşayış məntəqəsində məskunlaşmış 485 nəfər seçicinin səs verəcəyini deyir. Məntəqə ərazisindəki kütləvilik işin düzgün qurulduğundan xəbər verir.
Seçici Nazim Şahvələdov qaçqın və köçkünlərin ən layiqli namizədə səs verəcəklərini söyləyir. Bu gün seçkiyə gələnlərin hər biri torpaq, yurd həsrəti ilə yaşayır. Ümidvarıq ki, Azərbaycandakı bütün qaçqın və məcburi köçkünlər növbəti prezident seçkilərini işğaldan azad olunan doğma torpaqlarda keçirəcəklər.
60 saylı seçki məntəqəsi İsmayıllı şəhərinin Aşağıbaş ərazisini əhatə edir. Məntəqənin sədri Mübariz Həsənovdan saat 14:00 üçün aldığımız məlumatdan bəlli olur ki, səs verəcək 702 seçicidən 236 nəfəri bu tarixi hadisəyə münasibət bildirib. Seçici Təranə Süleymanova seçki gedişatı barədə fikirlərini açıqladı:
-Mən sülhə və əmin-amanlığa, Azərbaycanımızın daha da çiçəklənməsinə səs verdim. Seçim etmək çətin olmadı. Keçirilən televiziya debatlarında namizədlər özlərini yetərincə “tanıtdılar”. Səsvermə qaydalara uyğun keçir, ümidvarıq ki, bu vəziyyət sona qədər davam edəcək.
Fəaliyyət daha da güclənəcək
Günün ikinci yarısıdır. Səhərin 4 saylı seçki məntəqəsində də yüksək əhval-ruhiyyə hökm sürür. Qeydiyyatdan keçib seçkinin gedişi ilə maraqlanırıq. Məntəqə seçki komissiyasının sədri Ramil Dadaşovdan aldığımız məlumatlardan bəlli olur ki, burada 1488 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Veb kamera quraşdırılıb, ekzitpol paralel sorğu aparır. Seçkilərin işinə cəlb olunan müşahidəçilər fəallıq nümayiş etdirirlər.
Seçici Əsədullah Məmmədov vurğuladı ki, inkişaf edən Azərbaycanımızın gələcəyini düşünərək daha layiqli namizədə səs verdim.
7 nömrəli tam orta məktəbdə yerləşdirilmiş 51 saylı məntəqə seçki komissiyasının sədri Etibar Abdulovdan öyrənirik ki, məntəqədə səs verəcək 887 nəfər seçicinin yarıdan çoxu artıq səs verib. Seçicilərin səsvermədə rahat və fəal iştirakından müşahidəçilər də razılıq etdi. 14 yerli, 3 beynəlxalq müşahidəçi qeydə alınıb.
Şəhərdəki seçki məntəqələrində seçkinin gedişini izlədikdən sonra 86 saylı İsmayıllı Seçki Dairəsində olduq. Dairə Seçki Komissiyasının sədri Əlirəmzi Məhərrəmovdan rayon üzrə 40800 seçicinin səs verəcəyini öyrəndik. Həmçinin 6 seçki məntəqəsində – 1, 2, 3, 4 və İvanovka, Talıstan kənd seçki məntəqələrində veb kameralar fəaliyyət göstərib.
Dairə Seçki Komissiyasının sədri Ə.Məhərrəmovla söhbətimiz zamanı qapı döyüldü və gənc qız içəri daxil olaraq özünü təqdim etdi – Mirzəzadə Aynur Ağabağır qızı. Bu gün anadan olduğum gündür. Şəhərin 6 saylı seçki məntəqəsində səs verdim. Mənim adıma Mərkəzi Seçki Komissiyasından xüsusi təbrik kartı gəlməsi sevincini yaşayıram.
Fəaliyyət daha da güclənəcək
Ə.Məhərrəmov Aynurun təbrik kartını özünə təqdim edir. Belə bir fərəhli anin şahidi olduğumuzdan biz də qürur duyuruq.
Seçkilər üçün ayrılan vaxt başa çatır. Müşahidələrimizdən belə nəticəyə gəlirik ki, rayonun 65 seçki məntəqəsinin hər birində seçicilər öz istəkləri ilə məntəqələrə gələrək fikirlərini sərbəst ifadə edə biliblər.
Elə həmin gün Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının inzibati binası önündə partiyanın sədri, prezident İlham Əliyevin seçkidə qələbəsinə inanan partiya fəallarının təşəbbüsü ilə böyük şənlik keçirilib.
Şahməmməd Dağlaroğlu

Fəaliyyət daha da güclənəcək

Fəaliyyət daha da güclənəcək

Fəaliyyət daha da güclənəcək

Fəaliyyət daha da güclənəcək

Fəaliyyət daha da güclənəcək
Fəaliyyət daha da güclənəcək

Şərh Yaz