Payız krosçuları İsmayıllıda

Payız krosçuları İsmayıllıda
Oktyabr ayının 7-də rayonumuzda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası kross üzrə kişilər və qadınlar, yeniyetmə oğlanlar və qızlar arasında respublika çempionatı keçirmişlər. Payız krosçuları İsmayıllıda

Oktyabr ayının 7-də rayonumuzda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası kross üzrə kişilər və qadınlar, yeniyetmə oğlanlar və qızlar arasında respublika çempionatı keçirmişlər.
Payız krosçuları İsmayıllıda
Bu yarışda Bakı, Sumqayıt, Astara, Lənkəran, Qusar, Balakən, Naftalan, Biləsuvar və İsmayıllı komandaları mübarizə aparmışlar. İdmançılar müxtəlif yaş qruplarında çıxış etmişlər.
uğurlu fəaliyyətinə görə respublikanın “İlin Olimpiya-İdman Kompleksi” adını almış İsmayıllı Olimpiya-İdman Kompleksinin oyun zalında açılış mərasimi keçirildi. Açılışda İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli, İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayev çıxış edib və gələn qonaqları salamlayıb.
Payız krosçuları İsmayıllıda
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçıları yarışların keçiriləcəyi yerə gəldilər. Qaçış üçün seçilən yerin münasib olmasını iştirakçıların razılığından bildik. Qaçış xətti startdan finişə qədər bir kilometr olmaqla seçilmişdi.
Adları çəkilən şəhər və rayonlardan olan idmançı kişilər üçün 10 kilometr məsafəyə start verilib. Oğlanlar qaçış sürətlərini 2, 4, 6 kilometr məsafəni qaçmaqla müəyyənləşdiriblər.
Qadınlardan ibarət komanda 6 kilometr məsafəni qət edib. Qızlar isə 1, 2 və 4 kilometr məsafəyə qaçmaqda imkanlarını sınağa çəkməli oldular. Hər şeydən öncə onu qeyd edək ki, sonradan çiskin yağış yağmasına baxmayaraq, hava da, yer də qaçış üçün çox əlverişli idi
Respublika dərəcəli hakim Nemət Heydərovun rəhbərliyi altında çalışan hakimlərin diqqət və nəzarəti ilə yarışlar kifayət qədər mütəşəkkil keçirildi.
Payız krosçuları İsmayıllıda
Onu da qeyd edək ki, yarışın açılış hissəsində və 10 kilometr məsafəyə qaçışda Ukraynanın respublikamızdakı səfiri Aleksandr Mişenko iştirak etdi. Səfirin idmançılara qoşularaq bərabər səviyyədə krossu davam etdirməsi iştirakçıların ruhlanmasına və marağına səbəb oldu.
Müxtəlif məsafələr üzrə biri-birinin ardınca startlar verildi. Fərqli kilometrlər üzrə fərqli məsafəyə qaçanların finişi gəlişini izlədik. Mükafatlandırılma mərasimində qaliblərin sevincinə şərik olduq. Uduzanlara: – Qəm etməyin, gücünüzü gələn yarışlarda sınayarsınız- dedik.
Yarış yekunlaşdı. Qaliblərə Nazirliyin və Federasiyanın diplomları, həmçinin qızıl, gümüş və bürünc medalları təqdim edildi.
Gərgin yarış arxada qaldı, mükafat alanlar, yeri tutanlar sevinc içərisində idi. Məğlub durumda olanlar gələcək yarışlarda qalib olmaq üçün yəqin ki, öz çıxışlarını bir daha ölçüb-biçəcək, məşqlərini daha səylə davam etdirəcəklər. Çalışmadan, gərgin məşqlərdə kifayət qədər tər tökmədən qələbədən söhbət gedə bilməz.
Payız krosçuları İsmayıllıda
Yarışın gedişinə nəzarət və rəhbərlik edən Şirin Vəliyevdən soruşuruq:
-Necə oldu ki, bu dəfə də yarış yeri kimi yenə İsmayıllını seçdiniz?
– Artıq dördüncü ildir ki, İsmayıllıda payız krossu keçiririk. İsmayıllı Olimpiya-İdman Kompleksinin rəhbərliyinin, bütün kollektivinin bizə yaratdığı şəraitə söz ola bilməz. Buna görə bu kollektivə təşəkkürümüzü bildiririk. Belə şəraitdə işləmək çox xoşdur. Ümumilikdə, İsmayıllı camaatından, onların qonaqpərvərliyindən, bizlərə olan mehriban münasibətindən çox razıyıq. Belədə, adam istəyir ki, bu insanlarla tez-tez ünsiyyətdə olsun. Digər bir faktı da qeyd edim ki, yarışın keçirildiyi yer də çox idealdır. İsmayıllılardan çox xoş təəssüratla ayrılırıq. Biz burada özümüzə gözəl dostlar tapdıq, qonaqpərvər insanlarla tanış olduq.
Sağlıq olsun gələn payızda da yarışların keçiriləcəyi yer kimi elə buranı seçəcəyik.
Aqil Qasımov

Şərh Yaz